Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-217/2025 05.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X4 və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, Şikayət vermiş şəxs X4 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin onun barəsində ******* nömrəli, 08 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, 2010-cu ilin yanvar ayından 17 fevral 2025-ci il tarixədək Naxçıvan Bələdiyəsində sədr vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində bütün səlahiyyətlərini layiqincə yerinə yetirmişdir. 2025-ci il tarixdə yeni Bələdiyyə seçkiləri keçirilmiş və Naxçıvan Bələdiyyəsinə yeni sədr təyin edilmişdir. Onun səlahiyyət müddəti bitdiyindən 17 fevral 2025-ci ildə işdən azad olunmuşdur. X2 07 aprel 2025-ci il tarixli şikayət ərizəsinə əsasən inzibati xəta haqqında protokol 28 aprel 2025-ci il tarixdə tərtib edilərək barəsində 08 may 2025-ci ildə inzibati tənbeh vermə haqqında qərar Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin ******* nömrəli qərarı qəbul edilmişdir və həmin qərarla qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəmdə 3000 (üç min) manat cərimə tətbiq olunmuşdur. Həmin qərara əsasən, X15 ilə bağlanmış əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi faktı aşkar edilməsi əsas göstərilərək ona əsassız olaraq cərimə yazılmışdır. 17 fevral 2025-ci il tarixdən Naxçıvan Bələdiyyəsində sədr vəzifəsindən azad olunmuşdur. Həmin vaxt həmin işdə heç bir səlahiyyəti olmamışdır. Əsassız olaraq barəsində cərimə tətbiq edilmişdir. Beləliklə də, heç bir hüquqi əsası olmadan barəsində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 izahatında şikayətini müdafiə edərək şikayətlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X16 izahatında bildirmişdir ki, şikayət vermiş şəxs vəzifəli şəxs hazırda olmasa da o, inzibati xəta törətmişdir və həmin xəta şəxsin müraciəti əsasında aşkar edilmişdir. Ona görə də qəbul edilən qərar əsaslıdır və şikayət təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş: Naxçıvan Bələdiyyəsinin 17 fevral 2025-ci il tarixli, 08 nömrəli əmrinin surətinə əsasən, 29 yanvar 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Naxçıvan Bələdiyyəsinin üzvü-sədri X1 müddəti bitdiyindən onun səlahiyyətinə xitam verilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 ünvanlanmış 28 aprel 2025-ci il tarixli məktubuna əsasən, barənizdə tərtib edilmiş 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında protokol"a əsasən inzibati xəta haqqında işə baxılması 8 may 2025-ci il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X14 Xidmətinə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A, telefon nömrəsi: 036 545-32-99) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Qeyd: AR İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri AR İXM-nin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 28 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunun surətinə əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətinə əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Naxçıvan Bələdiyyəsinin 20 may 2022-ci il tarixli, 11 nömrəli əmrinin, əmək müqaviləsinin və əmək kitabçasının surətinə əsasən, X3 Bələdiyyəsində mütəxəssis (kadr və kargüzarlıq işləri üzrə) vəzifəsinə işə qəbul olunmuşdur. Naxçıvan Bələdiyyəsinin 18 dekabr 2024-cü il tarixli, 34 nömrəli əmrinin surətinə əsasən, Naxçıvan Bələdiyyəsinin kadrlarla və sənədlərlə iş üzrə mütəxəssisi X15 qismən ödənişli sosial məzuniyyət müddəti başa çatdığından 18 dekabr 2024-cü il tarixdən işdə hesab edilmişdir. Naxçıvan Bələdiyyəsinin 18 dekabr 2024-cü il tarixli, 35 nömrəli əmrinin surətinə əsasən, Naxçıvan Bələdiyyəsinin kadrlarla və sənədlərlə iş üzrə mütəxəssisi X6 Məcəlləsinin 114-cü maddəsinin 2-ci bəndinə və 116-cı maddəsinin 1-ci bəndinə əsasən 18 dekabr 2024-cü il tarixdən 2024-cü iş ili hesabına ödənişli əmək məzuniyyətinə buraxılmış, məzuniyyət müddəti 30 təqvim günü hesablanmış, 18 dekabr 2024-cü il tarixdən 25 yanvar 2025-ci il tarixədək. 27 yanvar 2025-ci il tarixdən işə başlamalıdır. Naxçıvan Bələdiyyəsinin 27 yanvar 2025-ci il tarixli, 03 nömrəli əmrinin surətinə əsasən, Naxçıvan Bələdiyyəsinin kadrlarla və sənədlərlə iş üzrə mütəxəssisi X15 27 yanvar 2025-ci il tarixdən 01 sentyabr 2025-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. 01 sentyabr 2025-ci il tarixdən işə başlamalıdır. 25 aprel 2025-ci il tarixli məktuba əsasən, X2 Naxçıvan Bələdiyyəsində əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilməməsi və bununla bağlı olaraq sosial məzuniyyətə çıxarkən ona çatacaq olan ödənişi ala bilməməsinə dair 7 aprel 2025-ci il tarixli müraciətinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və N.Əmirovaya aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən Xidmətə təqdim edilməsi məqsədilə Naxçıvan Bələdiyyəsinə sorğu məktubu göndərilmişdir. Sorğuya əsasən 16 aprel 2025-ci il tarixdə təqdim olunan məlumat və sənədlərdən N.Əmirovanın 20 may 2022-ci il tarixdə Naxçıvan Bələdiyyəsində kadr və kargüzarlıq işləri üzrə mütəxəssis vəzifəsində işlə təmin olunduğu, lakin əmək müqaviləsinin “Əmək və məşğulluq” altsisteminə işlənilmədiyi məlum olmuşdur. Nəticədə N.Əmirovanın əmək hüquqlarının pozulması halı təsdiqini tapdığından Naxçıvan Bələdiyyəsinin vəzifəli şəxsi olaraq qeyd olunan pozuntunun tərəfinizdən aradan qaldırılması (əmək müqaviləsinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi) və 15 iş günü ərzində Xidmətə məlumat verilməsi zəruridir. Nəzərinizə çatdırırıq ki, Məcəllənin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Göstərişdə müəyyən edilmiş müddət ərzində hüquqpozma tərəfinizdən aradan qaldırılmadıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərəfimizdən müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqsınız. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Şikayətin təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 protokol və qərar qəbul edilən zaman işəgötürən statusu olmamışdır. X7 17 fevral 2025-ci il tarixdə Naxçıvan Bələdiyyəsində sədr vəzifəsindən azad olunmuşdur. Həmin vaxt həmin işdə heç bir səlahiyyəti olmamışdır. Əsassız olaraq barəsində cərimə tətbiq edilmişdir. Hazırda həmin vəzifəli şəxsin yerində olan işəgötürənə verilmiş məcburi göstəriş isə onun tərəfindən icra edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X4 şikayəti təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-217/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-217/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver