Məhkəmə qərarları › İş №3(078)-214/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-214/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-214/2023 26.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Babək rayon Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon Xəlilli kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində tərtib olunmuş material 26 may 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş 26 may 2023-cü il tarixli 001659 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 17:20 radələrində Naxçıvan şəhər Əcəmi seyrangahında sərxoş halda xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixində saat 15:00 radələrində yaşadığı kənddən çıxaraq Naxçıvan şəhərinə gəlmiş, yeməkxanaların birində yemək yeyərək spirtli içki qəbul etmiş, sonra yeməkxanadan çıxaraq Əcəmi seyrangahına getmişdir. Parkda bir az gəzdikdən sonra cibində pul olmadığını gördüyü üçün yaxınlıqdakı vətəndaşlardan kəndə gedə bilməsi üçün pul istəmişdir. Heç kəs ona kəndə gedə bilməsi üçün pul vermədiyindən əsəbləşmiş, sərxoş olduğu üçün küçədə ucadan nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşı yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin polisin sözünə məhəl qoymadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən qoluna qandal vurulmasına etiraz etmiş, ekipaj çağıraraq polis şöbəsinə aparılmışdır. Bir gün şəhər şöbəsində, bir gün polis bölməsində gecəni keçirmişdir. Şəxs etdiyi əmələ görə peşman olduğunu, sərxoş vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında Naxçıvan şəhər 1 saylı Mənzil-İstismar İdarəsində bağban işlədiyini, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Naxçıvan şəhər Əcəmi seyrangahında işdə olduğu zaman parkda 1 nəfər tanımadığı şəxsin küçədə səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin həmin şəxsin polisin qanuni tələbinə məhəl qoymadığını, zorla polis maşınına mindirilib aparıldığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 26 may 2023cü il tarixdə saat 09:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin PPXBnin polis nəfəri polis baş serjantı Mirqasım Seyidov tərəfindən verilən raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində xidməti vəzifələrini yerinə yetirən zaman Naxçıvan şəhər Əcəmi seyrangahında bir nəfərin səs-küy salaraq ucadan nalayiq sözlər işlətdiyini gördüyü üçün həmin şəxslərə yaxınlaşıb onlara etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon ƏSMM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/890 nömrəli arayışa əsasən Şəxs Mərkəzdə qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Babək rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 123 nömrəli arayışa əsasən Şəxs Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanı törədən şəxsin sərxoş vəziyyətdə xəta törətməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər Şəxs, istərsə də şahid X3 izahatlarında inzibati xəta hadisəsinin 24 may 2023-cü il tarixdə baş verdiyini bildirmişdir. Şəxs iki gecə polis şöbəsində və bölməsində saxlanıldığını bildirmiş, bunun əksi məhkəmədə təkzib edilməmişdir. İnzibati xəta şəxsin bilavasitəsi iştirakı ilə törədilmiş, protokol dərhal tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilməli olduğu halda gec sənədləşdirmə aparılmış və gec göndərilmişdir. Belə olan halda məhkəmə Şəxs iki gecə polis şöbəsində və bölməsində saxlanıldığını əsas gətirib ona təyin edilən inzibati həbs tənbeh tədbirinin əvvəlinin məhz inzibati xəta hadisəsinin baş verdiyi və şəxsin saxlanıldığı 24 may 2023-cü il tarixdən hesablanması nəticəsinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar