Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-216/2024 06.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi işləyən, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, X5 küçəsi, döngə 3, ev 12 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1431/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli BBUM5888228A299 saylı kredit müqaviləsinə əsasən 1959.97 (bir min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat əsas, 403.6 (dörd yüz üç manat altmış qəpik) manat faiz borcu olmaqla cəmi 2363.57 (iki min üç yüz altmış üç manat əlli yeddi qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X4 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 43.64 (qırx üç manat altmış dörd qəpik) manat dövlət rüsumunun cavabdeh X2 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata 26 dekabr 2023-cü il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasını bilmədiyini, qeydiyyatda olduğu ünvanda yaşamadığını, icra vərəqəsindən məlumatsız olduğunu, bu səbəbdən icrasını yerinə yetirmədiyini, işsiz olduğundan qərarı icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1431/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli BBUM5888228A299 saylı kredit müqaviləsinə əsasən 1959.97 (bir min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat əsas, 403.6 (dörd yüz üç manat altmış qəpik) manat faiz borcu olmaqla cəmi 2363.57 (iki min üç yüz altmış üç manat əlli yeddi qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X4 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 43.64 (qırx üç manat altmış dörd qəpik) manat dövlət rüsumunun cavabdeh X2 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 26 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmançılığı, himayəsində 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov.