Məhkəmə qərarları › İş №3(078)-247/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-247/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-247/2025 01.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X3, inzibati qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X9 və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbehin əsassız, ədalətsiz və qərəzli şəkildə verildiyini nəzərə alaraq, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin onun barəsində 12 may 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X14 şikayətini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 02 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində 12 may 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və həmin qərarla qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat cərimə tətbiq olunmuşdur. Həmin qərara əsasən, 10 oktyabr 2024-cü il tarixdə X16 Xidməti tərəfindən tərtib olunmuş akt, müəssisə tərəfindən tərtib olunan məlumat, digər sənədlər və mənim izahatım əsas göstərilərək ona əsassız olaraq cərimə yazılmışdır. 2017-ci ilin avqust ayından 2024-cü ilin yanvarın 1-nə qədər Naxçıvan Muxtar Respublika X20 Bankı şöbə müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda 01 yanvar 2024-cü il tarixindən həmin şöbə ləğv olunaraq X21 bölmə müdiri vəzifəsində çalışır. Öz vəzifəsi ilə yanaşı, rəsmi şəkildə Səhiyyə Nazirinin əmrinə əsasən 3 aylıq müvəqqəti şəkildə, yəni 2024-cü ilin yanvar ayının 1-dən mart ayının 31-nə qədər NMR Səhiyyə Nazirliyi "Qan Bankı və X31” publik hüquqi şəxsin direktor vəzifəsini müvəqqəti icra edən vəzifəsi ona həvalə olunmuşdur. Lakin müddət bitdikdən sonra həmin vəzifədən azad olunmağına baxmayaraq, qeyri-rəsmi şəkildə 2024cü ilin mart ayından 2025-ci ilin aprelin 21-nə qədər həmin səlahiyyəti icra etmişdir. Ona həmin vəzifəni icra edə biləcək digər bir şəxs olmadığı əsas gətirilərək vəzifəni icra etmək tapşırılmışdır. Burada Naxçıvan MR Səhiyyə Nazirliyinin üzərinə məsuliyyət düşür. Onun həmin vaxt həmin işdə heç bir rəsmi səlahiyyəti olmamışdır. Ona cərimə yazılan dövrdə həmin vəzifəli şəxs statusunda olmamışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 11 dekabr 2024-cü il tarixli ******* nömrəli qərarından verdiyim şikayətlə bağlı Babək Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 3(079)-135/2024 nömrəli qərarı mövcuddur. Həmin qərarla məhkəmə bu qənaətə gəlir ki, onun hüquqları pozulmuşdur və nəticə etibarilə də, səlahiyyətli orqan tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadan cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti məhkəməyə etiraz ərizəsi göndərmiş və qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin (bundan sonra- Xidmət) 12 may 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X14 tərəfindən verilmiş şikayətə Sizin tərəfinizdən baxılır. Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 3(078)- 247/2025 saylı inzibati xəta haqqında iş üzrə 5 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X14 izahatında Xidmət tərəfindən qəbul edilmiş qərarların əsassız olduğunu, “Qan Bankı və X31” publik hüquqi şəxsində direktor vəzifəsinə təyin olunmadığını, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə qərar qəbul edilərkən həmin maddənin qüvvədən düşdüyünü bildirmişdir. Babək Rayon Məhkəməsi qərarında qanun pozuntularına yol verilməsi ilə bağlı müəssisədə bu vəzifəyə nəzarət etməli olan konkret subyekt müəyyən etməyərək səthi araşdırma apararaq müəssisədə işləyən və qeyd edilən öhdəliyi yerinə yetirmək səlahiyyəti olmayan şəxsə tətbiq olunduğu qeyd olunur. Lakin yuxarıda qeyd olunanlar əsassızdır. Ona görə ki, müəssisədə aparılan bütün sənədləşmə işləri, Əmək və məşğulluq altsistemində (bundan sonra - ƏMAS) əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsi X3 adından aparılır və bu öhdəliklərin yerinə yetirilməsi öhdəliyi də X3 üzərinə düşür. Naxçıvan MR Səhiyyə Nazirliyinin 06 fevral 2024-cü il tarixli, 27/03 nömrəli əmrinə əsasən Qan Bankı və X31” publik hüquqi şəxsində direktor vəzifəsi vakant olduğu üçün müəssisəyə dair lazımi sənədlərin imzalanması səlahiyyəti X6 verilmişdir. X3 direktor vəzifəsində olduğu Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunmuş müqavilədə öz əksini tapmışdır (X3 müqaviləsi). Hər hansı bir şəxsə rəsmi əmr və ya təyinat olmadan belə, müəyyən funksional və ya hüquqi səlahiyyətlər verildiyi halda, həmin şəxs bu səlahiyyətlər çərçivəsində hüquqi nəticələr doğura biləcək hərəkətlər etdikdə, həmin hərəkətlərin məsuliyyəti də səlahiyyət verilmiş şəxsə aid edilir. Əgər şəxs ƏMAS-a daxil olmaq, müqavilə bağlamaq və digər işə qəbul prosedurlarını aparmaq səlahiyyəti ilə təmin olunubsa, bu zaman o, faktiki olaraq işgötürən funksiyalarını həyata keçirir. İşçi ilə əmək müqaviləsi bağlayan və əmək münasibətləri yaradan şəxs, bu hərəkətlər nəticəsində işgötürən kimi məsuliyyət daşıyır. Hətta bu şəxs formal olaraq direktor və ya rəhbər kimi təyin olunmasa belə, səlahiyyətin verilməsi və ondan istifadə etməsi nəticəsində hüquqi nəticələr doğuran subyektə çevrilir. (işçilərlə bağlanılan müqavilələr və xitam barədə sənədlər etiraza əlavə olunur) Şəxsə imzalama səlahiyyəti verilməsi və bu səlahiyyətdən istifadə edərək “ƏMAS” sisteminə işçilərin daxil edilməsi, onun fəaliyyətdə işgötürən funksiyalarını icra etdiyini göstərir. Bu halda həmin şəxs işəgötürən kimi məsuliyyət daşıyır, çünki hüquqi nəticələr doğuran əməliyyatlar həyata keçirmiş və bu zaman ona verilmiş səlahiyyətdən istifadə etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra- Məcəllə) 3-cü maddəsinə əsasən, işəgötürən dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində işəgötürənin əsas hüquqlarından biri işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirməkdir. Əgər şəxsə imza səlahiyyəti verilmiş və o, bu səlahiyyətdən istifadə edərək “ƏMAS” (Əmək və Məşğulluq altsistemi) vasitəsilə işçilərin əmək münasibətlərinə cəlb olunması proseslərini aparmışdırsa, bu zaman həmin şəxs faktiki olaraq işəgötürən funksiyalarını yerinə yetirmiş sayılır. Bu əməllər işəgötürən səlahiyyətlərini təşkil etdiyindən, onları həyata keçirən şəxs əmək qanunvericiliyi baxımından da işəgötürən statusunda çıxış edir. İşəgötürən əmək münasibətlərində qanunvericiliklə müəyyən olunmuş bütün hüquq və vəzifələri daşıyır. Əgər şəxs işəgötürənə aid səlahiyyətləri həyata keçirirsə, o, müvafiq surətdə bu fəaliyyətin hüquqi və maddi nəticələrinə görə məsuliyyət daşıyır. Şəxsə imzalama səlahiyyəti verilməsi və bu səlahiyyətdən istifadə edərək ƏMAS üzərindən işçilərlə əmək münasibətləri yaratması, onun faktiki olaraq işəgötürən funksiyalarını icra etdiyini və nəticədə Məcəllədə və inzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqi məsuliyyət daşıyan subyekt olduğunu təsdiqləyir. İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə münasibətdə isə qeyd etmək istəyirəm ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VİİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 30 may 2025-ci il tarixdə qəbul edilmişdir. Fərmana əsasən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi qüvvədən düşənədək Xidmət tərəfindən “İnzibati tənbeh vermə haqqında Qərar” 14 may 2025-ci il tarixdə qəbul edilmişdir. X3 Xidmətin 12 may 2025-ci il tarixli, ******* saylı “İnzibati tənbeh vermə haqqında Qərar”ının ləğv edilməsinə dair şikayəti təmin olunmasın. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 izahatında şikayətlə eyni məzmunlu izahat vermiş, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X18 izahatında şikayətə dair etirazında bildirdiyi hallarla eyni məzmunlu izahat vermiş və şikayətin əsassız olduğundan rədd edilməsini və qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi qismində iştirak edən X10 izahatında bildirmişdir ki, X1 Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi olaraq X33 Hüquqi Şəxsinə direktor vəzifəsi müvəqqəti icra edilməsi barədə 2023-cü ilin noyabr ayında əmr verilmişdir. 2023-cü ilin dekabr ayının 30da isə həkimin iş yeri dəyişdirilmiş və o Qan Bankına şöbə müdiri təyin edilmiş, həmçinin direktor vəzifəsi müvəqqəti icra edilməsi barədə yenidən əmr verilmişdir. 2024-cü ilin fevral ayında isə imza səlahiyyətinin verilməsi barədə əmr verilmişdir. Bunun səbəbi o olmuşdur ki, direktor vəzifəsi yeri vakant olmuşdur, şəxsin razılığı olmadan həmin vəzifəni ona vermək mümkün deyildir. Buna görə də imza səlahiyyəti verilmişdir. Hazırda da başqa bir həkim həmin vəzifəni icra edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətinə əsasən, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə inzibati xəta törətmiş və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 07 noyabr 2023-cü il tarixli, 305 nömrəli əmrinin surətinə əsasən, “Qan Bankı və X31" publik hüquqi şəxsinin müdiri vəzifəsi 06 noyabr 2023-cü il tarixdən müvəqqəti olaraq "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin Mərkəzi qan bankı şöbəsinin müdiri X6 həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 30 dekabr 2023-cü il tarixli, 399 nömrəli əmrinin surətinə əsasən, X14 01 yanvar 2024-cü il tarixindən "Qan Bankı və X31" publik hüquqi şəxsin X21 müdiri vəzifəsinə təyin edilmiş və direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli, 122 nömrəli əmrinin surətinə əsasən, "Qan Bankı və X31" publik hüquqi şəxsinin direktoru vəzifəsinin icrası xx.xx.2025-ci il tarixdən 3 (üç) ay müddətinə həmin mərkəzin həkim mikrobioloqu X11 həvalə edilmiş və "M.Ə.Həsənova imza səlahiyyəti verilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 29 dekabr 2024-cü tarixli 388 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 14 aprel 2025-ci il tarixli məktubuna əsasən, “Qan Bankı və X31” publik hüquqi şəxsin direktor vəzifəsi vakant olduğu üçün müəssisəyə dair lazımi sənədlərin imzalama səlahiyyəti 06 fevral 2024-cü il tarixdən Mərkəzin X21 müdiri-həkim transfizioloq vəzifəsində işləyən X6 verilmişdir. İş materiallarına əlavə olunmuş X6 ünvanlanmış bildirişə əsasən, barənizdə tərtib edilmiş 2 may 2025-ci il tarixli MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol”lara əsasən inzibati xəta haqqında işə baxılması 12 may 2025-ci il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X16 Xidmətinə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A, telefon nömrəsi: 036 545-32-99) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Qeyd: AR İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri AR İXM-nin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarına əlavə olunmuş X6 ünvanlanmış 23 aprel 2025-ci il tarixli bildirişə əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində (bundan sonra-Xidmət) 10 oktyabr 2024-cü il tarixdə “Qan Bankı və Qanköçürmə Mərkəzi” publik hüquqi şəxsində aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq və eyni zamanda Babək Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 3(079)-135/2024 nömrəli qərarına əsasən işin Xidmət tərəfindən yenidən araşdırılması zamanı inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən “İnzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etməniz məqsədilə 2 may 2025-ci il tarixdə saat 11:00-da Xidmətə (Naxçıvan şəhəri, H.Əliyev prospekti 42A, Əlaqə nömrəsi:***-***-**-**) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Nəzərinizə çatdırırıq ki, İXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin İXM-nin 100.2-ci maddəsinə əsasən “İnzibati xəta haqqında Protokol” tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qeyd: İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibi olmadıqda bildiriş ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri İXM-nin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 06 fevral 2024-cü il tarixli, 27/03 nömrəli əmrinin surətinə əsasən, “Qan Bankı və X31” publik hüquqi şəxsinin direktoru vəzifəsi vakant olduğu üçün müəssisəyə dair lazımi sənədlərin imzalanması səlahiyyəti 06 fevral 2024- cü il tarixdən həmin mərkəzin X21 müdiri-həkim transfizioloq X6 verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə əsasən, “Qan Bankı və X31” publik hüquqi şəxsi ilə X19 arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən, X14 AR İXM-nin 192.4, 192.5, 198.1.7 və 469.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə olunmuş MN ******* nömrəli, 02 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən, X14 AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə əsasən, “Qan Bankı və X31” publik hüquqi şəxsi ilə X12 arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 15 aprel 2024-cü il tarixli, 30 nömrəli əmrin surətinə əsasən, X15 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 15 aprel 2024-cü il tarixli, 31 nömrəli əmrin surətinə əsasən, X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə əsasən, “Qan Bankı və X31” publik hüquqi şəxsi ilə X7 arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə əsasən, “Qan Bankı və X31” publik hüquqi şəxsi ilə X13 arasında əmək müqaviləsi bağlanmışdır. Məhkəmə izahatları dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və qərar ləğv edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki iş üzrə şikayətə baxılan zaman müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr ayında aparılan yoxlama nəticəsində X33 Hüquqi şəxsi barəsində protokol tərtib edilmiş, protokol əsasında məhkəmənin qərarı ilə hüquqi şəxs barəsində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı vəzifəli şəxs olaraq X14 barəsində də qərar qəbul edilmiş, qərardan şikayətə Babək Rayon Məhkəməsində baxılaraq şikayət təmin edilmiş, qərar ləğv edilmiş və iş yenidən araşdırma aparılması üçün orqana göndərilməsi qərara alınmışdır. Bununla bağlı qərar qəbul edən orqanın şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində baxılaraq şikayət təmin edilmədən birinci instansiya məhkəməsi hakiminin qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hakiminin qərarında şikayətin təmin edilməsinin əsası barəsində inzibati qərar qəbul edilən şəxsin səlahiyyətinin olub-olmamasının araşdırılması olmuşdur. 2025-ci ilin yanvar ayından sonra inzibati qərar qəbul edən orqan tərəfindən yeni araşdırmanın aparılmasının nədən ibarət olması barədə hər hansı sənəd təqdim edilməmişdir. Halbuki qərar qəbul edən orqanın nümayəndəsi imza səlahiyyətini təsdiq edən sənədi-əmri Babək Rayon Məhkəməsinin müvafiq qərarından şikayət verən zaman əldə etdiklərini, lakin birinci instansiya məhkəməsində həmin sübut təqdim edilmədiyindən apellyasiya məhkəməsinin qəbul etmədiyini qeyd etmişdir. Qalan hallarla bağlı hər hansı araşdırma aparılmamışdır. Bununla bağlı Babək Rayon Məhkəməsinin qüvvədə olan qərarından aydın olur ki, 2024-cü ilin oktyabr ayında aparılan yoxlamanın nəticəsində tərtib edilən akta əsasən vəzifəli şəxsə güzəşt edilərək bir neçə maddə ilə tərtib edilən protokol üzrə bir maddə əsası ilə qərar qəbul edildiyi bildirilmişdir. Lakin həmin qərar yenidən araşdırmaya göndərilən zaman barəsində protokol tərtib edilən şəxsin vəziyyəti ağırlaşdırılraq tərtib edilən protokolda qeyd edilən maddələr üzrə ayrı-ayrılıqda qərar qəbul edilmiş və üç yeni qərar üzrə kifayət qədər məbləğdə cərimə tənbeh qərarı qəbul edilmişdir. Halbuki qərar qəbul edən orqanın bir neçə maddə ilə protokol tərtib edilən zaman ayrı-ayrı maddələr üzrə qərar qəbul etməsi ilk dəfə seçim hüququ idisə, qərar ləğv edilib iş yenidən araşdırılmağa göndərildikdə bu seçim hüququnu vətəndaşın ziyanına şərh edib, onun vəziyyətini ağırlaşdıra, ayrı-ayrı qrarlar qəbul edə bilməzdi. Bu halda onun seçim hüququ mövcud olmamışdır. Bundan əlavə inzibati tənbeh tədbiri tətbiq edilən zaman vəzifəli şəxs statusu kifayət qədər araşdırılmamışdır, sadəcə imza səlahiyyətinin verilməsi barədə əmr əldə edilib əlavə edilmişdir. Halbuki həmin əmrinyəni imza səlahiyyəti verilməsi əmrinin məhz maddənin dispozisiyasında subyekt olaraq göstərilən “işəgötürən” anlayışının əvəz edib-etməməsi aydınlaşdırılmamışdır. Bundan əlavə həmin maddə üzrə hüquqi şəxs məsuliyyətə cəlb edildiyi halda “işəgötürən” kimi bir subyektin olması kifayət qədər sübutlarla təsdiq edilmədiyi halda orada fəaliyyət göstərən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi təqsiri tam sübuta yetirilmədiyi halda cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın qəbul edilməsi ədalətli və qanuni olmamışdır. Buna görə də qərar ləğv edilməli, şəxsin təqsirini sübuta yetirən kifayət qədər sübutla rolmadığından iş üzrə icraata xitam verilməli və şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Həmin Məcəllənin 114.1 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri aşağıdakıdır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və təqsirliliyi sübuta yetirilməməsi əsası ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar