Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-216/2025 13.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, 1 uşaq anası, Ağdam rayon, Məlikli kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 13 may 2025-ci il tarixli, 376756/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 13 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü əsasında verilmiş 24 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Şəxs 1270 (bir min iki yüz yetmiş) manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun Şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. İş üzrə icraata başlamaq haqqında 25 dekabr 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1439/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 20 iyun 2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs, X3 və X2 müştərək qaydada 10730,14 (on min yeddi yüz otuz manat on dörd qəpik) manat əsas borc, 1334,19 (bir min üç yüz otuz dörd manat on doqquz qəpik) manat faiz borcu, 476,42 (dörd yüz yetmiş altı manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 12540,75 (on iki min beş yüz qırx manat yetmiş beş qəpik) manat borcun, 210 (iki yüz on) manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və cavabdehlər Şəxs, X3 və X2 müştərək qaydada 127,62 (bir yüz iyirmi yeddi manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 21 iyun 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ağdam Rayon Notariat Kontorunun 8İ-1928 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Ağdam rayon dövlət notariat ofisinin dövlət notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan X6 (AA5859721, xx.xx.2024 00:00 - Asan 1; FİN: 1ZA76EZ; d/t: xx.xx.1974) xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs (AA0500559, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1987) müddət üçün vaxtında ödənilməmiş 18000 manat 00 qəpik (on səkkiz min manat sıfır qəpik) tutulması və bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 18025 manat 00 qəpik (on səkkiz min iyirmi beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. İş üzrə icraata başlamaq haqqında 08 noyabr 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında maddi imkanı olmadığı üçün borclarını ödəyə bilmədiyini, növbəti ayın 3-nə kimi bütün ödənişi edəcəyini, banka, Nərgiz xanıma və mülki iddia ilə əlaqədar borcunun olduğunu, 18000 manat müqavilə ilə Nərgiz xanıma borcu olduğunu, bankdan 20000 manat pul götürdüyünü, hal-hazırda 12000 manat borcu qaldığını, heç bir ödəniş həyata keçirmədiyini, yoldaşının adına ev olduğunu, o evi satışa çıxardığını, evin satışından əldə edəcəyi pulla borclarını ödəyəcəyini, uşaq bağçasının olduğunu, pandemiya dövründə işçilərin maaşının ödənilməsi məqsədilə bankdan pul götürdüyünü, ingilis dili müəllimi olduğunu, 18000 manat borcu da onu işə düzəltmələri üçün verdiyini, himayəsində azyaşlı uşaq olduğunu, ona möhlət verilməsini istədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında bir icra sənədinin 24 dekabr 2024-cü il tarixdə, digər icra sənədlərinin isə ərazi aidiyyəti üzrə icra şöbəsinə daxil olduğunu, dəfələrlə möhlət verilməsinə baxmayaraq şəxsin heç bir ödəniş həyata keçirmədiyini, evinin olduğunu, satışından əldə etdiyi gəlirlə borclarını bağlayacağını bildirdiyini, lakin ödəniş etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 24 dekabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Şəxs 1270 (bir min iki yüz yetmiş) manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun Şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-40/2024 saylı, 24 dekabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 dekabr 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 20 iyun 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1439/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Şəxs, X3 və X2 müştərək qaydada 10730,14 (on min yeddi yüz otuz manat on dörd qəpik) manat əsas borc, 1334,19 (bir min üç yüz otuz dörd manat on doqquz qəpik) manat faiz borcu, 476,42 (dörd yüz yetmiş altı manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 12540,75 (on iki min beş yüz qırx manat yetmiş beş qəpik) manat borcun, 210 (iki yüz on) manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və cavabdehlər Şəxs, X3 və X2 müştərək qaydada 127,62 (bir yüz iyirmi yeddi manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 21 iyun 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1439/2023 saylı, 20 iyun 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 21 iyun 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Ağdam Rayon Notariat Kontorunun 8İ-1928 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Ağdam rayon dövlət notariat ofisinin dövlət notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan X6 (AA5859721, xx.xx.2024 00:00 - Asan 1; FİN: 1ZA76EZ; d/t: xx.xx.1974) xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs (AA0500559, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1987) müddət üçün vaxtında ödənilməmiş 18000 manat 00 qəpik (on səkkiz min manat sıfır qəpik) tutulması və bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 18025 manat 00 qəpik (on səkkiz min iyirmi beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 08 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Ağdam Rayon Notariat Kontorunun 8İ-1928 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 08 noyabr 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşağı var. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, yuxarıda göstərilən Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində on dörd yaşına çatmamış uşağı vardır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-216/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-216/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver