Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-254/2025 29.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN:xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, müəllim, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 29 may 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı Anar Heydərov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə saat 07:00-da Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat-istintaq qrupunda növbədə olarkən bölmənin qarşısında əyləşmişdi, bu zaman yaxınlıqdan söyüş və səs-küy eşidib. Həmin zaman Naxçıvan şəhər Babək məhəlləsində yerləşən "Megastore" marketinin qarşısına yaxınlaşıb və üç nəfər şəxsin mübahisə edərək savaşmalarını müşahidə edib. Həmin şəxslərə yaxınlaşıb, onları nizamintizama dəvət edib, hərəkətklərinə son qoymasını tələb edib. Həmin şəxsləri bölmədə qeydiyyatlarının aparılması üçün dəvət etmişdir. Səs-küyə əməliyyat-istintaq qrupunda növbədə olan polis sahə rəisi, polis baş leytenantı X11 yaxınlaşdı. Biz onları bölməyə apararkən marketdən təxminən 50 metr aralandıqdan sonra yenidən söyüş süyüb mübahisə etməyə başladılar. Dəfələrlə onlara xəbərdarlıq etməklərinə baxmayaraq onların bu qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək, dahada aqresivlik nümayiş etdirdilər. Həmin şəxsləri 1-ci Polis Bölməsinə gətirilməsi üçün həmin yerə əlavə əməkdaşlar dəvət edib, bölməyə gətiriblər. Bölmədə məlum oldu ki, həmin şəxslər Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Şəxs, Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1990-ci il təvəllüdlü X4 və Şahbuz rayon Külüs kəndində qeydiyyatda olan Naxçıvan şəhər Əcəmi məhəlləsi ev-1, mənzil-16 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü X2r. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Seyidov X10 Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Polis baş leytenantı X5, polis baş leytenantı X8, polis baş serjantı X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs, X3 və X1 izahatı iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə Şəxs tanış olmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokola, əsasən, xx.xx.2025-ci il tarixdə yoxlama zamanı 1 ədəd “X20” markalı mobil telefon aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, Şəxs 29 may 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçi X9 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. İş materiallarına Şəxs, X1, X3 elektron sistemdən şəxsiyyət vəsiqəsi məlumatlarının surəti, X8, X6 və X5 xidməti vəsiqələrinin surəti əlavə edilmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli alcovisor məlumatından aydın olur ki, Şəxs 0.886% sərxoş olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında “Megastore” marketdən siqaret almağa getdiyini, dostunun ona siqaret almağı dediyini, onun pul olmadığını dediyini, aralarında mübahisə düşdüyünü, hər ikisinin də sərxoş olduğunu, iş günü olmadığını, səhər saatları olduğunu, ətrafda 2-3 nəfər olduğunu, həmin yerin polis bölməsinin qarşısı olduğunu, polis əməkdaşları gəlib araladıqlarını, polis bölməsinə dəvət etdiklərini, sərxoş olduğu üçün getmək istəmədiyini, sonra polislər onu apardıqlarını, vəkil kollegiyasına apardıqlarını, işlədiyini, təhsil aldığını, birdə belə hərəkət etməyəcəyinə söz verdiyini bildirmiş və daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X14 izahatında hadisənin səhər saat 7 radələrində, “Megastore” marketin qarşısında olduğunu, bir neçə şəxsin savaşdıqlarını, bölməyə aparan zaman yenidən yolda savaşdıqlarını, onun çağırışına gəlmədiyini, sonra məcburi şəkildə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid X13 izahatında hadisə səhər saatlarında Megastore” marketin qarşısında olduğunu, bir neçə şəxsin savaşdığını görüb onlara yaxınlaşdığını, aparmaq istəyəndə gəlmək istəmədiklərini, bir-birnə qarşı nalayiq sözlər istifadə etdiklərini, artıq hərəkətlər etdiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır, hər iki maddənin tərkib əlaməti protokola əlavə edilən videogörüntülərlə də təsdiqini tapır, buna görə də Şəxs həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi və bir qrup şəxs tərəfindən törədilməsi İXM-in 33.1.7-ci və 33.1.5-ci maddələrinin tələbinə, əsasən, ağırlaşdıran hal kimi nəzərə alınır. Şəxs səmimi peşmançılığı İXM-in 32.1.1-ci maddənin tələbinə, əsasən, yüngülləşdirən hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 535.1-ci maddənin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 29 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-254/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-254/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver