Məhkəmə qərarları › İş №3(078)-243/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-243/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-243/2023 12.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək m ü ə y y ə n e t d im : Naxçıvan Şəhər Məhkəməsinə X3 nümayəndəsi və vəkili Vəkil Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Vəkil Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, qeyd olunan şikayətə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarının əsli və həmçinin həmin qərarın ona təqdim edildiyi vaxtı müəyyən edən sənədlər əlavə edilməmişdir. Şikayətə əlavə edilən sənədlərin bir çoxu isə sənədlərin fotoşəklidir. Məhkəmə şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2 və 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Şikayətdə qeyd olunanlardan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, X2 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət vermiş və həmin şikayətə baxılaraq 25 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından təkrarən məhkəməyə şikayət verilə bilməz, çünki həmin qərardan verilən şikayətə yuxarı səalhiyyətli orqan tərəfindən baxılaraq qərar qəbul edilmişdir, belə olan halda yuxarı səlahiyyətli orqanın qərarı məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmçinin şikayət vermiş şəxs tərəfindən şikayətdə onun ünvanı natamam göstərilmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X1 nümayəndəsi və vəkili Vəkil Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Həmçinin şikayət verən şəxsin diqqətinə çatdırılır ki, eyni qərardan dəfələrlə şikayətlə məhkəməyə müraciət edilmiş, hazırki qərardadda sadalanan hallar şikayət verən şəxsin diqqətinə çatdırılmış, lakin yenə də eyni qərardan eyni nöqsanlara yol verilərək şikayət verilmişdir. Həmçinin şikayət verən şəxsin diqqətinə çatdırılır ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi ilə bağlı buraxılmış müddətin bərpası barədə ərizəyə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 3(078)-12/2023 nömrəli qərardadı ilə baxılaraq şikayət verilməsi ilə bağlı prosessual müddətin bərpasından imtina edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə əlavə edilmiş müddətin bərpası ilə bağlı ərizəyə təkrarən baxılmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X3 nümayəndəsi və vəkili Vəkil Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli, 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar