Məhkəmə qərarları › İş №3(078)-215/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-215/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-215/2023 16.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Şərur rayonu Aralıq kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), orta təhsilli, evli, müvəqqəti işsiz, Şərur rayonu Aralıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şərur rayon Y.Aralıq kəndində qeydiyyatda olan Şəxs özünə məxsus olan və ekspert rəyində 1 qutusu 7 manat olmaqla ümumilikdə 630 manat dəyərində 90 qutu (1800 ədəd) Marlboro markalı aksiz markası ilə markalanmayan siqaretləri Naxçıvan Baş Gömrük İdarəsinin Naxçıvan şəhərinin inzibati ərazisində şəhər Avtovağzal Kompleksində yerləşən gömrük nəzarəti zonasında bəyan etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. 03 fevral 2023-cü il tarixdə Bakı şəhərinə getmək üçün özünə və bacısı Şəxanə Yusifova bilet almışdır. Özü, dostu Samir Ağayev və bacısı Naxçıvan avtovağzalına getmişdir. Gömrük yoxlamasından keçməzdən əvvəl gömrük əməkdaşlarından nə qədər siqaret apara biləcəklərini soruşmuş, onlar 10 qutu siqaretə icazə verildiyini bildirmişdir. Onlarda daha artıq siqaret olduğundan kənarda olan fəhlədən həmin qutunun gömrük nəzarətindən kənar keçirməsini xhaiş etmiş, fəhlə 10 manat qarşılığında onlara kömək etmişdir. İran ərazisində avtobusda nasazlıq olduğundna onlar başqa avtobusa əyləşmiş və yükləri həmin avtobusda qalmışdır. Həqiqətən 90 qutu siqaret ona məxsusdur və həmin siqaretləri X3 gömrük nəzarətindən kənar şəkildə keçirərək Bakı şəhərinə qardaşına pay aparmaq istəmişdir. Onlar Bakı şəhərində çatdıqdan sonra yüklərin qaldığı avtobus X9 Məntəqəsində yoxlanılarkən siqaretlər aşkar edilib götürülmüşdür. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 izahatından bildirmişdir ki, X8 gömrük postundan inspektor işləyir, 03 fevral 2023-cü il tarixdə Naxçıvan avtovağzalında xidmətdə olarkən Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunun sərnişinlərinə məxsus baqajlar gömrük yoxlamasından keçirilmiş və avtovağzalın ərazisində dayanacaqda olan avtobusun yük yerinə yüklənməsinə nəzarət etmişdir. Yüklər tam şəkildə yükləndikdən sonra avtobusun yük yerinə gömrük təminatı vuraraq hərəkət edə biləcəyini demişdir. Hazırki siqaretlərin hansı üsulla gömrük nəzarətindən keçirilməsi barədə tam dəqiq heç nə deyə bilmir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 630 manat dəyərində, üzərində Azərbaycan Respublikasınin aksiz markası olmayan 90 qutu “Marlboro” markalı siqareti Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən zaman Dövlət Gömrük Komitəsi X14 İdarəsinin Naxçıvan səhərinin inzibati ərazisində, səhər Avtovağzal Kompleksində yerləşən gömrük nəzarəti zonasında bəyan etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İnzibati materialdan məlum olmuşdur ki, 04 fevral 2023-cü il tarixində saat 05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı X11 Hamzehaqhanın idarə etdiyi “SCANİA” markalı, 10AB221 qeydiyyat nişanlı sərnişin avtobusuna Dövlət Gömrük Komitəsi Cənub Ərazi Bas Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən ”Biləsuvar” gömrük postunda gömrük baxışı keçirilən zaman avtobusun yük verində X2 məxsus 1 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamıs 150 qutu "Marlboro Edge" markalı, 20 qutu "Marlboro touch one" markalı siqaret və 1 ədəd çamadanın içərisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamıs 30 qutu "Marlboro touch one" markalı siqaret olmaqla, ümumilikdə xeyli miqdarda-1400 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamıs tütün məmulatları aşkar edilərək götürülmüşdür. Faktla bağlı Cənub Ərazi Bas Gömrük İdarəsinin əməliyyat və təhqiqat idarəsində aparılmış araşdırma ilə aşkar edilərək götürülmüş 200 qutu (20 blok) siqaretdən 30 qutusunun (3 blok) Şəxanə Yusifovaya, 90 qutusunun (9 blok) Şəxanə Yusifovanın qardaşı Şəxs Yaqub oğluna, 80 qutusunun (8 blok) isə sonuncunun dostu X6 məxsus olması şəxslərin öz sərbəst izahatlarına əsasən müəyyən edilmişdir. Aşkarlanan siqaretlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 7/226-9/1145 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tütün məmulatları istifadəyə yararlıdırlar, həmin siqaretlərin xx.xx.2023-cü il tarixə uyqun olaraq 1 qutusunun qiyməti 7 manat olmaqla ümumi orta bazar qiyməti 1400 manat müəyyən edilmişdir. Toplanmış ilkin təhqiqat materialları 13 mart 2023-cü il tarixli aidiyyəti üzrə göndərilmə haqqında qərar qəbul edilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əmaliyyat-İstintaq Baş idarəsinə göndərilmişdir. Əməliyyat-İstintaq Bas İdarəsində aparılmış araşdırma zamanı alınmış şahid izahatları və digər əsaslarla X1, Şəxs və X5 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39,1 və 39.1.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadığından başlanılmış cinayət təqibinə xitam verilmişdir. Araşdırma dövründə X7 ərizə ilə istintaq orqanına müraciət edərək, tərəfindən gömrük nəzarətinə təqdim edilmiş 30 qutu “Marlboro touch one” markalı siqaretdən imtina etdiyini, həmin siqaretlərin dövlət nəfinə alınmasına etiraz etmədiyini göstərmişdir. Ona görə də, 30 qutu “Marlboro touch one” markalı siqaret dövlət nəfinə alınmışdır. Lakin isin faktiki hallarından görünür ki, Şəxs 630 manat dəyərində, üzərində Azərbaycan Respublikasınin aksiz markası olmayan 90 qutu “Marlboro” markalı siqareti Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən zaman Dövlət Gömrük Komitəsi X14 İdarəsinin Naxçıvan səhərinin inzibati ərazisində, səhər Avtovağzal Kompleksində yerləşən gömrük nəzarəti zonasında bəyan etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Beləliklə xx.xx.2023-cü il tarixində Şərur rayon Aralıq kənd sakini xx.xx.1987-ci il təvəllüdlü, xx.xx.2032-ci il tarixinədək etibarlılıq müddəti olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Şəxs özünə məxsus olan və ekspert rəyində 1 qutusu 7 manat olmaqla ümumilikdə 630 manat dəyərində 90 qutu (1800 ədəd) Marlboro markalı aksiz markası ilə markalanmayan siqaretləri X14 İdarəsinin Naxçıvan səhərinin inzibati ərazisində, səhər Avtovağzal Kompleksində yerləşən gömrük nəzarəti zonasında bəyan etməmişdir. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Şərur rayon Y.Aralıq kəndində qeydiyyatda olan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 45 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 630 (altı yüz otuz) manat olan malın dəyərinin 45 (qırx) faizi miqdarında, yəni 283.50 (iki yüz səksən üç manat əlli qəpik) manat məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar