Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-248/2025 30.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X8 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, Şikayət vermiş şəxs X8 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbehin əsassız, ədalətsiz və qərəzli şəkildə verildiyini nəzərə alaraq, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin barəsində tərtib etdiyi ******* nömrəli, 12 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X14 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 02 may 2025-ci il tarixli, MN2106321 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində 12 may 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 700 (yeddi yüz) manat cərimə tətbiq olunmuşdur. Həmin qərara əsasən, 10 oktyabr 2024-cü il tarixdə X16 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində NMR Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsində çalışan işçilərin artıq iş saatlarına görə əmək haqqının ödənilmədiyi əsas göstərilərək ona əsassız olaraq cərimə yazılmışdır. O, 2017-ci ilin avqust ayından 2024-cü ilin yanvarın 1-nə qədər Naxçıvan Muxtar Respublika X18 Bankı şöbə müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda 01 yanvar 2024-cü il tarixindən həmin şöbə ləğv olunaraq Qan tədarükü Bölməsinin bölmə müdiri vəzifəsində çalışır. Öz vəzifəsi ilə yanaşı, rəsmi şəkildə Səhiyyə Nazirinin əmrinə əsasən 3 aylıq müvəqqəti şəkildə, yəni 2024-cü ilin yanvar ayının 1-dən mart ayının 31-nə qədər NMR Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsinin direktor vəzifəsini müvəqqəti icra edən vəzifəsi ona həvalə olunmuşdur. Lakin müddət bitdikdən sonra həmin vəzifədən azad olunmağına baxmayaraq, qeyri-rəsmi şəkildə 2024-cü ilin mart ayından 2025-ci ilin aprelin 21-nə qədər həmin səlahiyyəti icra etmişdir. Ona həmin vəzifəni icra edə biləcək digər bir şəxs olmadığı əsas gətirilərək vəzifəni icra etmək tapşırılmışdır. Burada NMR Səhiyyə Nazirliyinin üzərinə məsuliyyət düşür. Özünün həmin vaxt həmin işdə heç bir rəsmi səlahiyyəti olmamışdır. Ona cərimə yazılan dövrdə həmin vəzifəli şəxs statusunda olmamışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 11 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərarından verdiyi şikayətlə bağlı Babək rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 3(079)-135/2024 nömrəli qərarı mövcuddur. Həmin qərarla məhkəmə bu qənaətə gəlir ki, onun hüquqları pozulmuşdur və nəticə etibarilə də, səlahiyyətli orqan tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadan cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 izahatında “Qan Bankı və X23” publik hüquqi şəxsində özünün sadəcə olaraq direktor əvəzləyicisi kimi işlədiyini, 48 il Qan bankını özünün idarə etdiyini, özü işlədiyi vaxt ərzində 9 dəfə səhiyyə nazirinin dəyişildiyini, ancaq bu dəfə peşman olduğunu, Naxçıvanda yeganə mütəxəssisin özü olduğunu, bu səbəbdən Qan bankı publik hüquqi şəxs olduğu üçün özünü müdir əvəzləyicisi verdiklərini, yoxlamaya gələn 3 nəfərin özlərinin yoxlamanı qərəzli apardıqlarını dediklərini, 12 dekabr 2024-cü ildə məhkəmə iclası keçirildiyini, bütün sənədlər araşdırıldıqdan sonra 5000 manat cərimə verildiyini, həmin qərardan apelyasiya şikayəti vermədiyini, həmin vaxt özünün fiziki şəxs olduğunu, həmin məsələ ilə bağlı əlavə olaraq ona 1700 manat cərimə verilməsi barədə qərar verdiklərini, həmin qərardan özünün Babək Rayon Məhkəməsinə şikayət verdiyini, həmin qərarın ləğv edildiyini, yenidən araşdırılması üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərdiyini, həmin qərardan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin apellyasiya şikayəti verdiyini, Naxçıvan MR Ali Məhkəməsi tərəfindən isə Babək Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığını, məhkəmədə özünün hüquqlarının pozulduğunun təsdiqini tapdığını, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin kobud səhvlərə yol verdiyini, belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin 1-ci bəndinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu, həmin maddənin 2-ci bəndinə əsasən isə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olduğunu, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən 10 oktyabr 2024-cü il tarixdə pozuntular barədə akt tərtib edildikdən dərhal sonra və ya 2 gün sonra deyil, 41 gün sonra inzibati xəta haqqında protokolun tərtib edildiyini, bunun böyük pozuntu olduğunu, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin qanunlara zidd hərəkət etdiyini, qanunları pozduğunu, ona cərimə tətbiq edilə-edilməyə biləcəyini araşdırmadıqlarını, özünün “Qan Bankı və X23” publik hüquqi şəxsində sadəcə olaraq əvəzləyici işlədiyini, ona verilən əmrin müvəqqəti olduğunu, Əmək Məcəlləsinə əsasən müvəqqəti əmrin müddətinin 3 ay olduğunu, başqa heç bir əmr verilmədiyini, özünə sadəcə olaraq imza çəkməsinin deyildiyini, işçiləri işə götürdüyünü, əmrlər, müqavilələr imzaladığını, imza səlahiyyəti verilməsi ilə bağlı əmrdən məlumatı olmadığını, 2-3 ay ərzində köhnə tarixə saxta sənədlər düzəltdiklərini, burada hüququ pozulan şəxs varsa onun da özü olduğunu, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən ümumiyyətlə müddət buraxılaraq protokol tərtib edildiyini bildirərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X17 izahatında Baş nazirin göstərişinə əsasən “Qan Bankı və X23” publik hüquqi şəxsində yoxlamalar apardıqlarını, inzibati tənbeh vermə haqqında qərar qəbul etdiklərini, həmin qərardan X8 Babək Rayon Məhkəməsinə şikayət verdiyini, həmin vaxt işlərinin çoxluğu ilə əlaqədar sənədləri məhkəməyə təqdim edə bilmədiyini, bu səbəbdən prosesin təxirə salınmasını istədiyini, ancaq təxirə salınmadığını, Babək Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin qərarının ləğv edildiyini, özünün həmin qərardan apellyasiya şikayəti verdiyini, həmin sübutları birinci instansiya məhkəməsində təqdim etmədiyi üçün apellyasiya məhkəməsi tərəfindən qəbul edilmədiyini, bu səbəbdən də Babək Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığını, bundan əvvəl hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə protokol tərtib etdiklərini, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 5000 manat cərimə cəzası verildiyini, sonra vəzifəli şəxs kimi X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar verdiklərini, özünün 2 dəfə Səhiyyə Nazirliyinə sorğu verdiyini, X8 həm imza səlahiyyəti olduğunu, həm də müdir vəzifəsini əvəzlədiyini, X8 qeyd etdiyi müvəqqəti əmrin 3 ay müddətinə olmasının Əmək Məcəlləsində o formada tənzimlənmədiyini, müddətli olduqda həmin 3 aylıq müddətin bitməsinə 1 həftə qalmış tərəflər xitam verilməsi ilə bağlı müraciət etmədikdə eyni müddətə uzadılmış hesab edildiyini, yəni Əmək Məcəlləsinə əsasən əsas olanın xitam əmri olduğunu, X14 tərəfindən qanunvericiliyin tələblərinin pozulduğunu, şəxsin 40 saatdan artıq işləməməli olduğunu, ancaq Babayev Orxanla bağlanmış əmək müqaviləsində həftəlik iş saatı 40 saat göstərilsə də 48 saat işlədilərək həmin artıq saatlara görə əlavə haqqın ödənilmədiyini, müqavilələri işəgötürən olaraq X8 bağladığını, ƏMAS-a onun adından işləndiyini, özlərinin pozuntuları aktlaşdırdıqlarını, ancaq X14 məzuniyyətdə olduğu üçün onun hüquqlarının təmin edilməsi üçün onun məzuniyyətdən qayıtmasını gözlədiklərini, sonra protokol tərtib etdiklərini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X16 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində NMR Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsində çalışan işçilərin iş vaxtından artıq işə cəlb olunması və artıq iş saatlarına görə əmək haqqının ödənilmədiyi aşkar olunmuşdur. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “M.Ə.Həsənova müdir vəzifəsinin həvalə edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli, 305 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Qan Bankı və X23” publik hüquqi şəxsinin müdiri vəzifəsi 06 noyabr 2023-cü il tarixdən müvəqqəti olaraq “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsinin Mərkəzi qan bankı şöbəsinin müdiri X9 həvalə edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “M.Ə.Həsənovun vəzifəyə təyin edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli, 399 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, X8 01 yanvar 2024-cü il tarixindən “Qan Bankı və X23” publik hüquqi şəxsin Qan tədarükü bölməsinin müdiri vəzifəsinə təyin edilməsi və direktor vəzifəsinin icrasının müvəqqəti olaraq ona həvalə edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “M.Ə.Həsənova imza səlahiyyəti verilməsi haqqında” 06 fevral 2024-cü il tarixli, 27/03 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Qan Bankı və X23” publik hüquqi şəxsinin direktoru vəzifəsi vakant olduğu üçün müəssisəyə dair lazımi sənədlərin imzalanması səlahiyyətinin 06 fevral 2024-cü il tarixdən həmin mərkəzin Qan tədarükü bölməsinin müdiri-həkim transfizioloq X9 verilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “M,Ə.Həsənovun növbəti əmək məzuniyyətinə buraxılması haqqında” 27 sentyabr 2024-cü il tarixli, 309 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası “Qan Bankı və X23" publik hüquqi şəxsinin Qan tədarükü bölməsinin müdiri, direktorun vəzifəsinin icraçısı X14 01 yanvar 2024-cü il tarixdən 01 oktyabr 2024-cü il tarixədək olan iş ili üzrə 01 oktyabr 2024-cü il tarixdən 05 noyabr 2024cü il tarixədək 36 (30 gün əsas, iş stajına görə 6 gün əlavə) təqvim günü əmək məzuniyyətinə buraxılması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “L.Q.Abbasovaya direktor vəzifəsinin həvalə edilməsi haqqında” 22 aprel 2025-ci il tarixli, 122 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Qan Bankı və X23” publik hüquqi şəxsinin direktoru vəzifəsinin icrasının xx.xx.2025-ci il tarixdən 3 (üç) ay müddətinə həmin mərkəzin həkim mikrobioloqu X11 həvalə edilməsi, Leyla Abbasovaya həvalə olunan vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının 50 faizinin ödənilməsi və “M.Ə.Həsənova imza səlahiyyəti verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin 29 dekabr 2024-cü tarixli, 388 nömrəli əmrinin qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 3(079)-135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X8 İXM-nin 192.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Daxili nəzarət, elektron audit və inzibati idarəetmə sektorunun baş məsləhətçi-daxili nəzarət üzrə X4 tərəfindən 02 may 2025-ci il tarixdə, saat 10:42-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsin direktor vəzifəsini müvəqqəti icra edən X9 verilmiş telefonoqramın mətnindən görünür ki, baş məsləhətçi-daxili nəzarət üzrə X1 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində (bundan sonra-Xidmət) 10 oktyabr 2024-cü il tarixdə "xxxx" publik hüquqi şəxsində (bundan sonra - Müəssisə) aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq və eyni zamanda Babək Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 3(079)-135/2024 nömrəli qərarına əsasən işin Xidmət tərəfindən yenidən araşdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar xx.xx.2025-ci il tarixdə “İnzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etməsi məqsədilə 2 may 2025-ci il tarixdə saat 11:00-da Xidmətə dəvət olunması ilə bağlı bildiriş məktubu göndərilmişdir. Protokolun tərtib olunmasında iştirak etməsi məqsədilə mobil telefon vasitəsi ilə zəng edilmiş və Müəssisənin direktoru vəzifəsini müvəqqəti icra edən X2 tərtib olunmasında iştirak etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsinin direktor vəzifəsini müvəqqəti icra edən X9 göndərilmiş xx.xx.2025-ci il tarixli izahata dəvət olunması barədə bildirişdə qeyd edilmişdir ki, “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində (bundan sonra-Xidmət) 10 oktyabr 2024-cü il tarixdə "xxxx" publik hüquqi şəxsində aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq və eyni zamanda Babək Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 3(079)-135/2024 nömrəli qərarına əsasən işin Xidmət tərəfindən yenidən araşdırılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin halları barədə ətraflı məlumat verilməsi məqsədilə 21 aprel 2025-ci il tarixdə saat 10:00-da müvafiq qaydada izahat verməyiniz üçün Xidmətə dəvət olunursunuz”. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsinin direktor vəzifəsini müvəqqəti icra edən X9 göndərilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol”un tərtib olunması barədə bildirişdə qeyd edilmişdir ki, “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində (bundan sonra-Xidmət) 10 oktyabr 2024-cü il tarixdə "xxxx" publik hüquqi şəxsində aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq və eyni zamanda Babək Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 3(079)- 135/2024 nömrəli qərarına əsasən işin Xidmət tərəfindən yenidən araşdırılması zamanı inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən “İnzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etməniz məqsədilə 2 may 2025-ci il tarixdə saat 11:00-da Xidmətə (Naxçıvan şəhəri, H.Əliyev prospekti 42A, Əlaqə nömrəsi:***-***-**- **) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır”. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsinin direktor vəzifəsini müvəqqəti icra edən X9 göndərilmiş inzibati xəta haqqında işə baxılması barədə bildirişdə qeyd edilmişdir ki, “Barənizdə tərtib edilmiş 2 may 2025-ci il tarixli MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol”lara əsasən inzibati xəta haqqında işə baxılması 12 may 2025-ci il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X16 Xidmətinə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A, telefon nömrəsi: 036 545-32-99) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır”. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Şikayətin təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərar qəbul edilərkən aparılan inzibati araşdırma zamanı yuxarıda göstərilən qaydalara uyğun araşdırma aparılmamışdır. Belə ki, yuxarıda sadalananlardan da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində qərar qəbul edilən şəxsin təqsirini təsdiq edən sübutlar tam toplanılmadan qərar qəbul edilmişdir. Beləliklə də həmin hadisənin baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 02 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunsa da onun hansı əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi əks olunmamış, ümumi olaraq NMR Səhiyyə Nazirliyi “Qan Bankı və X23” publik hüquqi şəxsində çalışan işçilərin iş vaxtından artıq işə cəlb olunması və artıq iş saatlarına görə əmək haqqının ödənilmədiyi aşkar olunduğu qeyd edilmiş, ancaq onun əməli ətraflı göstərilməmiş, əsaslandırılmamış, bunu təsdiq edən sübutlar qərarda göstərilməmiş, konkret olaraq kimlərə münasibətdə pozuntulara yol verildiyi öz əksini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi göstərilmədən yalnız İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir. Babək Rayon Məhkəməsinin 3(079)-135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X8 İXM-nin 192.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə tapşırılması qərara alındıqdan sonra Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, X8 şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılması şəxsin vəziyyətinin pisləşməsi ilə nəticələnmişdir. Yenidən araşdırma aparılaraq başqa maddə ilə onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X15 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki iş üzrə aparılan araşdırma zamanı direktor vəzifəsini icra edib-etməməsi ilə bağlı ziddiyyətlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Qərarda heç bir əsaslandırma aparılmadan, şəxsin təqsirliliyini təsdiq edən sübutlara istinad edilmədən onun törədilmiş əməldə təqsirli sayılması qanunvericiliyin mahiyyətinə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X8 şikayəti təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-248/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-248/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver