Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-24/2025 07.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ordubad rayonu, Dırnıs kəndində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 36 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Ordubad rayonu, Anaqut kəndində qeydiyyatda olan və Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 36 ünvanında yaşayan Əlibəyli X1 Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin müstəntiqi, polis leytenantı Sərxan Eyvazov tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati icraata başlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, özü Ordubad rayonu, Anaqut kəndində qeydiyyatdadır və Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 36 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə parkda oturub içki içdiyini, içkidən sonra karta pul vurmaq üçün Naxçıvan şəhərində yerləşən “Kapital Bank”-ın önünə gəldiyini, təxminən saat 18:00da aparata yaxınlaşdığını, 10 manat pulu öz kart hesabına daxil etmək üçün aparata pulu daxil etməyə çalışdığını, 2-3 dəfə təkrar etdiyini, heç birində aparatın pulu qəbul etmədiyini, sərxoş olduğu üçün əsəbləşərək aparatı vurduğunu, aparatın şüşəsinin qırıldığını, taksiyə minib evə getdiyini və polisə hadisə barədə məlumat vermədiyini bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq nümayəndə işirak etməmiş və məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-24/2025 nömrəli iş üzrə Şəxs İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunarkən toplanmış materialları məhkəməyə təqdim edilməsi ilə əlaqədar Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin müstəntiqi, polis leytenantı Sərxan Eyvazova məktub göndərilmiş və göndərilən məktuba, əsasən, HKpi-1028/24 nömrəli material göndərilmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 1308 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin Təhlükəsizlik Departamenti tərəfindən tərtib edilmiş 18 oktyabr 2024-cü il tarixli, PPO-SEC/1698/2027 nömrəli məlumatdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş fotoşəkillərdə göstərilən ödəmə aparatının hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 670,00 (altı yüz yetmiş) manat müəyyən olunur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi inzibati xəta törətmiş şəxsin izahatı ilə təkzib edilsə də, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgə əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurulduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğində cərimə edilir. (Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür). Azərbaycan Respublikası İXM-in 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan vurulmuş ziyanın bir misli miqdarına-670 (altı yüz yetmiş) manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin zərərçəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş əmlak zərərinin dəyəri olan 670 (altı yüz yetmiş) manat pul Şəxs alınaraq zərərçəkmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 670 (altı yüz yetmiş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş əmlak zərərinin dəyəri olan 670 (altı yüz yetmiş) manat pul Şəxs alınaraq zərərçəkmiş şəxsə qaytarılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-24/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-24/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver