Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-230/2025 25.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X16 haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətin təmin olunması, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin barəsində olan ******* nömrəli xx.xx.2025- ci il tarixli X16 haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayətini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhəri, 11-ci məhəllədə yerləşən "xxxx" MMC-nin direktorudur. 14 may 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin ******* nömrəli X16 haqqında qərarı ilə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Həmin qərara əsasən, bir nəfər işçinin əmək haqqı məbləğinin dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olduğu əsas göstərilərək ona əsassız olaraq cərimə yazılmışdır. X10 Vermə haqqında Qərar ona rəsmi qaydada 16 may 2025-ci il tarixdə verilmişdir. Belə ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən ona 5 may 2025-ci il tarixdə “İnzibati xəta haqqında Protokol”un tərtib olunması barədə bildiriş göndərilmiş və həmin bildirişə 14 may 2025-ci il tarixə saat 15:00-a təyin olunmuş inzibati xəta haqqında işə baxılması üçün dəvət olunmuşam. Bundan sonra dərhal Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşı ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq işçisi X1 aldığı əmək haqqı məbləğinin 400 manat olduğunu, inzibati xəta törətmədiyini bildirmişdir. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, müraciətinə cavab olaraq e-sosial.az saytından sözügedən işçimin aylıq əmək haqqının elektron sistemdə həqiqətən də 400 manat olduğu bir daha təsdiqlənib. İ Qarabağ müharibəsi veteranı olaraq düşünür ki, barəsində qərəzli şəkildə tətbiq olunmuş bu inzibati tənbeh yalnız hüquqi deyil, həm də mənəvi ədalətin prinsiplərinə ziddir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 izahatında bildirmişdir ki, aptek işlədir. Zirvə aptekin müdiridir. Özü və iki işçisi vardır. X1 əmək müqaviləsində dəyişiklik olması barədə Müvəffişlik Xidmətindən onlara bildirilmişdir. Qeyd edilmişdir ki, əmək müqaviləsində əmək haqqı 345 manat göstərilib. 15 aprel tarixində həmin düzəlişi aparıbdır və vergi orqanında da görülməkdədir. Daha sonra may ayının 7-də ona zəng vurulmuşdur. Bildirilmişdir ki, nöqsan düzəldilməyib, o da sənədlərin vergi sistemində olduğunu bildirmişdir. Bundan sonra demişdilər ki, nöqsan digər işçidədir yəni oğlu Kənandadır. Lakin həmin vaxt oğlunun da əmək müqaviləsində dəyişiklik aparmışdır və natamam iş vaxtı üçün 200 manat əmək haqqı düzgün qeyd edilmişdir. Lakin yenə də ona cərimə yazılmışdır. Halbuki ona nə vaxt nöqsan bildirilibsə həmin vaxt dərhal nöqsanı aradan qaldırmışdır. Buna görə barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X13 izahatında bildirmişdir ki, nöqsan aptekin işçisi X5 münasibətdə işəgötürən barəsində tətbiq edilmişdir. Ona görə ki, işçi tam ştat olaraq işləməsi barədə əmək müqaviləsində saat qeyd edilsə də natamam ştat olaraq 200 manat əmək haqqı qeyd edilmişdir. İş saatı isə 40 saat göstərilmişdir. Qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. 11 iyun 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında bildirmişdir ki, o Zirvə aptekdə işləyir. 15 aprel 2025-ci il tarixdə əmək müqaviləsində düzəliş aparılmışdır və əmək haqqı 400 manat qeyd edilmişdir. O həm əmək müqaviləsi üzrə əmək haqqı almış, həm də əlavə almışdır və heç vaxt minimum əmək haqqından az miqdarda əmək haqqı almamışdır. 19 iyun 2025-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X9 izahatında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətində mütəxəssis işləyir. Cərimə yazılan zaman elektron sistem üzrə yoxlama aparılmışdır və nöqsan şəxsin diqqətinə çatdırılmışdır. Lakin həmin nöqsan aradan qaldırılmadığından bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X16 haqqında qərarının surətinə əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati xəta törətmiş və 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş 02 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinin surətinə əsasən, "xxxx" MMC-nin direktoru X7 ilə X8 arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işçinin əmək haqqısı 200 manat göstərilmişdir. Məhkəmə şikayət verənin və X16 haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X16 haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə də həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Təqdim edilən əmək müqaviləsindən, əmək müqaviləsinin aktiv olmasına dair elektron çıxarışdan aydın olur ki, işçi minimum əmək haqqından az miqdarda əmək haqqı təyin edilməsi barədə əmək müqaviləsi mövcuddur. Əgər əmək müqaviləsi tam ştat olaraq müəyyən edilmirsə iş saatları həftədə 40 saat müəyyən edilmişdir. Bu isə həmin halı təkzib edir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X16 haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X16 haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-230/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-230/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver