Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-24/2024 15.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Babək rayonu Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 2KCXD1, subay, 2 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan X1 MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş kürəkəni Şəxs onun evinin qarşısına gələrək sərxoş vəziyyətdə uca səslə ona və qızına qarşı nalayiq ifadələr işlətmişdir. X4 qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 017512 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində keçmiş qaynanasının evinin qarşısında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi ifadəsində həqiqətən də, xx.xx.2024-cü il tarixdə evdə olarkən keçmiş həyat yoldaşının ondan xəbərsiz qızları Rəhiməni nişanlayacağı barədə eşitmiş və bundan bərk əsəbləşmişdir. Mağazaya gedib spirtli içki almış, kəndin Abidə adlanan yerinə gələrək orada aldığı içkini içmişdir. Sonra qayınanasının evinin qarşısına gedib əsəbi və içkili olduğu üçün əsəblərini cilovlaya bilməyib ucadan səs-küy salmışdır. Əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında keçmiş kürəkəni Şəxs onun evinin qarşısına gələrək uca səslə ona və qızına qarşı nalayiq ifadələr işlətmişdir. Şikayətçi olub bu barədə qanuni tədbir görülməsi üçün polis şöbəsinə müraciət etmişdir. Məhkəmə baxışı iclasında şahid X2 izahatında bildirmişdir ki, Sadiq onun oğludur. Oğlu işçiyə qurşanmışdır və içib keçmiş ailəsini narahat edir. Dəfələrlə oğluna demişdir ki, müalicə alsın. Lakin heç bir nəticə olmamışdır. Özü yaşlıdır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində ictimai yerdə ictimai qaydanı pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Şəxs əməlində səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə inzibati xətanının törədilməsini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat miqdarında cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-24/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-24/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver