Məhkəmə qərarları › İş №3(078)-214/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-214/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-214/2025 22.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və inzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxs Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin 28 aprel 2025-ci il tarixli, 01/2025 nömrəli buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə qərardadından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X10 Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə 07 iyun 2024-cü il tarixdən hesablanmaqla şikayət verilməsi üçün buraxılmış prossesual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X10 Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən "Tüstü" kafe 555-in sahibkarı kimi onun barəsində 600 manat miqdarında inzibati qaydada cərimə tətbiq edilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X10 Mühitə və X3 Nəzarət Xidmətinin 24 may 2024-cü il tarixli, 459/24 nömrəli məktubunda 07 iyun 2024-cü il tarixdə saat 14:00 da həmin kafeni icarəyə götürən Həsənov Müseyibə inzibati xəta haqqında işə baxılıb müvafiq qərar qəbul olunması üçün nazirliyə gəlməsi təklif olunmuş və gəlmədiyi halda isə onun barəsində inzibati tənbeh barədə qərar çıxarılacağı bildirilmişdir. X12 həmin məktubu almaqdan imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X10 Mühitə və X3 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surəti 11 iyun 2024-cü il tarixdə poçtla, onun yaşayış ünvanına yox, sahibkarı olduğu "Tüstü" kafe 555-in yerləşdiyi ünvana göndərilmişdir. Lakin həmin qərarın surəti ona vaxtında çatdırılmamışdır. Həmin qərarın surəti ona rəsmi qaydada çatdırıldığı vaxtdan qanunla müəyyən olunmuş müddətdə 03 iyul 2024-cü il tarixdə elektron qaydada yuxarı inzibati orqana Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət verilmişdir. Lakin onun tərəfindən verilən şikayətin nəticəsi barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Onun barəsində tətbiq olunan inzibati cərimənin nəticəsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 11 fevral 2025-ci il tarixli icraata başlamaq haqqında qərarı ona rəsmi qaydada çatdırılan vaxt ona məlum olmuş və dəbbə pulu ilə birlikdə inzibati cərimənin miqdarı 960 manat olmuşdur. Nəticədə qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərardan və ya yuxarı inzibati orqanın qərarından məhkəməyə şikayət vermək hüququmdan vaxtında istifadə edə bilməmiş və qanunla nəzərdə tutulan məhkəməyə şikayət verilməsi üçün müddətlə bağlı hüququ pozulmuşdur. Buraxılmış prosessual müddətin bərpası ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət olunmuş, lakin Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-105/2025 nömrəli, 03 mart 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət və protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 15 aprel 2025-ci il tarixdə buraxılmış prosessual müddətin bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X10 Mühitə və X3 Nəzarət Xidmətinə müraciət olunmuş, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 aprel 2025-ci il tarixli, 01/2025 saylı qərardadı ilə vəsatəti rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahatında yazılan cərimənin ona adi olmadığını, məktubun onun əlinə gec çatdığını, Nazirliyə getmək istədiklərini, 7 iyunda yazıldığını, ona aidiyyəti olmadığına görə cərimə yazıldığını, onun heç bir xəbəri olmadan cərimə yazıldığını, İcradan zəng gəldiyini, 960 manat borcunun olduğunu, 13 iyun tarixində övladının yarışa aparmaqla əlaqəli Naxçıvana gec gəldiyini, məktubu heç baxmadığını, açandan sonra cərimə olduğunu gördüyünü, ona Ekologiyadan zəng gələrək onu çağırdıqlarını, kimliyini istədiklərini, cərimə barədə məlumat vermədiklərini, başından bilsəydi 600 manatı ödəyəcəyini, ona rəsmi heç nə verilmədiyini, vaxtında bilsəydi, ödəcəyini, niyə 960 manat olduğunu qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən hüquqi şəxs Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin nümayəndəsi X4 izahatında tələbin icrası üçün bildiriş göndərildiyini, tələb yerinə yetirilmədiyindən 24 may 2024-cü il tarixdə protokol tərtib edildiyini, 7 iyunda qərar çıxarıldığını, qarşı tərəfin müraciət etdiyini, onlarada müraciət etdiyini, müraciətin təmin olunmadığını, qarşı tərəfin müddəti ötürdüyünü, müraciət üzrsüz olduğuna görə imtina edildiyini bildirmişdir. 18 aprel 2024-cü il tarixli məcburi göstərişə əsasən, X7 qanunun tələblərinin pozulduğu, pozuntuların aradan qaldırılması, əks təqdirdə cərimə ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X8 barəsində 24 may 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidməti tərəfindən X8 barəsində 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edimişdir. Həmin qərara əsasən, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Həmin qərar X7 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf mühitə və X2 Nəzarət Xidmətinin 11 iyun 2024-cü il tarixli, 490/24 nömrəli müşaiyət məktubu ilə göndərilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidməti tərəfindən X8 barəsində qəbul olunmuş 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavəyə əsasən, 600 (altı yüz) manat məbləğində cəriməyə 360 (üç yüz altmış) manat məbləğində dəbbə pulu hesablanmışdır. X8 həmin qərardan verdiyi şikayətdə, qərarın yenidən araşdırılmasını, qanuni şəkildə qiymət verilməsini və qanun çərçivəsində qüvvədən salınmasını xahiş etmişdir. 11 fevral 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi X7 göndərilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin 28 aprel 2025-ci il tarixli, 01/2025 nömrəli buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə qərardadı ilə, X8 barəsində çıxarılmış 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatət rədd edilmişdir. Məhkəmə şikayətin dəlillərini müzakirə edib, izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsində müəyyən olunmuşdur ki, dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 barəsində 24 may 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidməti tərəfindən X8 barəsində 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edimişdir. Həmin qərara əsasən, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Həmin qərar X7 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf mühitə və X2 Nəzarət Xidmətinin 11 iyun 2024-cü il tarixli, 490/24 nömrəli müşaiyət məktubu ilə göndərilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidməti tərəfindən X8 barəsində qəbul olunmuş 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavəyə əsasən, 600 (altı yüz) manat məbləğində cəriməyə 360 (üç yüz altmış) manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, 18 aprel 2024-cü il tarixli məcburi göstərişə əsasən, X7 qanunun tələblərinin pozulduğu, pozuntuların aradan qaldırılması, əks təqdirdə cərimə ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X8 həmin qərardan verdiyi şikayətdə, qərarın yenidən araşdırılmasını, qanuni şəkildə qiymət verilməsini və qanun çərçivəsində qüvvədən salınmasını xahiş etmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin 28 aprel 2025-ci il tarixli, 01/2025 nömrəli buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə qərardadı ilə, X8 barəsində çıxarılmış 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatət rədd edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Ona görə təqdim edilən sənədlərdən aydın olur ki, X8 qeyd edilən qərarı 13 iyun 2024-cü il tarixdə almışdır. Həmin qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan müddət X8 üçün 24 iyun 2024-cü il tarixdə başa çatmışdır. Müddətin buraxılmasının üzürlü halları inzibati qərar qəbul edən orqana təqdim edilməmiş və nəticədə müddət bərpa edilməmişdir. Eləcə də şikayət vermiş şəxs hazırki məhkəmə iclasında da şikayət verilməsi üçün qanunla nəzərdə tutulan müddəti üzürlü səbəbdən buraxmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Qərardan bir ilə yaxın müddət keçir ki, bu müddətin əsaslı olmayan şəkildə bərpası qərar qəbul etmiş orqanın hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin 28 aprel 2025-ci il tarixli, 01/2025 nömrəli buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin 28 aprel 2025-ci il tarixli, 01/2025 nömrəli buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar