Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-25/2024 16.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən baxılması üçün inzibati material xx.xx.2023-cü il tarixli 3-13-43-6/2-20614/2023 nömrəli müşayət məktubu ilə birlikdə aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati protokol 09 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 3(078)-16/2024 nömrəli qərardadı ilə materiallarda olan natamamlıqların məhkəmə iclasında tamamlanmasının mümkün olmaması əsası ilə geri qaytarılmışdır. Məhkəmənin müvafiq qərardadı ilə protokol geri qaytarılarkən yol verilən nöqsanlar protokol tərtib edən orqanın diqqətinə çatdırılmışdır. Müvafiq məhkəmə qərardadı və inzibati xəta haqqında materiallar 10 yanvar 2024cü ildə protokol tərtib edən orqana göndərilmiş, 16 yanvar 2024-cü ildə göstərilən nöqsanlar düzəldilmədən, sadəcə olaraq işin aidiyyəti üzrə göndərilməsi qərardadı əlavə edilməklə həmin nöqsanlı protokol yenidən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol üzrə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 106.0-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Tərtib edilmiş protokoldan aydın olur ki, şəxs İXM-in 343.4-cü maddəsi ilə təqsirləndirilir. Həmin maddənin tələbinə görə bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 343.4-cü maddəsi dispozisiyasına görə göndərici dispozisiyaya malikdir və müəyyən edilmiş halları həmin Məcəllənin 334.1-ci maddəsi ilə müəyyən edildiyini bildirir. İXM-in 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə İXM-in 343.4-cü maddəsi üzrə protokol tərtib edilməsi üçün aşağıdakı halların mövcud olması zəruridir: -şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamalıdır; -həmin şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edilməlidir; -həmin şəxs tibbi müayinədən imtina etməlidir. Təqsirləndirilən şəxsin izahatından görünür ki, üç dəfə alkotest vasitəli onun sərxoşluq vəziyyəti müəyyən edilmiş, hər dəfə sərxoşluğun faizində fərqlilik olduğundan onun təkidi ilə tibbi müayinəyə aparılmışdır. Həmin alkotest nəticələri materiala əlavə edilməmişdir. Digər tərəfdən inzibati hüquq pozuntusu Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında “avtonom cinayət” hesab edilir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bununla bağlı qərarında formalaşmış hüquqi mövqeyə görə inzibati xətalar qanunvericiliyində müəyyən edilməyən hallar üzrə cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan normalar tətbiq edilir. İnzibati xəta üzrə tərtib edilmiş protokol cinayət prosessual hüquq nöqteyi nəzərindən ittiham aktı funksiyası daşıyır və baş verən hüquq pozuntusu üzrə toplanmış bütün sübutların məcmusu məhz həmin yekun sənəd olan protokolda qeyd edilməli, ondan sonra tərtib edilən yeganə sənəd işin aidiyyəti üzrə göndərilməsi qərardadı olmalıdır. Bu işdə isə ilkin sənəd protokoldur, xx.xx.2023cü ildə protokol aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsinə dair müşayiət məktubu olsa da şəxslərin izahatı 02 yanvar, dispanserə sorğu 08 yanvar kimi qeyd olunan tarixlər üzrə müvafiq hərəkətlər edilmişdir. Sanki protokol tərtib edilməzdən əvvəl toplanmalı olan bütün zəruri sübutlar bu işdə protokoldan sonra tərtib edilmişdir. Bu işdə protokolun tərtibi inzibati xətalar qanunvericiliyinə tamamilə zidd olaraq rəsmiləşdirilmişdir. Hazırki sənədlər isə protokoldan sonra əldə edildiyindən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi kimi qiymətləndirilməlidir və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, protokol geri qaytarıldıqdan sonra qeyd edilən heç bir nöqsan tamamlanmadan yenidən məhkəməyə baxılması üçün göndərilmişdir. Belə olan halda məhkəmə protokolun geri qaytarılması barədə deyil iş üzrə tərtib edilən protokol üzrə zəruri sənədlərin toplanması zaman baxımından inzibati xəta tərkibinin yaranmasını istisna edilməsi kimi qiymətləndirilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol üzrə iş üzrə icraata xitam verilsin. Qərardan 10 (gün) müddətdində birbaşa və ya Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-25/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-25/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver