Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-224/2023 31.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati materiala işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən Xəyal restoranında spirtli içki qəbul etmiş və sonra özünə məxsus Mersedes Benz markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri, Sabir küçəsində hərəkətdə olarkən manevr qaydalarını pozduğu üçün saxlanılmış, sərxoşluq əlamətləri olduğu üçün tibbi yoxlamadan keçirilmiş, yoxlama nəticəsində onun yüngül dərəcədə sərxoş olması müəyyən olunmuş, həmin tarixdə Şəxs idarə etdiyi Mersedes Benz markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt tərtib olunmuş, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati material Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-13-43-6/2-4705/2023 nömrəli müşayət məktubu ilə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Eldar Qazıbəyov 31 may 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək inzibati materialın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati material geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-224/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-224/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver