Məhkəmə qərarları › İş №3(078)-233/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-233/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-233/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə Naxçıvan şəhər Cahan Ticarət Mərkəzində yerləşən meyvə bazarında Naxçıvan şəhər sakini Şəxs ilə Babək rayon Nəzərabad kənd sakini X4 arasında mübahisə baş verməsi və həmin mübahisə zamanı X2 boğaz nahiyyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X8 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 23 may 2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində qızı X9 ilə birlikdə bazarlıq etmək üçün Naxçıvan şəhərində yerləşən Cahan AVM ticarət mərkəzinə getmək istədiklərini, Cahan Ticarət mərkəzinin qarşısından keçən zaman qızına göy-göyərti almaq üçün yolüstü bazara da girək dediyini, qızı ilə birlikdə Cahan ticarət mərkəzində göyərti satılan yerə gəldiklərini, həmin vaxt nəvəsinin də onların yanında olduğunu, bazarda tanımadıqları qarşılarında hərəkət edən xanıma qızının yol verməsini dediyini, həmin vaxt qızın onlara yol vermədiyini, qızı Günel ilə həmin xanım arasında sözlü mübahisə baş verdiyini, onların bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini, qızına yaxınlaşdığını, onu kənara çəkdiyini, həmin xanımın yanında bir nəfər qadının da olduğunu, həmin qadının ona bir sillə vurduğunu, qızını və nəvəsini kənara çəkdiyini, qızı ilə aralaşıb oradan getdiklərini, bazarlıq edib bazardan çıxan zaman həmin xanım yenə onların qarşısına çıxdığını, xanımın onların üzərinə gəldiyini, onlara qarşı nalayiq ifadələr işlətdiyini, həmin vaxt xanımlardan birinin onun üz nahiyyəsindən şillə ilə vurduğunu, qızı ilə birlikdən bazardan çıxdıqlarını, ətrafda olan şəxslərin onları aralaşdırdıqlarını, onlar gedən zaman həmin xanımların onların arxasınca gəlməyə başladıqlarını, ona baxan zaman həmin xanımın əlində telefonla onları çəkərək qızı barəsində nalayiq ifadələr işlətdiyini, onları videoya çəkdiyini gördüyü üçün əsəbləşdiyini, onların üzərinə getməyə başladığını, nə üçün videoya çəkirsiniz dediyini, həmin vaxt onun əlində olan telefonunu vuraraq saldığını və bir sillə vurduğunu bildirmiş, əməlindən peşman olduğunu, xanımın şəhid ailəsi olduğunu bilmədiyini, ilk dəfə bazarda qarşılaşdıqlarını, məhkəmə hüzurunda ondan üzr istədiyini bildirib, qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şahbuz rayon Külüs kəndində qeydiyyatda olmaqla, Babək rayon Nəzərabad kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində anası Gülsənəm Cəmiyeva ilə birlikdə Naxçıvan şəhərində yerləşən Cahan Ticarət mərkəzinə getdiklərini, kənd təsərrüfatı məhsulları satılan hissədə olduqlarını, həmin vaxt bir nəfər xanımın arxadan yolu niyə saxlamısan çəkil keçək dediyini, həmin vaxt xanıma yol var keçə bilərsiniz dediyini, həmin sözdən sonra onun barəsində kənd eşşəyi deyərək nalayiq ifadələr işlətməyə başladığını, qarşılığında həmin şəxsə nə deyirsən şəhərli dediyini, bir anda həmin xanım onun üzərinə hücum çəkdiyini, boyun nahiyyəsindən tutaraq onu vurmağa başladığını, həmin xanımın yanında olan anasının da onunla birlikdə onların üzərinə gəldiyini, həmin şəxslərin əlindən özünü qurtara bilmədiyini, xanımların hər ikisi onun üz nahiyyəsindən vurduqlarını, ətrafda olan şəxslərin çətinliklə onların əlindən aldıqlarını, həmin vaxt onun barəsində polisə şikayət edəcəyini dediyini, ona gözləməsini dediyini, ətrafda olan şəxslərin həmin xanıma onun şəhid yoldaşı olduğunu dediklərini, lakin onun yenə də nalayiq ifadələr işlətməkdə davam eddiyini, onun üzərinə təkrar hücum çəkdiyini, onun başından və boyun nahiyyəsindən vurmağa başladığım, bir qədər sonra onların aralaşdıb getdiklərini, onların kim olduğunu bilmədiyi üçün onların arxasınca gedib şəkillərini çəkmək istədiyini, həmin vaxt isə həmin xanımın yanında olan anasının onun üzərimə hücum çəkdiyini, onun şillə ilə vurduğunu, həmin vaxt xanımın dırnaqlarının onun boğazını cızdığını, onu vurduqları üçün mübahisə zamanı boğaz nahiyyəsindən və üzündən xəsarət aldığını, mübahisə zamanı onun iki cüt sırğa bujiteriyasının qırıldığını, həmçinin mübahisə zamanı onun redmi not 10 markalı mobil telefonunun əlindən vuraraq saldıqları üçün yan hissələrinin əzildiyini, onların bağışlamadığını və şikayətçi olduğunu bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində qızı Səmurə ilə birlikdə Naxçıvan şəhərində yerləşən Cahan Ticarət mərkəzinə getdiklərini, kənd təsərrüfatı məhsulları satılan hissədə olduqlarını, həmin vaxt bir nəfər xanımın arxadan yolu niyə saxlamısan çəkil keçək dediyini, qızı Səmurənin isə həmin vaxt xanıma yol var keçə bilərsiniz dediyini, həmin sözdən sonra həmin xanımın qızının barəsində kənd eşşəyi deyərək nalayiq ifadələr işlətməyə başladığını, qızının isə həmin şəxsə nə deyirsən şəhərli dediyini, bir anda həmin xanımın qızının üzərinə hücum çəkdiyini, qızı Səmurənin boyun nahiyyəsindən tutaraq onu vurmağa başladığını, həmin xanımın yanında olan anasının da onunla birlikdə onların üzərlərinə gəldiyini, həmin vaxt ətrafda olan şəxslərin qızı Səmurəni həmin xanımların əlindən almaqda çətinlik çəkdiklərini, xanımların hər ikisinin də qızının üz nahiyyəsindən vurmaqla, onun saçından tutub dartdıqlarını, ətrafda olan şəxslərin çətinliklə onların əlindən aldıqlarını, Həmin vaxt qızının onlar barəsində polisə şikayət edəcəyini dediyini, onlara gözləmələrini dediyini, ətrafda olan şəxslərin həmin xanımlara qızının şəhid yoldaşı olduğunu dediyini, lakin onların yenə də nalayiq ifadələr işlətməkdə davam etdiklərini, həmin xanımlardan cavan olanın yenidən qızının üzərinə hücum çəkdiyini, yenə də qızının saçından tutaraq onun başından və boyun nahiyyəsindən vurmağa başladığını, bir qədər sonra onların aralaşdıb getdiklərini, qızının isə onların kim olduğunu bilmədiyi üçün onların arxasınca gedib şəkillərini çəkmək istədiyini, həmin vaxt isə həmin xanımın yanında olan anasının qızının üzərinə hücum çəkdiyini, qızım Səmurənin şillə ilə boğaz nahiyyəsindən vurduğunu, həmin vaxt xanımın dırnaqları qızımın boğazını cızdığını, qızının saçından tutub dartan zaman mübahisə zamanı qızının boğaz nahiyyəsindən və üzündən xəsarət aldığını, həmin vaxt onları aralaşdırmaq istəyən zaman onun da üz nahiyyəsindən şillə ilə vurduqlarını bildirmişdir Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə daxil olmuş 705 saylı ekspert rəyində vətəndaş X1 bədən səthi üzərində, boyunun müxtəlif nahiyyələrində, sol qulaq seyvanının sırğalıq hissəsində, sağ saidin və sağ əlin arxa səthində sıyrıqlar, sıyrıqlarm iti kənarlı əşyanın təsirindən törəndiyi, eləcə də həmçinin insan dırnağının müvafiq nahiyyələri didməsi nəticəsində törənə bilərliyi, xəsarətin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə daxil olmuş 710 saylı ekspert rəyində vətəndaş Şəxs bədən səthi üzərində, sol almacıq nahiyyəsində qançır, qançırın küt əşyanın təsirindən törəndiyi, həmçinin bilavasitə əl zərbəsinin müvafiq nahiyyəyə çırpılması nəticəsində törənə bilərliyi, xəsarətin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisənin videogörüntüsü və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsdən üzr istəməsidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 400 (dörd yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar