Məhkəmə qərarları › İş №3(078)-23/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-23/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-23/2023 13.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuş (FİN xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi santexnik ustası, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində tərtib olunmuş material 13 yanvar 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin polis sahə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli 010037 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 yanvar 2023-cü il tarixdə saat 10:50 radələrində Naxçıvan şəhəri Kalbalıxan küçəsində yerləşən H.Əliyev sarayının arxasında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 12 yanvar 2023-cü il tarixdə saat 16-17 radələrində kəbinli nikah kəsdirib yaşadığı Əfsanə adlı xanımın işlədiyi gözəllik salonuna getmiş və ona verdiyi 60 manat pulu geri istəmişdir. Ona görə ki, Əfsanə bir neçə müddətdir ki, ayrılıb kirayə yaşamağa başlayıb, 2-3 gün əvvəl ona zəng vurub kirayəni ödəyə bilmədiyi üçün 60 manat pul istəmişdir. Ona da pulu vermiş, ümid etmişdir ki, yəqin münasibətləri düzəlir. Ancaq Əfsanə pulu aldıqdan sonra yenə onunla soyuq davranmış, telefonlarını açmamışdır. O da Əfsanənin işlədiyi salona gedib pulu istəmiş, Firma mağazasının yanında olan bankomatdan pulu çəkib ona geri vermişdir. Həmin vaxt görmüşdür ki, Əfsanənin 2000 manat pulu var. Sonra evə getmişdir. Əfsanə də zəng edib polisə onu narahat etməsi ilə bağlı məlumat vermiş və onu polis şöbəsinə aparmışdılar. Bildikləri bundan ibarətdir. Səhəri polis bölməsində məhkəməyə çıxarılacağını bildirib ona dedikləri formada izahat yazmasını tələb etmişlər. O da deyilənləri etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X3 bidirmişdir ki, burada olan Şəxs adlı şəxsi bu səhər polis bölməsində görmüşdür. Həmin şəxsin hansı hərəkəti etdiyini bilmir. Bölis bölməsində ona deyilmişdir ki, həmin şəxs məhkəməyə çıxarılacaq bu məzmunda izahat yazsın. O da izahatında 13 yanvar 2023-cü il tarixdə saat 10:50 radələrində Naxçıvan şəhəri Kalbalıxan küçəsində yerləşən H.Əliyev sarayının arxasından keçən zaman 1 nəfər tanımadığı şəxsin küçədə mobil telefonla ucadan mübahisə edərək səs-küy saldığını, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini bildirdi. Lakin Bu şəxsi polis bölməsindən əvvəl heç yerdə görməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin polis sahə inspektoru polis kapitanı X2 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman 1 nəfərin səs-küy salaraq ucadan danışdığını gördüyü üçün həmin şəxsə yaxınlaşıb onu etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmişdir. Həmin şəxsi Bölməyə gətirmişdir. Məlum olmuşdur ki, ictimai qaydanı pozan şəxs Naxçıvan şəhəri Azərbaycan döngə 6, ev 18 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar sübut edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin dispozisiyasından da aydın olur ki, xuliqanlıq inzibati xəta tərkibinin olması üçün ictimai qayda pozulması, həmin ictimai qaydanın pozulması fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməməlidir. İlk olaraq inzibati protokol tərtib edən orqan ictimai qaydanın pozulduğunu materiallar əsasında sübuta yetirməlidir. Lakin Şəxs və şahid X1 izahatlarından ictimai qaydanın pozulmasında Şəxs təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.1.4, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1 nömrəli Polis Bölməsindən daxil olan 010037 nömrəli 13 yanvar 2023-cü il tarixli protokol üzrə Şəxs təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar