Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-247/2024 12.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasına dair) Hakim Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 və qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X1 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 15 may 2024-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 15 may 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan şikayət verib, onun barəsində 15 may 2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən X2 bildirmişdir ki, o, 2000-ci ildən Babək rayon Qahab kənd tam orta məktəbində müəllim işləyir. 2023-cü ilin sentyabr ayından dekabr ayının 1-dək Babək rayon Qahab kənd tam orta məktəbində məktəb direktoru vəzifəsini müvəqqəti icra edirdi. Həmin müddətdə "ƏMAS” sistemində elektron imza sistemi işləmirdi və onun Elektron imzası və Asan imzası olmadığından o bu sistemdə əmək müqaviləsinin elektron variantını qeydə ala bilməzdi. Yazılı əmək müqaviləsi işçinin işə götürüldüyü 15 noyabr 2023-cü il tarixdən bağlanıb və şəxsi işinə əlavə edilmişdir. O, 01 dekabr 2023-cü il tarixdən məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmuş və 1 (bir) il müddətinə məktəb direktoru kimi rəsmən təsdiq edilmişdir. ƏMAS Sistemində ay tamam olduğundan geri qayıtmaq mümkün olmadığından elektron müqavilə sistemə işlənə bilməmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin 15 may 2024-cü il tarixli, MN-1779482 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən ona Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat miqdarıda inzibati qaydada cərimə tətbiq edilmişdir. Həmin qərarın surəti 22 may 2024-cü il tarixdə ona rəsmi çatdırılmışdır. Hazırda 2024-cü ilin maya ayından Babək şəhər 2 nömrəli tam orta məktəbin direktoru işləyir. Müvəqqəti vəzifəni icra etdiyi üçün asan imza almamışdır. Əmri asan imza ilə də sistemə işləmək mümkündür. Həmin tənbehə qeyriqanuni məruz qaldığından qərarın ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 şikayəti qəbul etməyib bildirmişdir ki, aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, X2 nöqsana yol vermiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasənbarəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hesab edir ki, protokol və onun əsasında verilmiş qərar əsaslıdı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə işəgötürənin əsas vəzifəsi və məsuliyyətlərindən biri əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməkdir. (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Həmin Məcəllənin 49-cu maddəsində əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi qaydasına görə
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Babək rayon təhsil şəbəsinin xx.xx.20223-cü il tarixli 50 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən X2 xx.xx.2023-cü il tarixdən Babək rayon tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunaraq bir il müddətinə məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş məsləhətçisi X4 tərəfindən tərtib edilmiş 03 may 2024-cü il tarixli MN ******* nömrəli protokoldan aydın olur ki, X2 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 15 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X2 Azərbaycan Respublikası İXM-in 1921-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən X2 barəsində tərtib edilmiş 15 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
X1 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 15 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva