Məhkəmə qərarları › İş №3(078)-238/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-238/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-238/2025 23.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 5555ZK9, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 23 may 2025-ci il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan bir nəfər şəxsin hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs polis əməkdaşı tərəfindən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 daxil olmuş xx.xx.2025-ci il tarixli test nəticəsinə əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 10 ildən artıqdır ki, əsəb xəstəsidir. Əlavə olaraq böyrək xəstəliyi olduğu üçün güclü ağrı kəsicilərdən istifadə edir. Son zamanlar ağrıları daha kəskin olduğu üçün yuxu problemi olur. Gedib psixi dispanserdən həkimlə danışıb müalicə yazmağını tələb etmişdir. Orda yazılan dərmanlardan istifadə edir. 22 may 2025-ci il tarixdə, saat 22:00 radələrində onu iş yerindən 2 polis əməkdaşı götürərək narko-testdən keçməyə aparmışlar. Testdən müsbət nəticə çıxmışdır. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən 23 may 2025-ci il tarixdə verilmiş 243 nömrəli rəyə əsasən, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə OPİ (opioid) müsbət aşkar olunmuşdur. Opioid qrupuna tiryək, heroin, morfin, kodein, tabein və s. kimi maddələr aiddir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 23 may 2025-ci il tarixli məktubuna əsasən, xx.xx.2025-ci il tarixdə dispanserdə narkotest üsulu müayinə nəticəsində Naxçıvan şəhər Qaraxanbəyli kəndində yaşayan 1996-cı il təvəllüdlü Şəxs götürülmüş sidik nümunəsində OPİ (opioid) müsbət aşkar olundu. MDMA (-), BZO (-), COC (-), MOP (-), MTD (-), BUP (-), PCР (-), AMP (-), MЕТ (-), BAR (-) aşkar olunmadı. 23 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 23 may 2025-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Qeyd edilən nəticə üzrə OPİ (opioid) adlı maddənin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunda qeyd edilən narkotik vasitə və ya psixotrop maddələr siyahısında nəzərdə tutulmadığından ekspert rəyində həmin qrupa tiryək, heroin, morfin, kodein, tabein kimi maddələr aiddir. Məhkəmədə işə baxılan zaman Şəxs ümumiyyətlə narkotik vasitə qəbul etmədiyini bildirmiş, resept təqdim etmiş, sadəcə ağırkəsici olduğunu bildirmiş, ekspert rəyi məhkəmə üçün yeganə sübut olmamaqla digər sübutetmə vasitələri ilə şəxsin təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar