Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-236/2025 20.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, evli, 1 uşaq anası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 13 aprel 2025-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanında qeyri-qanuni dini toplanış keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuş, Naxçıvan MR DİN-in CAİ-nin, Naxçıvan Şəhər Pİ-nin CAŞ-ın və DTX-nın Naxçıvan İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xristian dininin Protestan təriqətinin, Yevangelist cərəyanının "Vineyard kilsə" dini icmasının üzvlərinin toplanışını təşkil edən həmin ünvanı kirayə tutan Koreya vətəndaşı xx.xx.1975-ci il təvəllüdlü X11 və onunla birlikdə Qeyri-qanuni dini toplanışda iştirak edənlər həyat yoldaşı Babək rayon Şəkərabad kəndində yaşayan, Koreya vətəndaşı, fərdi qaydada Koreya dili dərsini təbliğ edən xx.xx.1978-ci il təvəllüdlü X23; uşaqları-Babək rayon, Şəkərabad kəndində yaşayan, Koreya vətəndaşı, xx.xx.2011-ci il təvəllüdlü X24; uşaqları-Babək rayon, Şəkərabad kəndində yaşayan, Koreya vətəndaşı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 5A sinif şagirdi xx.xx.2014-cü il təvəllüdlü X21; Naxçıvan şəhər, Əliabad qəsəbəsində yaşayan, Koreya Respublikası vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü X33; ünvan 4 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü, Koreya Respublikası vətəndaşı X14; Azərbaycan Respublikası vətəndaşları-Ucar şəhərində anadan olan, evli 1 uşaq atası, mebel ustası işləyən, ünvan 5 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhərində kirayə yaşayan, xx.xx.1991-ci il təvəllüdlü X8; onun həyat yoldaşı- Gəncə şəhərində anadan olan, ünvan 7 ünvanında qeydiyyatda olan Bakı şəhər, Binəqədi rayon, Mədən ünvanında yaşayan, xx.xx.1996-ci il təvəllüdlü Şəxs; uşaqları xx.xx.2023-cü il təvəllüdlü X15, ünvan 9 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhərində kirayə yaşayan, xx.xx.1995-ci il təvəllüdlü X16; Culfa rayon Camaldın kəndində qeydiyyatda olan və yaşayan, X3 orkestr artisti işləyən xx.xx.2000-ci il təvəllüdlü X17; ünvan 11 ünvanında qeydiyyatda olan və yaşayan, Şərur şəhər, B.Kəngərli adına Uşaq İncəsənət məktəbində kamança ixtisası üzrə müəllim işləyən xx.xx.1997-ci il təvəllüdlü X9r. Göstərilən ünvandan 30-dan çox müxtəlif adda dini ədəbiyyat aşkar olunaraq götürülmüş və müvafiq qaydada qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün İstintaq və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında həmin gün evə dua məqsədi ilə yığışdıqlarını, həmin vaxt polisin onları gəlib apardığını, 8 böyük, 3 uşaq olmaqla, ümumi 11 nəfər olduqlarını, icazə almadıqlarını, dua etmək üçün icazə almağın lazım olduğunu bilmədiklərini, Bakıda kilsədə də dua etdiklərini, belə bir problem yaranmadığını, dua etməyi yoldaşı Elçinin təşkil etdiyini bildirmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində Naxçıvana dostları ilə görüşməyə gəldiyini, xristianlıq dininə sitayiş etdiyini, ailə dostları ilə görüşdüklərini, sonra polis əməkdaşlarının gəldiyini, onları polis idarəsinə apardıqlarını, həmin gün evə dua məqsədi ilə yığışdıqlarını, həmin gün uşaqlarla birlikdə 11 nəfər olduqlarını, özü, yoldaşı, Koreya ailəsi və digər azərbaycanlı dostları olduğunu, Naxçıvan ərazisində dua etmək üçün yığışacaqlarını kilsə olmadığı üçün də evdə yığışdıqlarını, Emilyanın da orada olduğunu bildirmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində Elçin və Emilya ilə dost olduqlarını, onlar Naxçıvanda olduqları üçün evlərinə qonaq çağırdığını, daha sonra onların Koreyalı ailə ilə görüşəcəklərini öyrəndiyini, Koreya dizilərinə baxdığı üçün onları görmək istədiyini, onu da dəvət etdiklərini, getdiyini, lakin gec getdiyini, elə təzəcə çatdığı vaxt polislərin gəlib onları apardığını, dua etmək üçün toplandıqlarını, Emilyanın da orada olduğunu bildirmişdir. X10 məhkəmə iclasında verdiyi ifadəsində həmin gün dua etmək üçün yığışdıqlarını, çay içib dua etdiklərini, elə həmin vaxt da polis gəldiyini, icazə almadıqlarını, Emilyanın da orada olduğunu bildirmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində dua etmək üçün bir araya gəldiklərini, çay içib dua etdiklərini, həmin vaxt da polis gəldiyini, Emilyanın da orada olduğunu bildirmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində Koreyalıların və özlərinin həmin gün dua etmək məqsədi ilə toplaşdıqlarını, sonra polisin gəlib onları apardığını, Emilyanın da orada olduğunu bildirmişdir. X13 məhkəmə iclasında verdiyi ifadəsində çay içib dua etmək üçün bir araya gəldiklərini, icazə almalı olduqlarını bilmədiklərini, Emilyanın da orada olduğunu bildirmişdir. İş materiallarında olan 07 may 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış HKpi-256/25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surətinin aidiyyəti üzrə Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 14 aprel 2025-ci il tarixli məhkəmə-dinşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmədinşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikasının X35 üzrə Dövlət Agentliyinin ekspertinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X35 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli, 3-32-3-xx/xx/2025 nömrəli məktubdan görünür ki, 6 ədəd Nur saç Məsih (Məzmurlar), 14 ədəd Azərbaycan dilində İncil kitabı, Azərbaycan Respublikası ərazisində satılması, əldə edilməsi və istifadəsi qanunauyğundur. 25 ədəd İncil bölmələri (Koreya dilində), 46 ədəd İncil kitabı (Koreya dilində), 2 ədəd İncil kitabı (ingilis dilində), 1 ədəd Koreya Konfutsizmi kitabı (ingilis dilində) şəxsi istifadəyə yararlı olsa da Azərbaycan Respublikası daxilində kütləvi şəkildə təbliğatı və yayılması məqsədəuyğun deyil. Sorğuda qeyd edilən X7 hər hansı bir dini ədəbiyyatla ölkə ərazisində təbliğat aparması üçün müvafiq icazə vərəqəsi olmadığından dini fəaliyyət göstərməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Belə ki, Şəxs kütləvi dini ibadəti dini ibadət yerində və ziyarətgahda deyil, evdə keçirmiş, ancaq buna dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yəni, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X35 üzrə Dövlət Agentliyinin razılığını almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-236/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-236/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver