Məhkəmə qərarları › İş №3(078)-247/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-247/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-247/2023 07.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Şahbuz rayon Şahbuz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş protokol 07 iyun 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 07 iyun 2023-cü il tarixli 001749 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 iyun 2023-cü il tarixdə Naxçıvan şəhəri H.Əliyev prospektində səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 07 iyun 2023-cü il tarixdə evdən çıxıb idarə etdiyi avtomaşınla taksi parkdan qalxıb Zəfər parkından keçib Azər-Türk Bank istiqamətinə tərəf gedərkən sol tərəfdən yola girmiş, yolu uzadacağını görüb birbaşa yolun ən sağ tərəfinə doğru hərəkət etmiş, qarşıda gedən avtomaşının ona yol verəcəyini düşünmüş, lakin yol verilmədiyi üçün qəza vəziyyəti yaranmışdır. Həmin avtomaşında olan şəxslərin polis olduğunu bilməmiş və onları vətəndaş zənn edib nalayiq ifadələr işlətmişdir. Avtomobili saxlamış, digər avtomaşından düşən şəxslərin polis formasında olduğunu görmüşdür. Polisləri aldatmaq istəmiş, onlara yalan ifadə vermiş və onu polis şöbəsinə aparacaqlarını biləndə onlara qarşı zor tətbiq etməyə başlamışdır. Daha sonra onu maşına mindirib polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X5 bildirmişdir ki, 07 iyun 2023-cü il tarixdə Naxçıvan şəhəri Zəfər parkı istiqamətində hərəkətdə olarkən həmin yolda hərəkətdə olan ** BB *** dövlət qeydiyyat nömrəli digər avtomobil manevr qaydalarını pozaraq onun önünə çıxmış və qəza vəziyyəti yaratmışdır. Ona qarşı nalayiq ifadələr işlətmiş və ona “bilsən ki mən kiməm heç mənə yaxınlaşmazsan” demiş o da bu barədə İdarəyə məlumat vermiş, daha sonra polis şöbəsinə aparan zaman onlara müavimət göstərərək gəlməmiş, bir neçə polis əməkdaşının köməyi ilə avtomobilə mindirilib şöbəyə aparmışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis baş serjantı X1 Turqay Məmməd oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 iyun 2023cü il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən verilən raportdan görünür ki, 07 iyun 2023-cü il tarixdə xidmətdə olan zaman növbətçi hissədən zəng gələrək ** BB *** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozaraq Naxçıvan Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı X2 idarə etdiyi avtomobilin qarşısına ataraq qəza şəraiti yaratmış və avtomobili saxlayaraq ona uca səslə nalayiq ifadələr işldərək uzaqlaşmışdır. Həmin avtomobil saxlanılmış törətdiyi nəqliyyat pozuntusu ilə əlaqədar nəqliyyat vasitəsinin Naxçıvan Şəhər Polis İdarəsinin dayanacağına aparılması bildirilmiş, lakin həmin şəxs polisin qanuni tələblərini pozaraq istiqamətini dəyişib başqa istiqamətə hərəkət etmişdir. Nəqliyyat vasitəsi təkrar saxlanılaraq Naxçıvan Şəhər Polis İdarəsinin dayanacağına aparılmışdır. Həmin şəxs ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan Şəxsdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu PHŞ Şahbuz rayon Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 472 nömrəli arayışa əsasən Şəxs Şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Şahbuz rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 31 nömrəli arayışa əsasən Fərzəliyev X3 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar