Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-246/2025 06.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 nümayəndəsi X5 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X11 iştirakları ilə, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 114 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 114 ünvanında yerləşən “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən göndərilmiş 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X.Mehdiyeva və digərlərinin 3 aylıq əmək haqlarının ödənilməsi ilə bağlı DƏMX tərəfindən 07 aprel 2025-ci il tarixdə məcburi göstəriş verilmiş, lakin “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 tərəfindən göstəriş yerinə yetirilməmişdir. Nəticədə “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 nümayəndəsi X12 izahatında “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 2017-ci ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyini, 2021-ci ildə Ali Məclisin sədrinin sərəncamı ilə X10 tərkibində olan stomatoloji şöbənin “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 tərkibinə birləşdirildiyini, həmin vaxta kimi X10 tərkibində olan stomatoloji şöbənin dövlət büdcəsindən maliyyələşdiyini, ancaq “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 tərkibinə keçdikdən sonra artıq öz hesabına maliyyələşdiyini, Ali Məclisin sədrinin sərəncamından sonra həmin şöbədə fəaliyyət göstərən 4 nəfər həkimin öz ərizələri əsasında işdən azad olunduqlarını, həmin şöbədə 3 nəfər həkim, 6 nəfər tibb bacısı və 3 nəfər sanitar işçinin qaldığını, həmin həkimlərin işlədikləri pula görə həmin işçilərin əmək haqqını çatdırıb verə bilmədiklərini, bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət etdiyini, Səhiyyə Nazirliyinin heç bir köməklik göstərmədiyini, X10 tərkibində olan stomatoloji şöbənin “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 tərkibinə verilsə də, öz binalarında qaldıqlarını, sadəcə olaraq əmrlərin özləri tərəfindən verildiyini, əslində eyni bir binaya köçəcəklərini, kassanın da eyni olacağını, ancaq bu məsələlərin alınmadığını, bu səbəbdən problem yarandığını, onların fəaliyyətinə nəzarət edə bilmədiklərini, işçilərin əmək haqlarının ödənilə bilmədiyini, özünün Maliyyə Nazirliyinə müraciət etdiyini, onların köməklik göstərdiyini, işçilərin 6 aylıq ödənilməyən əmək haqları üçün Maliyyə Nazirliyi tərəfindən 12770 manat məbləğində vəsait ayrıldığını, təhlükəsizlik qaydalarının pozulmasına görə 5000 manat cərimə tətbiq edildiyini, həmin cəriməni vaxtında ödəyə bilmədiklərinə görə icra şöbəsi tərəfindən hesablarının bloklandığını, bu səbəbdən həmin işçilərin əmək haqlarını ödəyə bilmədiklərini, səhlənkarlıq etmədiklərini, sadəcə olaraq əllərində olan imkanlara əsasən əmək haqlarını vaxtında ödəyə bilmədiklərini, bu səbəbdən təqsirli tərəf olduqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X19 izahatında 07 aprel 2025-ci il tarixdə işçilərin 3 aylıq əmək haqlarının ödənilməsi ilə bağlı “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X28 məcburi göstəriş verildiyini, ancaq “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 tərəfindən məcburi göstərişin yerinə yetirilmədiyini bildirərək “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs barəsində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş X8 tərəfindən 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə verdiyi izahatında qeyd etmişdir ki, “Mən, Əziz Əliyev adına Naxçıvan şəhər Uşaq Xəstəxanasında çalışırdım. 2024-cü ilin avqust ayından uşaq xəstəxanasından öz ərizəm əsasında işdən azad olunaraq “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X25 işimə davam etmişəm. Hal-hazırda Y.Budaqov adına X1 işimi davam etdirirəm. “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X25 işdən azad olunarkən müəssisə tərəfindən 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üzrə mənə ödənilməmiş əmək haqqı, son haqq-hesab ödənilməmişdir. İşdən azad olunarkən müəssisə tərəfindən əmək haqqı ilə bağlı hər hansı son haqq-hesab ödənilməmişdir. Hal-hazırda 3 aylıq əmək haqqım ödənilməmiş olaraq qalır. 2024-cü ilin avqust, sentyabr, oktyabr aylarının əmək haqqını tələb edirəm”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən çıxarılmış ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 bank kartında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək heç bir əməliyyat aparılmamış, dövr üzrə heç bir mədaxil və məxaric olunmamışdır. İş materiallarına əlavə edilmiş X17 tərəfindən 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə verdiyi izahatında qeyd etmişdir ki, “Mən, Əziz Əliyev adına Naxçıvan şəhər Uşaq Xəstəxanasında çalışırdım. 2024-cü ilin avqust ayından isə “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X25 işimə davam etmişəm. Yəni Uşaq xəstəxanasından öz ərizəm əsasında işdən azad olunmuşam. “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X25 işimə davam etmişəm. “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X25 işdən azad olunarkən müəssisə tərəfindən 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üzrə mənə ödənilməmiş əmək haqqı, son haqqhesab ödənilməmişdir. İşdən azad olunarkən müəssisə tərəfindən əmək haqqı ilə bağlı hər hansı son haqq-hesab ödənilməmişdir. Hal-hazırda ödənilməyib. Dəfələrlə şifahi qaydada 3 aylıq əmək haqqı ilə bağlı müəssisəyə müraciət etsəm də müraciətimə baxılmır, əmək haqqım verilmir. Tələbim 2024-cü ilin avqust, sentyabr, oktyabr aylarının əmək haqqısının tam olaraq ödənilməsidir”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən çıxarılmış ödəniş kartı üzrə çıxarışdan görünür ki, X9 bank kartında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək heç bir əməliyyat aparılmamış, dövr üzrə heç bir mədaxil və məxaric olunmamışdır. İş materiallarına əlavə edilmiş X13 tərəfindən 11 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə verdiyi izahatında qeyd etmişdir ki, “2019-cu ildən Naxçıvan şəhər Əziz Əliyev adına X10 stomatologiya şöbəsində tibb bacısı işləmişəm. 2024-cü ilin avqust ayında ərizə yazaraq Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzinə işə qəbul olmuşam. Hal-hazırda 22 oktyabrdan Naxçıvan Sağlamlıq mərkəzində çalışıram. 2019cu il avqust ayından Uşaq xəstəxanasının rəhbərliyi tərəfindən ərizə yazdırılaraq məni işdən azad edib “Ağız Diş” sağlamlığı mərkəzinə işə qəbul ediblər. Xəstəxana həkimlərindən ayda 750 (yeddi yüz əlli) manat məbləğində pul alaraq işçilərə əmək haqqı veriləcəyini dedilər. 2024-cü ilin oktyabr ayına qədər işçilərə əmək haqqı verilmədi. Müəssisədən avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqqı ödənilməmiş olaraq qalır və 3 aylıq əmək haqqımı tələb edirəm. Şifahi qaydada müəssisəyə müraciət etmişəm. Səhiyyə Nazirliyinə müraciətlər etmişəm. Heç bir cavab ala bilməmişəm. Hər dəfəsində hamısı bir yerdə veriləcək deyib keçiblər. Mənim avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqqımın ödənilməsinə köməklik edəsiniz”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən çıxarılmış ödəniş kartı üzrə çıxarışdan görünür ki, X6 bank kartında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək heç bir əməliyyat aparılmamış, dövr üzrə heç bir mədaxil və məxaric olunmamışdır. İş materiallarına əlavə edilmiş X20 tərəfindən 13 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə verdiyi izahatında qeyd etmişdir ki, “Mən, X20 2012-ci ildən Naxçıvan MR Stomotoloji Mərkəzdə kompüter-operator vəzifəsində çalışıram. 2017-ci ildə Mərkəzin adı dəyişilərək “Naxçıvan MR Stomatoloji Mərkəz” X28 çevrilmiş, 2023-cü ildə yenidən adı dəyişilərək “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” X27muşdur. Haliyədə mərkəzdə kassir-qeydiyyatçı, kargüzarlıq və arxiv vəzifəsində çalışıram. X16, Xumarə Mehdiyeva və Rəcəbova Alidənin keçmiş aylara olan əmək haqları ödənilməyib. Bununla bağlı lazımi yerlərə məktub göndərilmiş, həmçinin datasiyayla bağlı da məktub göndərilib, lakin cavablandırılmayıb. “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 dövlət büdcəsindən maliyyələşmir. Xidmətdən daxil olan vəsait hesabına maliyyələşir. Yəni həkimlər tərəfindən əldə olunan gəlirin hesabına maliyyələşir. Əmək haqları ödənilməyən işçilər əmək haqlarının ödənilməsi ilə bağlı bizə müraciət ediblər və onlara cavab olaraq bildirilib ki, balansda kifayət qədər vəsait olmadığı üçün əmək haqlarını ödəmək mümkün deyil. Həmçinin bildirilib ki, bununla bağlı dotasiya məktubu yazılıb və göndərilib. Datasiya aparılan zaman əmək haqlarının ödəniləcəyi bildirilib”. İş materiallarına əlavə edilmiş Naxçıvan MR ƏƏSMN yanında X18 Xidmətinin Daxili nəzarət, elektron audit və inzibati idarəetmə sektorunun baş məsləhətçi-daxili nəzarət üzrə X3 tərəfindən 22 aprel 2025-ci il tarixdə, saat 09:54-də verilmiş telefonoqramın mətnindən görünür ki, baş məsləhətçi-daxili nəzarət üzrə X3 vətəndaş X2 "Naxçıvan MR Ağız və X29" X25 əmək haqqının ödənilməməsinə dair xx.xx.2024-cü il tarixli müraciəti və Babək Rayon Məhkəməsinin müvafiq qərarına Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində yenidən araşdırmanın aparılması ilə əlaqədar ətraflı məlumat verməsi məqsədilə mobil telefon vasitəsi ilə zəng edilmiş və X.Mehdiyeva bugünkü günə qədər ona 3 aylıq əmək haqqının ödənilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR ƏƏSMN yanında X18 Xidmətinin Daxili nəzarət, elektron audit və inzibati idarəetmə sektorunun baş məsləhətçi-daxili nəzarət üzrə X3 tərəfindən 22 aprel 2025-ci il tarixdə, saat 10:04-də verilmiş telefonoqramın mətnindən görünür ki, baş məsləhətçi-daxili nəzarət üzrə X3 vətəndaş X9 "Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi" X25 əmək haqqının ödənilməməsinə dair xx.xx.2024-cü il tarixli müraciəti və Babək Rayon Məhkəməsinin müvafiq qərarına Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində yenidən araşdırmanın aparılması ilə əlaqədar ətraflı məlumat verməsi məqsədilə mobil telefon vasitəsi ilə zəng edilmiş və A.Rəcəbova bugünkü günə qədər ona 3 aylıq əmək haqqının ödənilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR ƏƏSMN yanında X18 Xidmətinin Daxili nəzarət, elektron audit və inzibati idarəetmə sektorunun baş məsləhətçi-daxili nəzarət üzrə X3 tərəfindən 22 aprel 2025-ci il tarixdə, saat 10:07-də verilmiş telefonoqramın mətnindən görünür ki, baş məsləhətçi-daxili nəzarət üzrə X3 "Naxçıvan MR Ağız və X29" X23 (bundan sonra-Müəssisə) nümayəndəsi X14 xx.xx.2024-cü il tarixli vətəndaşlar A.Əliyeva, X.Mehdiyeva, A.Rəcəbovanın müraciətləri və Babək Rayon Məhkəməsinin müvafiq qərarına Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində yenidən araşdırmanın aparılması ilə əlaqədar ətraflı məlumat verməsi məqsədilə mobil telefon vasitəsi ilə zəng edilmiş və Müəssisənin nümayəndəsi G. Babayeva bugünkü günə qədər vətəndaşların 3 aylıq əmək haqlarının ödənilmədiyini və Müəssisə vəsaitin ayrılması ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyinə məktub ünvanladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 baş həkimi X7 ünvanlanmış 07 aprel 2025-ci il tarixli aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında göstərişdə qeyd edilmişdir ki, Babək Rayon Məhkəməsinin 3(079)-134/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qərarına əsasən vətəndaşlar X13, X8 və X9 “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X25 (bundan sonra - Mərkəz) əmək haqlarının ödənilməməsinə dair 17 oktyabr 2024-cü il tarixli kollektiv müraciətə yenidən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində (bundan sonra-Xidmət) baxılmışdır. Araşdırma zamanı A.Əliyeva, X.Mehdiyeva və A.Rəcəbovanın 11 mart 2025-ci il tarixli yazılı izahatlarından, həmçinin etibarnamə üzrə nümayəndəsi X14 13 mart 2025-ci il tarixli yazılı izahatından vətəndaşlara 2024-cu ilin avqust, sentyabr və oktyabr ayları üzrə əmək haqlarının ödənilmədiyi, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 83-cü maddəsinin 4-cü hissəsinin (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələblərinin pozulduğu aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu ilə əlaqədar Mərkəzin məsul şəxsi olaraq barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən "İnzibati tənbeh vermə haqqında Qərar” qəbul edilmişdir. Bununla yanaşı Mərkəzin vəzifəli şəxsi olaraq A.Əliyeva, X.Mehdiyeva və A.Rəcəbovanın 3 aylıq əmək haqlarını ödəyərək bu barədə 10 (on) gün müddətində Xidmətə (Naxçıvan səhəri, Heydər Əliyev prospekti 42A, tel (+99436) 545 32 99, demx_nmr@sosial gov.az) məlumat verilməsi tələb olunmuşdur. Məcəllənin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Göstərişdə müəyyən edilmiş müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda İXM-nin 539.1-1-ci maddəsi ilə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqları bildirilmişdir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surəti 22 aprel 2025-ci il tarixli, 3-17-9-5/2-1078/2025 nömrəli məktubla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 hüquqi ünvanı olan ünvan 3llarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X23 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən, xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X28 tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” X32 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-246/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-246/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver