Məhkəmə qərarları › İş №3(078)-228/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-228/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-228/2024 20.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Protokol tərtib edən şəxs X1 və barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Sədərək rayonu, Dəmirçi kəndi ərazisində 2023-cü ilin 4-cü rübü də daxil olmaqla, müxtəlif vaxtlarda “Vəlidağ” mərmərləşmiş əhəngdaşı yatağından ümumi həcmi 5684.8 m3 olan mineral xammalı icazə olmadan yer təkindən istifadə etmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şəxs barəsində İXMin 228-ci maddəsi üzrə tərtib olunmuş 17 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə, Şəxs Sədərək rayonu, Dəmirçi kəndi ərazisində 2023-cü ilin 4-cü rübü də daxil olmaqla, müxtəlif vaxtlarda “Vəlidağ” mərmərləşmiş əhəngdaşı yatağından ümumi həcmi 5684.8 m3 olan mineral xammalı icazə olmadan yer təkindən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəməyə vəsatət göndərərək, qeyd edilən xətanın birbaşa qəsdlə əhatə olunmayaraq tərəflərindən törədildiyini, Arkozun dövlət əhəmiyyətli layihələrin icrasında iştirakını və maliyyə vəziyyətində yaranmış çətinliyini, həmçinin müəyyənləşdirilmiş zərərin ödəniləcəyini nəzərə alaraq İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş xəta üçün xəbərdarlıq və ya bu təmin edilmədiyi halda isə həmin maddədə nəzərdə tutulmuş cərimənin aşağı həddə tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 məhkəmə baxış iclasında verdiyi izahatında, protokolu qəbul etdiklərini, təqsirli olduqlarını bildirərərək, İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş xəta üçün xəbərdarlıq və ya bu təmin edilmədiyi halda isə həmin maddədə nəzərdə tutulmuş cərimənin aşağı həddə tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib edən şəxs X2 məhkəmə baxış iclasında verdiyi izahatında, İXM-in 228ci maddəsində nəzərdə tutulmuş xəta üçün cərimənin aşağı həddə tətbiq edilməsinə etirazlarının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2024-cü il 02 may tarixli aktına və təbiətə dəymiş ziyanla bağlı hesablanma cədvəlinə əsasən, hüquqi şəxs Şəxs MMC tərəfindən yer təki fəaliyyəti ilə əlaqədar müvafiq sənədlər olmadan Sədərək rayonu, Dəmirçi kəndində əvvəlki dövrlərdən qeyd edilən vaxta qədər istismar işləri aparılmışdır. İstismar edilmiş xammalın həcmi 5684.8 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 29 mart tarixli, 119 nömrəli Qərarına (2020-ci ilin 29 mart tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli, 239 nömrəli Qərarına) uyğun olaraq istismar edilmiş həcmlərə görə təbiətə dəymiş ziyanın məbləği 48831.86 (qırx səkkiz min səkkiz yüz otuz bir manat səksən altı qəpik) manatdır. Sözügedən Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Mövcud qanunvericilikdə yer təki fəaliyyəti ilə bağlı əvvəlki dövrlərdə aparılmış istismar nəticəsində təbiətə dəymiş ziyanla bağlı heç bir güzəşt nəzərdə tutulmur. Hüquqi şəxs Arkoz inşaat şirkəti” MMC tərəfindən yataqlaşdırılmayan ərazinin 0.26 ha hissəsinin heç bir sənəd olmadan qeyri-qanuni istismarı nəticəsində ümumilikdə təbiətə dəymiş ziyan 48831.86 (qırx səkkiz min səkkiz yüz otuz bir manat səksən altı qəpik) manat hesablanmışdır. Məhkəmə protokol və ona əlavə edilən sənədləri araşdırıb müəyyən edir ki, Şəxs Sədərək rayonu, Dəmirçi kəndi ərazisində 2023-cü ilin 4-cü rübü də daxil olmaqla, müxtəlif vaxtlarda “Vəlidağ” mərmərləşmiş əhəngdaşı yatağından ümumi həcmi 5684.8 m3 olan mineral xammalı icazə olmadan yer təkindən istifadə etmişdir. Şəxs əməlində inzibati xəta tərkibi vardır və həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İXM-in 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Hazırki işdə də məhkəmə tərəfindən protokol və ona əlavə edilən sənədlər barəsində inzibati icraat aparılan hüquqi şəxs rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş qaydada 5000 (beş min) manat məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar