Məhkəmə qərarları › İş №3(078)-255/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-255/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-255/2024 09.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Naxçıvan rayon Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin sədri işləyən, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhər Tumbul kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi X6 tərəfindən Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 saylı qərarını “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etmədiyi üçün Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Rövşən Mirzəyev xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək inzibati xəta haqqında materiala onun iştirakı olmadan baxılı qanunvericiliyə uyğun nəticə verilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, Bələdiyyəyə aid torpaq sahəsindən otlaq sahəsi üçün icarəyə götürmək məqsədilə Tumbul kənd sakinləri Naxçıvan şəhər Tumbul Bələdiyyəsinə müraciət etmiş və buna bələdiyyə iclasında baxılaraq xx.xx.2024-cü il tarixli 07 saylı qərarı ilə X3 0.35 ha, X2 0.30 ha, X4 0.5 ha, X5 0.20 ha torpaq sahəsi 10 ay müddətinə-xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. Lakin qəbul olunmuş qərarlar barədə qanunvericilikdə nəzərdə tutulmuş 5 iş günü müddətində deyil bir aydan gec müddətə-xx.xx.2024-cü ildə inzibati nəzarəti həyata keçirən orqana- Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin elektron portalına göndərmişdir. Lakin bu gecikmə onun xəstəliyi ilə əlaqədar olaraq baş vermiş və buna görə də məlumat verməkdə gecikmişdir. Əməlini etiraf edir və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə edilmiş 23 yanvar 2020-ci il tarixli qərarı ilə Bayramov X1 şəhər Tumbul Bələdiyyəsinin sədri seçilmişdir. Bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpağın icarəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixdə 01, 02, 03, 04 nömrəli icarə müqaviləri bağlanmışdır. Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli qərarı ilə bələdiyyə iclası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 11.6 və 11.9 bəndlərinə “Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü və 14-cü maddələrinə əsasən torpaq sahələri icarə müqaviləsi əsasında vətəndaş X3 0.35 ha ot (28 manat), X2 0.30 ha ot (24 manat), X4 0.5 ha ot (40 manat), X8 0.20 ha ot (16 manat) olmaqla 10 ay müddətinə icarəyə verilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin sədri Şəxs tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin sədri Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal əməlini etiraf etməsidir və məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Naxçıvan şəhər Tumbul Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar