Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-240/2024 30.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X11 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X11 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 29 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 29 may 2024-cü ildə X11 Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Fariz Əhmədov və X2 polis nəfəri, polis baş serjantı X1 Beynəlxalq Hava Limanınında xidmətdə olduqları zaman saat 11:00-da bir nəfər şəxsin Hava Limanının qarşısında özünü şübhəli apardığını aşkar etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim etməkdən imtina etdiyi üçün həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onlar tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxxxx 2003-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 29 may 2024-cü ildə saat 10:30-da tanışından borc pul almaq üçün Naxçıvan BHL-ya getdiyini, bir az pul ehtiyacı olduğu üçün ortada əsəbi gəzdiyini, Naxçıvan BHL-da olduğu zaman 2 nəfər polis əməkdaşının ona yaxınlaşaraq özünü narahat hiss etməyinin səbəbini soruşduqlarını, onlara şəxsi problemlərinin olduğunu bildirdiyini, bundan sonra ona özünü təqdim etməyini tələb etsələr də onlara özünü təqdim etmək istəmədiyini dediyini, bundan sonra həmin polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə apardıqlarını, Polis Şöbəsinə gəldikləri zaman ona üzərində narkotik vasitə olub-olmaması barədə sual verdiklərini, onlara üzərində hər hansı qanunsuz əşyanın olmadığını bildirdiyini, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqlarını, onlara narkotik vasitə istifadəçisi olmadığını və bu günə qədər heç vaxt belə maddə istifadə etmədiyini dediyini, bundan sonra onu narkotestdən keçirmək üçün Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserinə apardıqlarını, orada ondan götürülən test nəticəsində onun narkotik vasitə istifadə etdiyinin aşkar olunduğunu, analizdə ondan aşkar olunan narkotik vasitəni heç vaxt görmədiyini və istifadə etmədiyini, başında olan ağrılara görə tez-tez baralqin istifadə etdiyini, etdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 29 may 2024-cü il tarixli, 951 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda qeydiyyatda olan 2003-cü il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə narkotest üsulu müayinə nəticəsində Şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş sidik nümunəsində MET (metanfetamin), AMP (amfetamin), müsbət aşkar olundu. BAR (-) MDMA (-), OPİ (-), BUP (-), PCP (-), BZO (-), COC (-), MTD (-), MOP (-) aşkar olunmadı. İş materiallarında olan 29 may 2024-cü il tarixli məhkəmə ambulator narkoloji ekspertizanın keçirilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə ambulator narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 29 may 2024-cü il tarixli, 202 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Rzayev X10 narkomaniyası xəstəliyindən əziyyət çəkir. Halhazırda abstinensiya əlamətləri olduğuna görə məcburi müalicəyə ehtiyacı vardır. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adma Naxçıvan MR X5 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə AMP (amfetamin) və MET (metamfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 29 may 2024-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə qeyd edir ki, Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X6 29 may 2024-cü il tarixli, 202 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində hal-hazırda Şəxs abstinensiya əlamətləri olduğuna görə məcburi müalicəyə ehtiyacı olduğu göstərilsə də Şəxs barəsində inzibati həbs tətbiq edilmədiyindən narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-240/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-240/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver