Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-256/2023 11.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 08 iyun 2023-cü il tarixdə Babək rayonu Hacıvar kəndində yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 07 iyun 2023-cü il tarixdə, Unutmaz adlı şəxsin Naxçıvan şəhərində türk məscidinin qarşısında bıçaqla onun boğaz nahiyəsindən yaraladığını bununla bağlı ona kömək göstərilməsini və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 iyun 2023-cü il tarixli, 002151 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X6 ilə heç bir ədavətinin və düşmənçiliyinin olmadığını, 07 iyun 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində əvvəlcədən tanıdığı Samir adlı şəxslə telefonda danışdığını, Samirin onun kirayə qaldığı evə qız gətirməsi ilə bağlı söhbət etdiklərini, bu zaman onun Samirə “niyə evə qız gətirmisən” dediyini, onun da cavabında “yaxşı edirəm” dediyini, sonra Samirin onu və ailəsini təhqir etdiyini, onun da ona qarşı eyni ilə söyüşlər söydüyünü, 10 dəqiqə sonra Samirin atası Heydərin ona zəng etdiyini, onun harada olduğunu soruşduğunu, onun da Naxçıvan şəhərində Türk Məscidinin yanında olduğunu dediyini, sonra Samirin qardaşı Seymurun ona zəng etdiyini və harada olduğunu soruşduğunu Seymura da həmin yerdə yəni Türk Məscidinin yanında olduğunu bildirdiyini, bir qədər keçdikdən sonra Seymurun Türk məscidinin yanına avtobus dayanacağına gəldiyini, onu qolundan tutaraq “gəl gedək kənarda söhbət edək” dediyini, özünün onu əlindən itələdiyini, amma onun yenidən tutduğunu, onun bu zaman şalvarının belində olan bıçağı çıxararaq Seymurun boyun nahiyyəsindən iki zərbə vurduğunu, sonra əlindəki bıçağı yerə ataraq oradan uzaqlaşdığını, əməlindən peşman olduğunu bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında Unutmaz adlı şəxslə heç bir ədavətinin və düşmənçiliyinin olmadığını, 07 iyun 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində qardaşı Zərərçəkmiş şəxsla Unutmaz adlı şəxsin telefonda mübahisə etdiyini gördüyünü, onun o zaman qardaşı Samirin yanında olduğunu, Unutmazın mübahisə vaxtı qardaşı Samirə və ailəsinə qarşı nalayiq ifadələr işlətdiyini, onun heçnə demədən evdən çıxdığını, Unutmaza zəng edərək harada olduğunu soruşduğunu, Unutmazın ona Türk Məscidinin yanında olduğunu dediyini, onun özünə məxsus 67-A-123 dövlət nömrə nişanlı motosikleti ilə dediyi yerə getdiyini, Türk Məscidinin yanına çatdıqdan sonra Unutmaza yenidən zəng edərək harada olduğunu soruşduğunu, onun ona avtobus dayanacağında olduğunu dediyini, onun bu vaxt onu gördüyünü və ona tərəf gedərək o olduğu yerdə adamlar olduğu üçün “gəl kənara söhbət edək və sən niyə mənim ailəmi, məni söymüsən ailəm sənin qabağına yemək qoyub” dediyini, həmin vaxt Unutmazın yüksək səslə qardaşı Samiri söydüyünü, onun yenə də Unutmaza sakit olmağını dediyini, Unutmazın bu zaman onun qarşısına keçdiyini, şalvarının belindən bıçaq çıxararaq ona hücum çəkdiyini, ilk hücum çəkən zaman Unutmazın onu bıçaqla üç dəfə vurduğunu və yaraladığını, özünü müdafiə etmək məqsədi ilə Unutmazı itələyərək özündən araladığını, Unutmazın ona yenidən hücum etdiyini, bu zaman özünü qorumaq üçün onun qollarını tutaraq sıxdığını, bıçağı yerə atmasını istədiyini, Unutmazın hərəkətsiz və zəif qaldığı üçün məcbur qalaraq bıçağı yerə atdığını, Unutmazı özündən aralayaraq itələdiyini, sonra Unutmazın iti yeriyişlə həmin ərazidə olan yerüstü piyada keçidi istiqamətində hərəkət edərək uzaqlaşdığını, sonra qardaşı Samirin və atası Heydərin həmin əraziyə gəldiklərini, Unutmazı bağışlamadığını, ondan şikayətçi olduğunu qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında təxminən on ildir ki, Unutmazı tanıdığını, onunla münasibətinin olduğunu, onun dəfələrlə onun evinə gəlib getdiyini, 07 iyun 2023-cü il tarixdə Unutmazın ona zəng etdiyini, telefonda ona nalayiq ifadələr işlətdiyini, onun trelefon danışığı zamanı həyətdə olduğu üçün qardaşı Seymurun da onun yanında olduğunu, onun da Unutmazın onu söydüyü eşitdiyini, Seymurun ondan xəbərsiz Unutmazın onu Türk Məscidinin yanında gözlədiyini eşitdiyini, gizli çıxıb oraya getdiyini, onun qardaşının evdə olmadığını gördüyünü və onun da qardaşının arxasınca getdiyini, Türk Məscidinin yanına çatdıqda qardaşının üzünün qanadığını gördüyünü, qardaşının ona Unutmazın onu bıçaqla vurub qaçdığını bildirdiyini, onların da hadisə ilə bağlı Naxçıvan şəhər Polis idarəsinə müraciət etdiklərini, daha sonra polis əməkdaşlarının hadisə ilə bağlı araşdırma apardıqlarını bildirdi. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Hkpi-349/23 nömrəli toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada icraat başlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 598 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş bədən səthi üzərində sol qulağın sırğalıq hissəsində yara, sol yanaq nahiyyəsində yara hər hansı bir kəsici alətin təsirindən törənmişdir. Eləcə də bıçaq zərbəsindən törənə bilərdi. Xəsarətlərin yetirilmə müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Kəngərli rayon Şöbəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 85/488 nömrəli arayışdan görünür ki, Şəxs Dövlət Sosial Müdafiə Fondu Kəngərli rayon şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya və müavinət almır. İş materiallarına əlavə edilmiş Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 1463/23 nömrəli arayışdan görünür ki, Nəsirov X5 rayon Qarabağlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 1464/23 nömrəli arayışdan görünür ki, Şəxs heç bir ailə üzvü yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq agentliyinin PHŞ Kəngərli rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 05/40 nömrəli arayışdan görünür ki, Nəsirov X5 rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatda deyil və mərkəzdən heç bir müavinət almır. İş materiallarına əlavə olunmuş 11 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 11 iyun 2023-cü il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 25 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 11 iyun 2023-cü il tarixdən, saat 09:00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-256/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-256/2023
11.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver