Məhkəmə qərarları › İş №3(078)-217/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-217/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-217/2024 10.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 iştirakları ilə, xx.xx.1971-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, Naxçıvan şəhəri, Ə.Qəmküsar 16/23 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 10 may 2024-cü il tarixli, 20204/2013 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-428/2013 nömrəli, 15 noyabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş 09 yanvar 2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 33000 (otuz üç min) ABŞ dolları pulun alınaraq iddiaçı X3 verilməsi və iddia təmin edildiyindən iddiaçı X6 tərəfindən X12 MR Baş İdarəsinə 27 avqust 2013-cü il tarixdə 108 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 10 yanvar 2014-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-421/2018 nömrəli, 18 may 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 25 iyun 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi, Şəxs ümumilikdə iddiaçı X4 xeyrinə tutulacaq 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməsi və iddiaçı X8 tərəfindən X12 MR Baş İdarəsinə 13 fevral 2018-ci il tarixli, 17 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq H.N.Rəhimova qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 25 iyun 2018-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1307/2017 nömrəli, 06 dekabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1971-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs ***-***-**-** nömrəsinə əsasən rabitə xidmətlərindən istifadəyə görə "xxxx" MMC-nin xeyrinə 1528 (min beş yüz iyirmi səkkiz) manat 64 (altmış dörd) qəpik abunə və xidmət haqqı və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 1548 (min beş yüz qırx səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pulun tutulması əmr edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 18 dekabr 2017-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X1, X4 və "xxxx" MMC-nin ona qarşı pul tələblərinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-428/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi, 2(078)-1307/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi və 2(078)-421/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 xeyrinə 33.000 ABŞ dolları və 30 manat dövlət rüsumu, X4 xeyrinə 18.000 ABŞ dolları və 30 manat dövlət rüsumu Azercell- telecom MMC-nin xeyrinə 1548.64 manat pul vəsaiti ödəməli olduğunu, tələbkar X1 xeyrinə bu günədək 10.479 ABŞ dolları ödəniş etdiyini, son ödənişinin 2023-cü ilin dekabr ayında olduğunu, tələbkar X3 22.521 ABŞ dolları borcu qaldığını, Digər icra sənədləri üzrə heç bir ödəniş etmədiyini, hazırda 3 icra sənədi üzrə 70.434,34 manat qalıq borcu olduğunu, maddi imkanı olmadığı üçün tələbi təmin edə bilmədiyini, borclarından xəstə olduğu üçün ödəyə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X9 izahatında dəfələrlə borclu Şəxs evinə getdiklərini, nümayəndəliklə birlikdə getdiklərini, adamı tapa bilmədiklərini, bu səbəbdən axtarış qərarı çıxardıqlarını, ən son ödənişin 2023-cü il dekabr ayında olduğunu, hər ay 300 manat ödəniş etdiyini, ancaq 4 aydır tapa bilmədiklərini, bir icra sənədi üzrə 33000 ABŞ dolları, digər icra sənədi üzrə 18000 ABŞ dolları, 1400 manat da "xxxx" MMC-yə borcu olduğunu, 33000 ABŞ dolları borcu olan icra sənədindən 11000 ABŞ dolları ödədiyini, digər icra sənədləri üzrə heç bir ödəniş etmədiyini, aylıq 300 manat ödədiyi üçün əvvəl heç bir tədbir görmədiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 09 yanvar 2014-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-428/2013 nömrəli, 15 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 33000 (otuz üç min) ABŞ dolları pulun alınaraq iddiaçı X3 verilməsi və iddia təmin edildiyindən iddiaçı X6 tərəfindən X12 MR Baş İdarəsinə 27 avqust 2013-cü il tarixdə 108 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 yanvar 2014-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-428/2013 nömrəli, 09 yanvar 2014cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 09 yanvar 2014cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 25 iyun 2018-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-421/2018 nömrəli, 18 may 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi, Şəxs ümumilikdə iddiaçı X4 xeyrinə tutulacaq 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməsi və iddiaçı X8 tərəfindən X12 MR Baş İdarəsinə 13 fevral 2018-ci il tarixli, 17 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq H.N.Rəhimova qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 iyun 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-421/2018 nömrəli, 25 iyun 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 iyun 2018-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1307/2017 nömrəli, 06 dekabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1971-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs ***-***-**-** nömrəsinə əsasən rabitə xidmətlərindən istifadəyə görə "xxxx" MMC-nin xeyrinə 1528 (min beş yüz iyirmi səkkiz) manat 64 (alımış dörd) qəpik abunə və xidmət haqqı və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 1548 (min beş yüz qırx səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul tutulması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 18 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1307/2017 nömrəli, 06 dekabr 2017ci il tarixli məhkəmə əmri üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 18 dekabr 2017-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-53/2020 nömrəli, 24 iyul 2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1971-ci ildə doğulmuş, Naxçıvan şəhəri, Ə.Qəmküsar, ev 16, mənzil 23 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 10 may 2024-cü il tarixli “axtarışda olan Şəxs Naxçıvan şəhər icra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” aktdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli, 20 nömrəli qərarı ilə axtarış elan olunmuş, Naxçıvan şəhər Polis idarəsi tərəfindən aparılan axtarış tədbirləri nəticəsində Şəxs yeri müəyyən edilərək Naxçıvan şəhər icra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İcra işindən aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar