Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-229/2024 29.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 13 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-Cİ maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 13 olan Şəxs MMC-nin (VÖEN: **********) adından təqdim edilmiş **********7272 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən xx.xx.2024-cü il tarixli AZE**********015 nömrəli invoysun 10-cu mövqeyində göstərilmiş, invoys dəyəri 47.63 ABŞ dolları təşkil edən brutto çəkisi 2.7 kq, netto çəkisi 2.5 kq olan xlorid turşusu (hydrochlotic acid 37% İSO) sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək üçün bəyan olunmuşdur. Lakin, X1 Mərkəzinin müraciəti əsasında Gömrük laboratoriyası tərəfindən keçirilmiş gömrük ekspertizasının nəticələrinə əsasən müəyyən edilmişdir ki, həmin mallar 28 iyun 2005-ci il tarixli 960-İİQ nömrəli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İV siyahısının 8-ci bəndinə (Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar) aid olduğu halda, mallar ölkə ərazisinə idxal olunduğu zaman lisenziya təqdim edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin təşkilatın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin (VÖEN: **********) adından təqdim edilmiş **********7272 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən xx.xx.2024-cü il tarixli AZE**********015 nömrəli invoysun 10-cu mövqeyində göstərilmiş, invoys dəyəri 47.63 ABŞ dolları təşkil edən brutto çəkisi 2.7 kq, netto çəkisi 2.5 kq olan xlorid turşusu (hydrochlotic acid 37% İSO) sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək üçün bəyan olunmuşdur. Lakin, X1 Mərkəzinin müraciəti əsasında Gömrük laboratoriyası tərəfindən keçirilmiş gömrük ekspertizasının nəticələrinə əsasən müəyyən edilmişdir ki, həmin mallar 28 iyun 2005ci il tarixli 960-İİQ nömrəli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İV siyahısının 8-ci bəndinə (Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar) aid olduğu halda, mallar ölkə ərazisinə idxal olunduğu zaman lisenziya təqdim edilməmişdir. X2 İdarəsinin Gömrük Laboratoriyası tərəfindən verilmiş GM**********06 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli AZE**********015 nömrəli invovsun 10-cu mövqeyində göstərilmiş “hydrochlotic acid % 37” adlı malın idxalına “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə nəzarət olunur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 1 nömrəli əlavəsində prekursorların istehsalı, idxalı, ixracı, tranzit nəql edilməsi üçün lisenziya tələb olunduğu qeyd edilmişdir. İs üzrə maddi sübut olan brutto çəkisi 2.1 kq, netto çəkisi 2.5 kq olan xlorid turşusunun (hvdrochlotic acid 37% İSO) aşkar olunduğu günə orta bazar qiymətinin nə qədər olmasının öyrənilməsi məqsədilə “məhkəmə əmtəəsünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardad” yazılaraq xx.xx.2024-cü il tarixində 3-33-1200/2- 001641/2024 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 529 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş brutto çəkisi 2.1 kq, netto çəkisi 2.5 kq olan xlorid turşusunun (hydrochlotic acid 37% İSO) hadisə bas verən tarixə orta bazar qiyməti təxminən 85,00 (səksən beş) manat müəyyən edilmişdir. Bununla da Şəxs MMC qanunvericiliyin tələbləri pozulmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs MMC-nin həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsinə əsasən idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olan əmlak müsadirə olunmalıdır. İş üzrə maddi sübut olan brutto çəkisi 2.7 kq. netto çəkisi 2.5 kq olan xlorid turşusu (hydrochlotic acid 37% İSO) X2 İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 13 olan (VÖEN: **********) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olan əmlak- brutto çəkisi 2.7 kq. netto çəkisi 2.5 kq olan xlorid turşusu (hydrochlotic acid 37% İSO) müsadirə edilsin. İş üzrə maddi sübut olan brutto çəkisi 2.7 kq. netto çəkisi 2.5 kq olan xlorid turşusu (hydrochlotic acid 37% İSO) X2 İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-229/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-229/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver