Məhkəmə qərarları › İş №3(078)-235/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-235/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-235/2025 19.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, natamam orta təhsilli, DJ işləyən, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhərində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 may 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında qanunsuz dini təbliğat aparılması ilə bağlı İstintaq və Təhqiqat Şöbəsində araşdırılan HKpi-519/25 nömrəli material üzrə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 13 aprel 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 13 aprel 2025-ci il tarixdə saat 13:00-da ünvan 4 ünvanında qeyri-qanuni dini toplanış keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuş, Naxçıvan MR DİN-in CAİ-nin, Naxçıvan Şəhər Pİnin CAŞ-ın və DTX-nın Naxçıvan İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Xristian dininin Protestan təriqətinin, Yevangelist cərəyanının "Vineyard kilsə" dini iemasının üzvlərinin toplanışını təşkil edən həmin ünvanı kirayə tutan Koreya vətəndaşı xx.xx.1975-ci il təvəllüdlü X5 və onunla birlikdə qeyri-qanuni dini toplanışda iştirak edənlər: 1. Həyat yoldaşı Babək rayon Şəkərabad kəndində yaşayan, Koreya vətəndaşı, fərdi qaydada Koreya dili dərsini təbliğ edən xx.xx.1978-ci il təvəllüdlü X21; 2. Uşaqları Babək rayon Şəkərabad kəndində yaşayan, Koreya vətəndaşı, xx.xx.2011-ci il təvəllüdlü X16; 3. Uşaqları Babək rayon Şəkərabad kəndində yaşayan, Koreya vətəndaşı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 5 A sinif şagirdi xx.xx.2014-cü il təvəllüdlü X13; 4. Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayan, Koreya Respublikası vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü X22; 5 ünvan 5 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü, Koreya Respublikası vətəndaşı X3, Azərbaycan Respublikası vətəndaşları: 1. Ucar şəhərində anadan olan, evli 1 uşaq atası, mebel ustası işləyən, ünvan 6 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhərində kirayə yaşayan, xx.xx.1991-ci il təvəllüdlü X4; 2. Onun həyat yoldaşı Gəncə şəhərində anadan olan, ünvan 8 ünvanında qeydiyyatda olan, Bakı şəhər Binəqədi rayon Mədən ünvanında yaşayan, xx.xx.1996-cı il təvəllüdlü X6; 3. Uşaqları xx.xx.2023-cü il təvəllüdlü X8; 4. ünvan 10 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhərində kirayə yaşayan, xx.xx.1995-ci il təvəllüdlü Şəxs;

5. Culfa rayon Camaldın kəndində qeydiyyatda olan və yaşayan, X1 orkestr artisti işləyən xx.xx.2000-ci il təvəllüdlü X9; 6. ünvan 12 ünvanında qeydiyyatda olan və yaşayan, Şərur şəhər B. Kəngərli adına Uşaq İncəsənət məktəbində kamança ixtisası üzrə müəllim işləyən xx.xx.1997-ci il təvəllüdlü X10. Göstərilən ünvandan 30-dan çox müxtəlif adda dini ədəbiyyat aşkar olunaraq götürülmüş və müvafiq qaydada qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün İstintaq və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Belə ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 07 may 2025-ci il tarixdə toplanmış HKpi-256/25 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surətinin aidiyyəti üzrə Naxçıvan ŞPİ-nin İTŞ-nə göndərilməsi, material üzrə prosessual qaydada götürülmüş və məhkəmə dinşünaslıq ekspertizasından keçirilmiş hər bir adda olan kitabların maddi sübut hesab edilməsi və material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın qəbul edilməsi nəzərə alınmaqla, həmin kitabların nəzarətdə qalması üçün Naxçıvan Muxtar Respublikasının X24 üzrə Dövlət Agentliyinə verilməsi barədə qərar qəbul etmişdir. 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, o üçüncü qrup əlildir, Bakı şəhərində yaşayır. Onlara qanunsuz toplantı etdiklərini deyirlər. Ancaq o bilməmişdir. Dua etmişdirlər. O ürəyindən əməliyyat olunmuşdur. Onlar hər hansı dini təblig etməmişdir. Koreyalıların evinə qonaq gəlmişdilər. Dostdurlar, tanışdılar. Onların evində qalmamışdır. Sadəcə oturmaq üçün getmişdilər. Sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X24 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HKpi- 519/25 nömrəli material üzrə dinşünaslıq ekspertizası təyin olunmuş və aşağıdakı nəticələr əldə olunmuşdur: 1. 6 ədəd Nur saç Məsih (Məzmurlar), 14 ədəd Azərbaycan dilində İncil kitabı, Azərbaycan Respublikası ərazisində satılması, əldə edilməsi və istifadəsi qanunauyğundur. 1.1. 25 ədəd İncil bölmələri (Koreya dilində), 46 ədəd İncil Kitabı (Koreya dilində), 2 ədəd İncil kitabı (ingilis dilində), 1 ədəd Koreya Konfutsizmi kitabı (İngilis dilində) şəxsi istifadəyə yararlı olsa da, Azərbaycan Respublikası daxilində kütləvi şəkildə təbliğatı və yayılması məqsədəuyğun deyil. 2. Sorğuda qeyd edilən X2 hər hansı bir dini ədəbiyyatla ölkə ərazisində təbliğat aparması üçün müvafiq icazə vərəqəsi olmadığından dini fəaliyyət göstərməsi qadağandır. Şəxsnın barəsində 22 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanununun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Şəxs kütləvi dini ibadəti dini ibadət yerində və ziyarətgahda deyil, evində keçirmiş, ancaq buna dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), yəni Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X24 üzrə Dövlət Agentliyinin razılığını almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 1500 (min beş yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar