Məhkəmə qərarları › İş №3(078)-220/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-220/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-220/2024 13.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, fərdi işlə məşğul olan (boya işi), ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdeh Şəxs qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-991/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş 25 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, işləmədiyi və maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Qeyd edilmişdir ki, o, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-991/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli qətnaməsi üzrə övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 240 manat alimnen ödəməli olsa da, işsiz olduğu və maddi vəziyyəti ilə əlaqədar yaranmış 12570 manat aliment borcunu ödəyə bilmir. İş materiallarına əlavə olunmuş 25 dekabr 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-991/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 manat aliment tutularaq 20 sentyabr 2007-ci il təvəllüdlü X4 və 15 sentyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X5 ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra vərəqəsi Abasov X6 şəhəri Atabəylər 5/6 ünvanında yaşadığından ərazi aidiyyatı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar