Məhkəmə qərarları › İş №3(078)-213/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-213/2024

04.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-213/2024 04.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Şərur rayon Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, taksi sürücüsü, evli, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhər Ə.Qəmküsar 3/5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə X1 Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 17 radələrində ünvan 3 ünvanında qızı İlahə Rəhimovanın qaynatası Şəxs ilə aralarında mübahisə baş verdiyini, həmin vaxt xəsarət aldığını bildirmiş və bu məsələ ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis kapitanı X4 tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X8 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 04 may 2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, Naxçıvan şəhər Ə.Qəmküsar 3/5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ır. X7 onun qudasıdır. Onun qızı İlahə ilə oğlu Afıq 2013-cü ildə ailə həyatı qurub, iki övladı var. Oğlu ilə həyat yoldaşı İlahə bir aydır ki, boşanmaq istəyir. Məhkəməyə müraciət ediblər, hal-hazırda onların işi məhkəmədə baxılır. Ona məxsus olan hazırda gəlini İlahə ilə nəvəsinin yaşadığı evinə getmiş, getməkdə məqsədi oğlu Afıqin paltarlarını götürmək və nəvəsi Gülgəzi atasını görməsi üçün evə aparmaq olmuşdur. Onlarda qalan böyük nəvəsi ilə birlikdə evə getmişlər. Evdən oğlunun paltarlarını götürmüş, balaca nəvəsi Gülgəzə isə “Hazırlaş bizə gedək” demişdir. Nəvəsini də götürüb evdən çıxmaq istəyən zaman gəlininin anası Mina xanım nəvəsini aparmağa icazə verməmiş, həmin vaxt onların arasında sözlü mübahisə baş vermişdir. Mina xanım onun barəsində nalayiq ifadələr işlətmişdir. O, Minaya qızının səhflərinə görə oğlunun ondan boşandığını demişdir. Uşağı aparmaq istəyən zaman Mina xanım uşağın onunla getməsinə icazə verməmişdir. Mina xanım onu evdən itələyərək çıxarmış, o da məcbur qalıb evdən çıxmışdır. Mina xanım onun arxasınca nalayiq ifadələr işlətmişdir. O, evdən çıxıb avtomobilinə minib getmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yaşayır. Hazırda Naxçıvan şəhərinə bir ay olar ki, qızı evinə qonaq gəlib. Qızı İlahə on bir ildir ki, Naxçıvan şəhərinə gəlin gəlib. Qızı Afiq adlı Naxçıvan şəhər sakini ilə ailəlidir, onların iki övladı var. Qızı ilə həyat yoldaşı Afıq bir aydır ki, boşanmaq istəyir. Hal-hazırda onların işi məhkəmədə baxılır. Qızının qaynatası Şəxs onun qızı ilə birlikdə yaşadıqları Ə.Qəmküsar döngə 3 ev 5 ünvanında yerləşən evə gəlib oğlu Afiqə məxsus olan pal- paltarları yığıb aparmaq istəyəndə həmin vaxt nəvəsi Gülgəzi də aparmaq istəmişdir. Tofiqə nəvəsinin anası ilə qalacağını, məhkəmə olsun əgər məhkəmə atasına versə onda apararsan demiş və Tofiqlə arasında mübahisə baş vermişdir. Tofıq nəvəsi Gülgəzi aparmaq istəyən zaman onun qarşısına keçmiş və həmin vaxt Şəxs onun boğaz nahiyyəsindən tutaraq itələyərək ona yerə yıxmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən xx.xx.2024-cü il tarixli 420 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X7 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər bədən səthi üzərində döş qəfəsinin ön səthində, dös sümüvü nahivvəsində qançır olduğu, qançırın küt əşyanın təsirindən törəndiyi, bilavasitə yumruq zərbəsinin müvafiq nahivvəvə çırpılması nəticəsində yarandığı və xəsarətin müddətinin qərarda, göstərilən. tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi müəyyən edilmir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də inzibati xəta törədən şəxsin məhkəmə qətnaməsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmayan məbləğdə 350 manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar