Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-257/2025 30.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 4 uşaq atası, ali təhsilli, “İnsan haqları” jurnalının rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 30 may 2025-ci il tarixli, 270688/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 11 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq, Zərərçəkmiş şəxs3 xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 11 noyabr 2022-ci il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 29 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 450 (dörd yüz əlli) manat məbləğində əsas borc, 72.56 (yetmiş iki manat əlli altı qəpik) manat məbləğində faiz borcu və 21.37 (iyirmi bir manat otuz yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 543.93 (beş yüz qırx üç manat doxsan üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 04 oktyabr 2023-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1489/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 25 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022ci il tarixli, 03712058 nömrəli müqavilə üzrə 446.68 (dörd yüz qırx altı manat altmış səkkiz qəpik) manat əsas borc və 22.33 (iyirmi iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 469.01 (dörd yüz altmış doqquz manat bir qəpik) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs4nə verilməsi və iş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.66 (iyirmi səkkiz manat altmış altı qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 26 yanvar 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-1938 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən АZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VOEN:**********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs RGTK5304112B113 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 664 manat 09 qəpik (alt yüz altmış dörd manat doqquz qəpik) tutulması, bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 689 manat 09 qəpik (altı yüz səksən doqquz manat doqquz qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında 27 avqust 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Cehun adlı şəxsin mağazası olduğunu, ondan paltaryuyan aldığını, ödəniş etdiyini, ancaq sonradan həmin şəxsi tapa bilmədiyi üçün ödəniş edə bilmədiyini, "xxxx" ASC-yə, "xxxx" ASC-yə borcu olduğunu, kartından pul çıxıldığını, ancaq icra sənədi üzrə borcdan silinmədiyini, icra məmuru ilə hər zaman əlaqə saxladığını, hissə-hissə ödəniş etmək imkanı olduğunu, ancaq hissə-hissə deyil tam ödəniş etməli olduğunun deyildiyini, bu səbəbdən ödəniş edə bilmədiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu olmadığını, onunla maraqlanacağını, telefon götürmədiyini, onun haradan çıxdığını bilmədiyini, icra məmurunun dəyişdirilməsini istədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında 4 icra sənədinin olduğunu, icra sənədləri icra şöbəsinə daxil olduqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən heç bir ödəniş həyata keçirilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 11 noyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 294 (iki yüz doxsan dörd) manat əsas borc və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 323 (üç yüz iyirmi üç) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq, Zərərçəkmiş şəxs3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 11 noyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-814/2022 saylı, 11 noyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 11 noyabr 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 450 (dörd yüz əlli) manat məbləğində əsas borc, 72.56 (yetmiş iki manat əlli altı qəpik) manat məbləğində faiz borcu və 21.37 (iyirmi bir manat otuz yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 543.93 (beş yüz qırx üç manat doxsan üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 04 oktyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1058/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 04 oktyabr 2023cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 25 yanvar 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1489/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 25 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli, 03712058 nömrəli müqavilə üzrə 446.68 (dörd yüz qırx altı manat altmış səkkiz qəpik) manat əsas borc və 22.33 (iyirmi iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 469.01 (dörd yüz altmış doqquz manat bir qəpik) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs4nə verilməsi və iş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.66 (iyirmi səkkiz manat altmış altı qəpik) manat hissəsinin cavabdeh Şəxs alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 26 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1489/2023 saylı, 25 yanvar 2024cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 26 yanvar 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra sənədindən məlum olur ki, Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-1938 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən АZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VOEN:**********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs RGTK5304112B113 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 664 manat 09 qəpik (alt yüz altmış dörd manat doqquz qəpik) tutulması, bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 689 manat 09 qəpik (altı yüz səksən doqquz manat doqquz qəpik) pul tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 27 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-1938 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 27 avqust 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1975-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-257/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-257/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver