Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-225/2023 14.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə xx.xx.1991-ci ildə Şərur rayonu Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı(FİN kod: xxxxxxx), orta təhsilli, evli, işsiz, Şərur rayonu Düdəngə kəndində qeydiyyata olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 31 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 may 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 may 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, 04 fevral 2023-cü il tarixdə saat 5 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı X16 Hamzehaghanın idarə etdiyi “SCANİA” markalı 10AB221 qeydiyyat nişanlı sərnişin avtobusuna Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Gömrük Baxışı keçirilən zaman avtobusun yük yerində X6 məxsus 1 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 150 qutu “Marlboro Edge” markalı, 20 qutu “Marlboro touch one” markalı siqaret və 1 ədəd çamadanın içərisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 30 qutu “Marlboro touch one” markalı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan , lakin belə marka ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülmüşdür. Faktla bağlı Cənub Ərazi Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat idarəsində aparılmış araşdırma ilə aşkar edilərək götürülmüş 200 qutu (20 blok) siqaretdən 30 qutusunun (3 blok) Şəxanə Yusifovaya, 90 qutusunun (9 blok) Şəxanə Yusifovanın qardaşı X10, 80 qutusunun (8 blok) isə sonuncunun dostu Şəxs məxsus olması müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən X2 Baş Gömrük İdarəsinin “X14” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, xx.xx.2023-cü il tarixində xidməti zərurətlə əlaqəli Naxçıvan Avtovağzalında xidmətdə olarkən Naxçıvan-Bakı istiqamətində hərəkət edən “SCANİA” markalı 10AB221 qeydiyyat nişanlı sərnişin avtobusunun sərnişinlərinə məxsus baqajlar gömrük yoxlamasından keçdikdən sonra avtovağzalın ərazisində dayanacaqda olan avtobusun yük yerinə yüklənməsinə nəzarət etdiyini, yüklər tam şəkildə yükləndikdən sonra avtobusun yük yerinə gömrük təminatı vuraraq hərəkət edə biləcəyini bildirdiyini, Şəxs tərəfindən siqaretlərin hansı üsulla gömrük nəzarətindən keçirilməsi ilə bağlı dəqiq heç nə deyə bilmədiyini, xidmət vaxtı iş bölgüsünə uyğun olaraq avtobusun yanında olduğunu, bütün yüklər yükləndikdən sonra avtobusa gömrük təminatı vuraraq oradan ayrıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Baş Gömrük İdarəsinin “X14” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, xx.xx.2023-cü il tarixində xidməti zərurətlə əlaqəli Naxçıvan Avtovağzalında xidmətdə olarkən Naxçıvan-Bakı istiqamətində hərəkət edən “SCANİA” markalı 10AB221 qeydiyyat nişanlı sərnişin avtobusunun sərnişinlərinə məxsus baqajları və sərnişinlərə məxsus sənədləri “Vais” Elektron programında qeydiyyatı ilə məşğul olduğunu, bununla əlaqədar monitordan uzaq məsafədə olduğu üçün oradan keçən sərnişinlərə və onların baqajlarına nəzarət edə bilmədiyini, həmin gün sərnişinlərdə kütləvi deyil, lakin bir blokdan artıq olan aksiz markası olmayan siqaret saxlandığını, avtobusun yük yerinə gömrük təminatı vurulduqdan sonra vətəndaşlara təhvil verildiyini, həmin gün “Vais” Elektron programında qeydiyyat ilə məşğul olduğu üçün adı çəkilən şəxs və onun özüylə birlikdə apardığı baqaj barədə bir məlumatının olmadığını, hətta bu məsələ ilə bağlı həmin günə aid müşahidə kameralarında olan görüntülərə də baxıldığını və X7 məxsus baqajın rentgen baxışı qurğusundan kənar keçirilməklə digər baqajların arasına qoyulduğunun məlum olduğunu, sonradan həmin siqaretlərin bir qisminin Şəhanəyə, bir qisminin onun qardaşına və bir qisminin isə Şəxs məxsus olduğunun aşkar edildiyini bildirdi Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 30 may 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 04 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş Materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 7/226-9/1145 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bütün tütün məmulatları istifadəyə yararlıdırlar, həmin siqaretlərin xx.xx.2023-cü il tarixə uyğun olaraq 1 qutusunun qiyməti 7 manat olmaqla ümumi bazar qiyməti 1400 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsini yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı “SCANİA” markalı 10AB221 qeydiyyat nişanlı sərnişin avtobusunun yük yerinə vurulmuş AA 975959, AA975960, AA975968, AA975969 və AA 977987 nömrəli gömrük təminaı vasitəsi olan stikerlər çıxarılaraq yüklərə ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı yüklərə daxil olan “AZERBAİJAN CUSTOMS Serial Number of the package10” kodu ilə işarələnmiş və sürücü X16 Hamzehaghanın təqdim etdiyi sərnişin siyahısına əsasən Yusifova Şəxanə adlı sərnişinə aid olan 1 ədəd karton qutudan 150 qutu “Marlboro Edge” markalı, 20 qutu “Marlboro touch one” markalı siqaretlər “AZERBAİJAN CUSTOMS Serial Number of the package10” kodu ilə işarələnmiş və siyahıya əsasən Yusifova Şəxanə adlı sərnişinə aid olan 1 ədəd çemodanın içərisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 30 qutu “Marlboro touch one” markalı siqaretlər aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin rəisi gömrük xidməti kapitanı Heydər Səmədlinin raportunda qeyd edilmişdir ki, İran İslam Respublikası vətəndaşı X16 Hamzehaghanın idarə etdiyi “SCANİA” markalı 10AB221 qeydiyyat nişanlı sərnişin avtobusundan aksiz markası ilə markalanmamış siqaretlərin aşkar edilərək götürülməsi faktına əsasən toplanmış xx/xx/011607 nömrəli material üzrə X13 və Şəxs əməllərində AR İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətlərinin olması nəzərə alınaraq, materialdan zəruri sənədlərin surətinin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 22 may 2023-cü il tarixli 3-33/2- 009473/2023 nömrəli məktubu ilə Naxçıvan Baş Gömrük İdarəsinə göndərildiyini, xx/xx/011607 nömrəli materiala əsasən Azərbaycan Respublikasını vətəndaşkları X13 və Şəxs tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbləri pozulduğuna görə hər bir vətəndaşın barəsində ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilməli və vətəndaşların ayrı-ayrılıqda inzibati məsuliyyətə cəlb edilməli olduğu qeyd edilmişdir. İş Materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 7/226-9/1145 nömrəli ekspert rəyindən görünür ki tədqiqata təqdim edilmiş bütün tütün məmulatları istifadəyə yararlıdırlar, həmin siqaretlərin xx.xx.2023-cü il tarixə uyğun olaraq 1 qutusunun qiyməti 7 manat müəyyən edildiyindən Şəxs ona məxsus olduğunu bildirdiyi 80 qutu(1600 ədəd) Azərbaycan respublikasının aksiz markası ilə markalanmamış siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyərinin 560.00 (beş yüz almış) manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın ümumi dəyərinin 45 faizi məbləğində inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş malın ümumi dəyəri olan 560 (beş yüz altmış) manatın 45 faizi məbləğində yəni 252 (iki yüz əlli iki) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-225/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-225/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver