Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-249/2025 01.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X4, inzibati qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X9 və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbehin əsassız, ədalətsiz və qərəzli şəkildə verildiyini nəzərə alaraq, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin onun barəsində 12 may 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X14 şikayətini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 02 may 2025-ci il tarixli MN2106320 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində 12 may 2025ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və həmin qərarla qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat cərimə tətbiq olunmuşdur. Həmin qərara əsasən, 10 oktyabr 2024-cü il tarixdə X16 Xidməti tərəfindən aparılan araşdırma nəticəsində müəssisə tərəfindən 1 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin edilmədiyi əsas göstərilərək ona əsassız olaraq cərimə yazılmışdır. 2017-ci ilin avqust ayından 2024-cü ilin yanvarın 1-nə qədər Naxçıvan Muxtar Respublika X18 Bankı şöbə müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda 01 yanvar 2024-cü il tarixindən həmin şöbə ləğv olunaraq X19 bölmə müdiri vəzifəsində çalışır. Öz vəzifəsi ilə yanaşı, rəsmi şəkildə Səhiyyə Nazirinin əmrinə əsasən 3 aylıq müvəqqəti şəkildə, yəni 2024-cü ilin yanvar ayının 1-dən mart ayının 31-nə qədər NMR Səhiyyə Nazirliyi "Qan Bankı və X28" publik hüquqi şəxsin direktor vəzifəsini müvəqqəti icra edən vəzifəsi ona həvalə olunmuşdur. Lakin müddət bitdikdən sonra həmin vəzifədən azad olunmağıma baxmayaraq, qeyri-rəsmi şəkildə 2024-cü ilin mart ayından 2025-ci ilin aprelin 21-nə qədər həmin səlahiyyəti icra etmişdir. Ona həmin vəzifəni icra edə biləcək digər bir şəxs olmadığı əsas gətirilərək vəzifəni icra etmək tapşırılmışdır. Burada Naxçıvan MR Səhiyyə Nazirliyinin üzərinə məsuliyyət düşür. Onun həmin vaxt həmin işdə heç bir rəsmi səlahiyyəti olmamışdır. Ona cərimə yazılan dövrdə həmin vəzifəli şəxs statusunda olmamışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 11 dekabr 2024-cü il tarixli ******* nömrəli qərarından verdiyi şikayətlə bağlı Babək Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 3(079)-135/2024 nömrəli qərarı mövcuddur. Həmin qərarla məhkəmə bu qənaətə gəlir ki, onun hüquqları pozulmuşdur və nəticə etibarilə də səlahiyyətli orqan tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadan cərimə tətbiq edilmişdir. Qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X17 məhkəməyə izahat təqdim etmişdir. İzahatda göstərilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 3(078)- 247/2025 saylı inzibati xəta haqqında iş üzrə 5 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X14 izahatında Xidmət tərəfindən qəbul edilmiş qərarların əsassız olduğunu, “Qan Bankı və X28” publik hüquqi şəxsində direktor vəzifəsinə təyin olunmadığını, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə qərar qəbul edilərkən həmin maddənin qüvvədən düşdüyünü bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə münasibətdə qeyd etmək istəyirəm ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VİİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 30 may 2025-ci il tarixdə qəbul edilmişdir. Fərmana əsasən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi qüvvədən düşənədək Xidmət tərəfindən “İnzibati tənbeh vermə haqqında Qərar” 14 may 2025-ci il tarixdə qəbul edilmişdir. Əgər norma yalnız texniki olaraq yerdəyişməyə məruz qalıbsa, yəni mahiyyət, sanksiya və tətbiq olunma şərtləri dəyişməyibsə, bu, dekriminallaşdırma hesab olunmur. Bu baxımdan, 469.2 ləğv olunması və 469-1-in yaranması, əgər məzmunca eynidirsə, bu sadəcə redaktə və sistemləşdirmə xarakterli dəyişiklikdir.Belə halda qanunun geriyə qüvvəsi məsələsi yaranmır, çünki əslində norma qüvvədən düşməyib - sadəcə yerdəyişib. 469-1 faktiki olaraq 469.2-nin davamıdır, buna görə şəxsin məsuliyyətdən azad olunması üçün hüquqi əsas yoxdur. Əgər 469-1 eyni məzmuna malikdirsə və sadəcə maddə nömrəsi dəyişibsə, bu dəyişiklik şəxsin məsuliyyətini istisna etmir.Eyni hüquqi məzmun 469-1 adı ilə yenidən normativ məcəlləyə daxil edilib. Məhkəmə baxışı zamanı isə 469.2 artıq qüvvədə deyil, əvəzində 469-1 qüvvədədir. Əgər yeni norma şəraitə və sanksiyaya görə fərqlənmirsə, o zaman bu dekriminallaşdırma hesab olunmur. 469.2-nin ləğvi hüquqi dekriminallaşdırma deyil, normativ struktur dəyişikliyidir. Dekriminallaşdırma — yalnız o halda baş verir ki, qanunverici əməli artıq hüquqpozma hesab etmir və ya sanksiyanı yüngülləşdirir.469.2-də nəzərdə tutulan əməlin inzibati xəta kimi xarakteri saxlanılıb, sadəcə 469-1 kimi yeni maddədə eyni şəkildə yer alıb. Hüquqi tərkib, hüquq pozuntusunun elementi və sanksiya dəyişməyibsə, bu halda qanunun “ləğvi” yalnız formaldır - hüquqi nəticəni dəyişmir. Əgər yoxdursa, bu dəyişiklik yalnız normanın nömrəsinin dəyişməsidir - və bu, məsuliyyəti şübhə altına almır.469.1-in qüvvədə olması, sadəcə olaraq həmin normanın təkrar formasıdır, bu isə məsuliyyətin ləğvi üçün əsas yaratmır. İXM-nin 469.2-ci maddəsinin ləğv olunması və əvəzində eyni hüquqi tərkibdə 469-1-ci maddənin qüvvəyə minməsi dekriminallaşdırma deyil. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Şikayət vermiş şəxs X14 tərəfindən məhkəməyə təqdim olunmuş çıxışda göstərilmişdir ki, ƏƏSMN yanında X16 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış araşdırma nəticəsində nöqsanlar aşkar edilmiş, həmin nöqsanlar İnzibati xəta kimi qeydə alınaraq aktlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə aşkar edilmiş nöqsanlardan 1 nəfər işçinin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”ları təmin edilmədiyinə görə X16 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2- ci maddəsinə əsasən 27.11,2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və Naxçıvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə X16 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə aşkar olunmuş nöqsanlarla bağlı araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Məhkəməsinin Qərarı ilə Səhiyyə Nazirliyinin “Qan Bankı və X28” publik hüquqi şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə tətbiq olunmuşdur. Məhkəmə iclasında Aktda göstərilən digər nöqsanlar da öz əksini tapmış, Qərar mətnində qeyd olunmuş lakin son qərarda məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. xx.xx.2024-cü il tarixdə aşkar edilmiş nöqsanlardan əmək şəraiti zərərli olan işçilərə əlavə məzuniyyətlərin verilmədiyini əsas tutaraq X16 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən 27.11,2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola baxılaraq DƏMX tərəfindən 11 dekabr 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmiş və nəticədə mənə X10 İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən 1700 (bir min yeddi yüz) manat məbləğdə cərimə tətbiq olunmuşdur. DƏMX tərəfindən 11 dekabr 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan Məhkəmə qaydasında şikayət edib cərimə qərarının əsassız olduğunu və ləğv edilməsini xahiş etmişəm. Şikayət Babək rayon məhkəməsində araşdırılarkən DƏMX-nin nümayəndəsi X17 izahatında X4 “Qan Bankı və X28” publik hüquqi şəxsində direktor vəzifəsini müvəqqəti icra etdiyini, lakin həmin vəzifədə işləyib-işləməməsinin araşdırılmadığını, həmin vəzifəni icra etdiyini hesab etdiklərini bildirmişdir. Buna görə də məhkəmədən qərarın ləğv edilməsini və işin yenidən araşdırılıb baxılmasını xahiş etmişdir. Məhkəmənin qərarına əsasən DƏMX tərəfindən 11 dekabr 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar ləğv edilmiş və işə yenidən baxılması DƏMX-nə tapşırılmışdır. Lakin DƏMX-nin nümayəndəsinin də xahişi məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq Apelyasiya şikayəti verilmiş, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə Babək rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Daha sonra DƏMX tərəfindən xx.xx.2024-cü il tarixdə aşkar edilmiş nöqsanlardan 1 nəfər işçinin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”ları təmin edilmədiyinə görə X16 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 02 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən isə 12 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmiş və nəticədə mən X2 Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğdə cərimə tətbiq olunmuşdur. Bu qayda pozuntusu ilə bağlı xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və Naxçıvan şəhər Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğu halda eyni maddə ilə ikinci dəfə 5 aya yaxın müddət keçdikdən sonra təkrarən eyni predmet barəsində və eyni əsaslarla protokol tərtib edilmişdir. Ən əsası odur ki, eyni predmetlə bağlı eyni tarixdə aşkar olunmuş nöqsanlarla bağlı 2 ayrı-ayrı protokol tərtib olunmuşdur. Əlavə olaraq, DƏMX tərəfindən xx.xx.2024-cü il tarixdə aşkar edilmiş işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə məlumatladırılması, biliklərin yoxlanılmasının təşkilinin təmin olunmamasına görə X16 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsinə əsasən 02 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən isə 12 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmiş və nəticədə mən X2 Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 500 (beş yüz) manat məbləğdə cərimə tətbiq olunmuşdur. DƏMX tərəfindən aparılmış yoxlamanın xronoloji ardıcıllığına diqqət yetirdikdə heç bir halda yoxlamadan sonra qeyd olunan maddələr üzrə protokolun tərtib edilmədiyi aşkar olunur. Aparılmış araşdırmanın və DƏMX bildirdiyi aşkar edilmiş nöqsanların üzərindən 7 aya yaxın müddət keçdikdən sonra yeni maddə ilə protokol tərtib edilmişdir ki, bu da qanunçuluq yox qərəzli münasibəti göstərir. Belə qənaətə gəlmək olar ki, DƏMX dərhal protokol yazmaq əvəzinə növbəti aylarda və ya illərdə xx.xx.2024-cü il tarixdə aşkar olunmuş və aktla təsdiqlənmiş nöqsanlar barədə protokollar tərtib etsin.Burada sual ortalığa çıxır ki, DƏMX niyə dərhal protokol yazmaq istəməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsi İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini tənzimləyir. Məcəllənin 101.1-ci maddəsi onu qeyd edir ki, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. DƏMX tərəfindən “Qan Bankı və X28” publik hüquqi şəxsində aparılan yoxlama ilə bağlı xronoloji ardıcıllıqlara diqqət etdikdə bu maddənin tələbləri birmənalı şəkildə pozulmuşdur.xx.xx.2024-cü il tarixdə AKT tərtib olunmuş, DƏMX tərəfindən orada qayda pozuntuları aşkar edildiyi göstərilmişdir. Lakin bununla bağlı ilk protokol İXM-sinin 469.2-ci maddəsi ilə, 2-ci protokol isə 192.5-ci maddələri ilə xx.xx.2024- cü il tarixlərdə tərtib olunmuşdur. Möhərəm hakim mən hələ xx.xx.2025- ci il tarixdə tərtib olunmuş protokolları demirəm, əvvəl tərtib olunmuş protokollar belə İXM-nin tələbləri gözlənilmədən yazılmış və 101.1-ci maddənin tələbləri pozularaq İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini ötürmüşdür.İXM-nin 101.2-ci maddəsi İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bu maddə üzrə isə əlavə araşdırmaya ehtiyac olmamış bununla bağlı da DƏMX- dən hər hansı tələb-sorğu verilməmişdir. 16 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının Qərara alındı hissəsinin 2-ci bəndinin 2-ci abzasında qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir. Belə ki, Babək rayon Məhkəməsinin qərarına əsasən DƏMX tərəfindən 11 dekabr 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar ləğv edilmiş və işə yenidən baxılması DƏMX- nə tapşırılmışdır. Buna baxmayaraq, DƏMX tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərar qəbul edilmiş və əlavə olaraq İXM bir neçə bəndlərinə əsasən 02 may 2025-ci il tarixlərdə yuxarıda qeyd olunmuş protokollar tərtib edilmişdir. İnzibati xəta haqqında protokol bir sıra hallarda inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsası kimi çıxış edir. İnzibati xəta haqqında protokolun hüquqi mahiyyətinə dair normalar ilk öncə, İnzibati Xətalar Məcəlləsinin 100-cü (inzibati xəta haqqında protokol), 43.2, 43.2-1, 43.3-cü (inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı), 101-ci (inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri), 54.2, 99.3-cü (protokolun tərtib edilməməsi, yəni inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsi) və s. maddələrinin müddəalarında nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X16 Xidməti tərəfindən mən X6 yazılmış 02 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol, həmin protokola əsasən 12 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar, 02 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol, həmin protokola əsasən 12 may 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini ötürdüyü üçün və bu maddə İnzibati xəta haqqında protokolun hüquqi mahiyyətinə dair normaları əhatə ediyindən müddətin ötürülməsi protokolun hüquqi mahiyyətini itirməsinə səbəb olduğundan, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının Qərara alındı hissəsinin 2-ci bəndinin 2-ci abzasında qeyd olunmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir anlayışına uyğun olmayan vəziyyətin pisləşməsinə səbəb olan protokollar tərtib edildiyi üçün və eyni tarixdə aşkar edilmiş eyni predmetlə bağlı müxtəlif tarixlərdə yazılmış 2 ayrı protokol olması səbəbindən barədə tətbiq olunmuş inzibati protokolların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 izahatında şikayətlə eyni məzmunlu izahat vermiş, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X17 izahatında şikayətə dair etirazında bildirdiyi hallarla eyni məzmunlu izahat vermiş və şikayətin əsassız olduğundan rədd edilməsini və qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi qismində iştirak edən X11 izahatında bildirmişdir ki, X1 Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi olaraq X29 Hüquqi Şəxsinə direktor vəzifəsi müvəqqəti icra edilməsi barədə 2023-cü ilin noyabr ayında əmr verilmişdir. 2023-cü ilin dekabr ayının 30da isə həkimin iş yeri dəyişdirilmiş və o Qan Bankına şöbə müdiri təyin edilmiş, həmçinin direktor vəzifəsi müvəqqəti icra edilməsi barədə yenidən əmr verilmişdir. 2024-cü ilin fevral ayında isə imza səlahiyyətinin verilməsi barədə əmr verilmişdir. Bunun səbəbi o olmuşdur ki, direktor vəzifəsi yeri vakant olmuşdur, şəxsin razılığı olmadan həmin vəzifəni ona vermək mümkün deyildir. Buna görə də imza səlahiyyəti verilmişdir. Hazırda da başqa bir həkim həmin vəzifəni icra edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətinə əsasən, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta törətmiş və 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 07 noyabr 2023-cü il tarixli, 305 nömrəli əmrinin surətinə əsasən, “Qan Bankı və X28" publik hüquqi şəxsinin müdiri vəzifəsi 06 noyabr 2023-cü il tarixdən müvəqqəti olaraq "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsinin Mərkəzi qan bankı şöbəsinin müdiri X6 həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 30 dekabr 2023-cü il tarixli, 399 nömrəli əmrinin surətinə əsasən, X14 01 yanvar 2024-cü il tarixindən "Qan Bankı və X28" publik hüquqi şəxsin X19 müdiri vəzifəsinə təyin edilmiş və direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli, 122 nömrəli əmrinin surətinə əsasən, "Qan Bankı və X28" publik hüquqi şəxsinin direktoru vəzifəsinin icrası xx.xx.2025-ci il tarixdən 3 (üç) ay müddətinə həmin mərkəzin həkim mikrobioloqu X12 həvalə edilmiş və "M.Ə.Həsənova imza səlahiyyəti verilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 29 dekabr 2024-cü tarixli 388 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 14 aprel 2025-ci il tarixli məktubuna əsasən, “Qan Bankı və X28” publik hüquqi şəxsin direktor vəzifəsi vakant olduğu üçün müəssisəyə dair lazımi sənədlərin imzalama səlahiyyəti 06 fevral 2024-cü il tarixdən Mərkəzin X19 müdiri-həkim transfizioloq vəzifəsində işləyən X6 verilmişdir. İş materiallarına əlavə olunmuş X6 ünvanlanmış bildirişə əsasən, barənizdə tərtib edilmiş 2 may 2025-ci il tarixli MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol”lara əsasən inzibati xəta haqqında işə baxılması 12 may 2025-ci il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X16 Xidmətinə (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 42A, telefon nömrəsi: 036 545-32-99) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Qeyd: AR İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri AR İXM-nin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarına əlavə olunmuş X6 ünvanlanmış 23 aprel 2025-ci il tarixli bildirişə əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində (bundan sonra-Xidmət) 10 oktyabr 2024-cü il tarixdə “Qan Bankı və Qanköçürmə Mərkəzi” publik hüquqi şəxsində aparılmış araşdırmaların nəticəsinə uyğun olaraq və eyni zamanda Babək Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 3(079)-135/2024 nömrəli qərarına əsasən işin Xidmət tərəfindən yenidən araşdırılması zamanı inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən “İnzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etməniz məqsədilə 2 may 2025-ci il tarixdə saat 11:00-da Xidmətə (Naxçıvan şəhəri, H.Əliyev prospekti 42A, Əlaqə nömrəsi:***-***-**-**) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Nəzərinizə çatdırırıq ki, İXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin İXM-nin 100.2-ci maddəsinə əsasən “İnzibati xəta haqqında Protokol” tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qeyd: İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibi olmadıqda bildiriş ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri İXM-nin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyinin 06 fevral 2024-cü il tarixli, 27/03 nömrəli əmrinin surətinə əsasən, “Qan Bankı və X28” publik hüquqi şəxsinin direktoru vəzifəsi vakant olduğu üçün müəssisəyə dair lazımi sənədlərin imzalanması səlahiyyəti 06 fevral 2024- cü il tarixdən həmin mərkəzin X19 müdiri-həkim transfizioloq X6 verilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə əsasən, “Qan Bankı və X28” publik hüquqi şəxsi ilə X14 arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən, X14 AR İXM-nin 192.4, 192.5, 198.1.7 və 469.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə olunmuş MN ******* nömrəli, 02 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən, X14 AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə izahatları dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və qərar ləğv edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VİİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 may 2025-ci il tarixli Fərmanı ilə qüvvədən düşmüşdür. İnzibati qərar qəbul edən orqan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VİİQD nömrəli Qanununun tətbiqinə dair imzalanmaq üçün Azərbaycan Respublikası Prezidentinə göndərilməsi barədə məlumatlı olduğu halda 12 may 2025-ci il tarixdə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 97-ci maddəsi qanunların imzalanmaq üçün təqdim olunması müddətini nəzərdə tutur. İ. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir. İ. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Hazırki iş üzrə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 30 may 2025-ci il tarixdə qəbul edilmişdir. Fərmana əsasən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi qüvvədən düşənədək Xidmət tərəfindən “İnzibati tənbeh vermə haqqında Qərar” 14 may 2025-ci il tarixdə qəbul edilmişdir. lakin Xidmət həmin maddənin qüvvədən düşməsi barədə normaya münasibətdə Milli Məclis tərəfindən 11 aprel 2025-ci il tarixdə Qanunun qəbul edilməsi və imzalanmaq üçün Prezidentə təqdim edilməsindən də məlumatlı olmuşdur. Belə ki, qanunlara düzəlişlərin, dəyişikliklərin edilməsi üçün keçirilən Milli Məclisin iclasları açıq şəkildə keçirilməklə ictimaiyyət üçün əlçatanlığı təmin edilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, inzibati qərar qəbul edən orqan 2025-ci ilin yanvar ayında-yəni Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində X4 barəsində tərtib edilən protokol və qəbul edilən qərarın ləğv edilməsi və işin yenidən araşdırmaya göndərilməsi barədə Babək Rayon Məhkəməsinin qərarından qərar qəbul edən orqanın şikayətinə baxılaraq şikayət təmin edilmədikdən sonra keçən dörd ay müddətində orqan hərəkətsiz qalmış, hər hansı yeni araşdırma aparmamış və qanunda olan dəyişikliklərin müzakirə edilməsindən, qəbul edilməsindən əvvəl inzibati tənbeh tədbirləri qəbul etməmişdir. Qərar qəbul edildikdən sonra isə norma qüvvədən düşmüşdür. Şikayət vermiş şəxsin müraciətindən sonra işin məhkəmədə olduğu müddətdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı dərc edilmişdir. Məhkəmə qeyd edir ki, yeni müəyyən edilmiş norma yəni 469-1-ci maddənin hətta texniki olaraq yerdəyişməyə məruz qalması, yəni mahiyyət, sanksiya və tətbiq olunma şərtləri dəyişmədiyi hesab edilsə belə bu gün nə həmin maddə üzrə tövsif aparıla bilər, nə də keçmiş maddə üzrə şəxsin təqsirli bilinməsi barədə qərar qüvvədə saxlanıla bilər. Bu halda məhkəmə belə hesab edir ki, İXM-nin 469.2-ci maddəsinin ləğv olunması və əvəzində eyni hüquqi tərkibdə 469-1-ci maddənin qüvvəyə minməsi X7 təqsirli bilinməsinə dair qəbul edilən qərar qüvvəyə minmədiyindən artıq ona münasibətdə dekriminallaşdırma hesab edilməlidir. X21 Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə tərəfindən işə baxılan zaman barəsində şikayət verilən hüquq norması qüvvədə olmamışdır. Törədilməsi ehtimal olunan inzibati xəta üzrə isə həmin vaxt 469-1-ci maddə mövcud olmamışdır və bu halda əməlin tövsif edilməsi müzakirə edilə bilməz. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Həmin Məcəllənin 114.1 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-249/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-249/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver