Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-231/2025 22.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 20 avqust 1997-ci il tarixdə Rastov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq məhkəmə müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-699/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, 21 mart 2023-cü il tarixli, 25 nömrəli müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat əsas borc, 36 (otuz altı) manat cərimə borcu olmaqla, ümumilikdə 756 (yeddi yüz əlli altı) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxsnə verilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.35 (iyirmi səkkiz manat otuz beş qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi qət edilmişdir. İş üzrə icraata 01 iyul 2024-cü il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun borcu yaranmış, beləliklə, Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunduğunu, icra vərəqəsinin icrasını yerinə yetirmədiyini, qərarı icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-699/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 699/2024 nömrəli, 03 may 2024-cü il tarixli qətnaməsi ilə, 21 mart 2023-cü il tarixli, 25 nömrəli müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat əsas borc, 36 (otuz altı) manat cərimə borcu olmaqla, ümumilikdə 756 (yeddi yüz əlli altı) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxsnə verilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.35 (iyirmi səkkiz manat otuz beş qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Şəxs 01 iyul 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs 29 iyul 2024-cü il tarixli xəbərdarlıq göndərilmişdir. 02 dekabr 2024-cü il tarixdə 20 avqust 1997-ci il tarixdə Rastov vilayətində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 22 may 2025-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva.