Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-251/2025 26.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 26 aprel 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Samir Ələsgərov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:30 radələrində Naxçıvan şəhər, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin əsəbi halda mobil telefonla danışarkən, uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətdiyini müşahidə edib, həmin şəxsə yaxınlaşaraq ətrafda vətəndaşların olduğunu bildirərək hərəkətlərinə son qoymasını tələb edilmişdir. Həmin şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam edərək, aqresivliyini nümayiş etdirdi. Əraziyə avtopatrul dəvət olundu, şəxsə avtopatrula minməyini bildirsəkdə o onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək onun qanuni tələblərinə qəsdən tabe olmayıb kobudçuluq göstərdi. Əməkdaşların köməyi ilə şəxsi Naxçıvan Şəhər Polis İdarəsinə gətirib növbətçi hissəyə təhvil verilmişdir. İdarədə məlum oldu ki, vətəndaş Naxçıvan şəhəri, Z.Əliyeva küçəsi, ev 18 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1978-ci il təvəllüdlü Şəxsdur. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Məmmədov X1 Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Polis baş serjantı X2, polis baş serjantı X5 və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatı iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə Şəxs tanış olmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola, əsasən, xx.xx.2025-ci il tarixdə yoxlama zamanı 1 ədəd qara rəngli “A52” markalı mobil telefon və 1 qutu “Want” markalı siqaret aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, Şəxs 26 may 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçi X4 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. İş materiallarına Şəxs elektron sistemdən şəxsiyyət vəsiqəsi məlumatlarının surəti, X3 və X2 xidməti vəsiqələrinin surəti əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında saat 11-12 radələrində 9 mərtəbənin arxasında parkda telefonla danışdığını, telefonda nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının yaxınlaşdığını, əsəbi olduğu üçün onlara tabesizlik göstərdiyini bildirmiş, 2 uşağı olduğunu bildirmiş və daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında xidmət olarkən onlara məlumat gəldiyini, həmin əraziyə yaxınlaşdığını, orda həmin şəxsin onlara “yeriyin gedin işinizə” dediyini, onlara tabe olmadığını, sonra da məcburən xidməti maşına minərək idarəyə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid X5 izahatında 11-12 radələrində şəxsin telefonla danışdığını, onun nalayiq ifadələr işlədərək danışdığını, ona ictimai yerdə belə danışmamasını dediklərini, idarə getməyi deyən zaman səs-küy saldığını, onlara “yeriyin gedin işinizə” dediyini, onlara tabe olmadığını, sonra da məcburən xidməti maşına minərək idarəyə gətirdiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 535.1-ci maddənin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 26 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-251/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-251/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver