Məhkəmə qərarları › İş №3(078)-226/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-226/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-226/2023 01.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Babək rayon Məzrə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, avtomobil ustası işləyir, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon Məzrə kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Qoçüstü 1/7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X3 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİNnə bilavasitə tabe olan X3 Polis Şöbəsində tərtib olunmuş material 01 iyun 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X3 Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis leytenantı X4 tərəfindən tərtib olunmuş 01 iyun 2023-cü il tarixli 010660 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs mütəmadi olaraq ** BH *** dövlət qeydiyyat nişanlı Lexus markalı avtomobillə hava limanının işçilərinin gəlib-getməsini təmin edən ** AE *** dövlət nömrə nişanlı Mersedes Sprinter markalı xidməti servisi hərəkət edən zaman yolda təhlükəli manevrlər etmiş, qəza şəraiti yaratmış və işçilərin həyatını təhlükəyə atmışdır. O, sonuncu dəfə bu hərəkəti xx.xx.2023-cü il tarixdə etmiş və hava limanı əməkdaşları üçün ictimai asayişi pozmuş, xırda xuliqanlıq hərəkətləri edərək hava limanı ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixində saat 08:40 radələrində yaşadığı Naxçıvan şəhərində uşaqları məktəbə qoyub iş yerinə qayıdarkən 57 bazarı istiqamətindən dönüb Şərq Süfrəsi restoranına tərəf gedərkən deyilənlərə görə X7 məxsus olan Vito markalı maşını ötüb keçmişdir. Şərq Süfrəsinin yanındakı moykada maşını yudurtmağa getmiş, moyka bağlı olduğu üçün iş yerinə qayıtmışdır. Günorta vaxtı polis əməkdaşları ona yaxınlaşıb onu X3 Polis Şöbəsinə dəvət etmişlər. Şəxs özünü təqsirli hesab etmədiyini, heç bir qanun pozuntusuna yol vermədiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında X8 Limanında sürücü işlədiyini, növbədə olduğu zaman idarə etdiyi ** AE *** dövlət nömrə nişanlı Mersedes Sprinter markalı mikroavtobus ilə işçiləri işə gətirən zaman Danyeri marketin önündən Türk məscidinin önünə qədər olan yolda ** BH *** dövlət qeydiyyat nişanlı Lexus markalı avtomobil müxtəlif manevrlər edərək qəza şəraiti törətmişdir. Bu hal dəfələrlə təkrar olaraq işçilərin həyatını təhlükəyə atmışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 Polis Şöbəsinin CAQ-un əməliyyat müvəkkili polis mayoru X2 bildirmişdir ki, 31 may 2023-cü il tarixdə Hava Limanının rəhbərliyindən daxil olmuş şikayət məktubu əsasında Şəxs X3 Polis Şöbəsinə gətirilməsi məqsədi ilə Naxçıvan şəhəri M.Cəfərov küçəsində yerləşən sexinə gedən zaman ona yaxınlaşaraq barəsində şikayət olduğu üçün onlarla birlikdə polis şöbəsinə gəlməli olduğunu dedikdə Şəxs onlara narazılıq estə də, Şöbəyə gəlmiş və çatdıqdan sonra Şöbənin həyətində müqavimət göstərərək qaçmağa cəhd edərkən saxlanılmış, ictimai yerdə səs-küy salmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində X3 X6-İnspektor qrupunun baş inspektoru, polis baş leytenantı X1 Rövqan Mükərrəm oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 31 may 2023cü il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X3 Polis Şöbəsinin CAQ-un əməliyyat müvəkkili polis mayoru Rövqan Novruzov tərəfindən verilən raportdan görünür ki, Şəxs mütəmadi olaraq ** BH *** dövlət qeydiyyat nişanlı Lexus markalı avtomobillə hava limanının işçilərinin gəlib-getməsini təmin edən ** AE *** dövlət nömrə nişanlı Mersedes Sprinter markalı xidməti servisi hərəkət edən zaman yolda təhlükəli manevrlər etmiş, qəza şəraiti yaratmış və işçilərin həyatını təhlükəyə atmışdır. O, sonuncu dəfə bu hərəkəti xx.xx.2023-cü il tarixdə etmiş və hava limanı əməkdaşları üçün ictimai asayişi pozmuş, xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş üzrə Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 396 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal yoxdur. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar