Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-22/2021 22.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs təqribən 3 ay əvvəl X2 170 manat alaraq ona Türkiyə Respublikasından sifariş verdiyi Forew məhsullarını gətirəcəyi ilə bağlı vəd versə də, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq məhsulu gətirməmiş, zərərçəkmiş H.Mirzəyeva pulunu tələb etsə də, o, pulu qaytarmaqdan imtina etmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhərində yaşadığını və gül satışı ilə məşğul olduğunu, təqribən 2020-ci ilin oktyabr ayında “instaqram”da tanış olduğu Hülya adlı xanım ona 110 manat və 60 manat verərək Türkiyə Respublikasından 8 ədəd aloe suyu gətirməsini sifariş vermiş, sifarişin xx xxxxxx 2021-ci il tarixdə gəlməli olduğunu, hətta bu gün əməkdaşlıq etdiyi türk vətəndaşla əlaqə saxladığını, onun da malın bu gün gələcəyini dediyini, Hülya xanımı aldatmadığını, lakin Hülya Mirzəyevanın sifarişin gəlməsinə səbr etməyib ondan pulu tələb etdiyini, və onu polisə şikayət etdiyini, buna görə də polis əməkdaşlarının onu İdarəyə çağırdıqlarını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında təqribən 3 ay əvvəl Şəxs 60 manat və 170 manat pul verərək ona Türkiyə Respublikasından Forew məhsullarını sifariş verdiyini, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Şəxs sifarişi gətirmədiyini, buna görə də pulunu tələb etsə də, Məhəmməd pulu qaytarmaqdan imtina etdiyini, pulun alınması ilə bağlı məcbur qalaraq dəfələrlə polis şöbəsinə müraciət etdiyini, nə malının gətirildiyini, nə də ona vurulan ziyanın ödənilmədiyini bildirib qanuni cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0153 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 03/278 nömrəli arayışa əsasən Qurbanov X4 qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. Akademik Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 194 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 118 nömrəli məktubda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2018-ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda dayanır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs təqribən 3 ay əvvəl X2 170 manat alaraq ona Türkiyə Respublikasından sifariş verdiyi Forew məhsullarını gətirəcəyi ilə bağlı vəd versə də, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq məhsulu gətirməmiş, zərərçəkmiş H.Mirzəyeva pulunu tələb etsə də, o, pulu qaytarmaqdan imtina etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. Həmin Məcəllənin 31.4-cü bəndində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun.
2. Həbs olunmanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva.