Məhkəmə qərarları › İş №3(078)-26/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-26/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-26/2021 24.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi ilə, xx xxx 1974-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, bir uşaq atası, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (pol ustası), deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: xx xxxxxx 2021-ci il tarixdə, saat 11 radələrində Şəxs üzərindən axtarış nəticəsində ümumi çəkisi 0.11 qram olan tünd qəhvəyi rəngli və toz şəkilli hissəciklərdən ibarət tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, xx xxxxxx 2021-ci il tarixdə, saat təqribən 11:00 radələrində Naxçıvan şəhər Şahmat məktəbinin arxasında skameykada oturduğunu, 2 nəfərin mülki paltarda ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını təqdim etdikdən sonra onu Naxçıvan şəhər Polis İdarəsinə dəvət etdiklərini, Polis İdarəsinə gəldikdən sonra ona narkotik vasitəni qəbul etməyində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşduqlarını, üzərində kakos adlanan narkotik vasitə olduğunu bildirdiyini, özünün istifadə etmək istədiyini, polis əməkdaşlarının 2 nəfər hal şahidlərini Polis İdarəsinə dəvət edərək onların yanında həmin narkotik vasitəni təqdim etməyi bildirdiklərini, əynindəki gödəkçənin sol cibindən vinkestir siqaretinin içərisinə qoyduğu qızıl kağıza bükülü kakosu polis əməkdaşlarına təqdim etdiyini, 15-20 il olar ki narkotik vasitəsən ara-sıra istifadə etdiyini, bununla əlaqədar da 2 dəfə tutulduğunu, cinayət işinin olduğunu, təqdim etdiyi narkotik vasitə olan kakosu Bakı şəhərində işləyən zaman orda aldığını, lakin istifadə etmədiyini, iş paltarının cibində qaldığını, itirdiyini zənn etdiyini, Bakıdan 2020-ci ilin avqust ayından gəldiyini, həmin paltarları evə atdığını, xx xxxxxx 2021-ci il tarixdə yudurtmaq istədiyini, Bakı şəhərinə getməyə hazırlaşdığını, onların ciblərinə baxanda şalvarın sağ cibindən həmin bükülünün yerə düşdüyünü, götürdüyünü, bükülünü açdığını, o vaxt Bakıda itirdiyi narkotik maddə olan kakos olduğunu gördüyünü, həmin narkotik maddəni də polis əməkdaşlarına təqdim etdiyini, bundan əlavə heç bir narkotik maddənin olmadığını, heç kimə vermədiyini, əməlindən peşman olduğunu, bir daha bu kimi halları təkrarlamayacağını bildirdi. Məhkəmədə izahat verən şahid X1 Ayaz Alim oğlunu əvvəlcədən tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibətinin olmadığını, xx xxxxxx 2021-ci il tarixdə, saat təqribən 11:20 radələrində Naxçıvan şəhər Polis İdarəsinin qarşısından keçdiyini, həmin vaxtı mülki geyimdə olan 1 nəfər şəxsin ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirdiyini, narkotik vasitəni istifadə etməkdə və saxlamaqda şübhəli olan 1 nəfərin üzərində şəxsi axtarış aparılmalı olduğunu dediyini, həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman hal şahidi kimi iştirak etməyi xahiş etdiyini, həmin polis əməkdaşının təklifini qəbul edərək onunla birlikdə Naxçıvan şəhər Polis İdarəsinə gəldiklərini, idarədə polis əməkdaşlarının həmin şəxslə onları tanış etdiklərini, onunla aralarında hər hansı bir qohumluq və ya düşmənçilik münasibətinin olamaması müəyyən edildikdən sonra polis əməkdaşının Şəxs üzərində şəxsi axtarış aparılacağını bildirdiyini, şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etməsini bildirdiyini, Şəxs da əyninə geyindiyi göy rəngli gödəkçənin cibindən 1 ədəd ağ rəngli vinkestir siqaret qutusunu çıxarıb təqdim edərək həmin siqaret qutusunun içərisində kakos adlı heroin narkotik vasitənin olduğunu bildirdiyini, polis əməkdaşının onların iştirakı ilə həmin vinkestir siqaret qutusunu aldığını, onun içərisindən 1 ədəd büküm çıxdığını, siqaret kağızına bükülü büküm açılanda onun içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunduğunu, həmin bükümün içərisindən çıxan kütlənin onların iştirakı ilə polis əməkdaşı tərəfindən götürülərək qablaşdırıldığını, möhürləndiyini, polis əməkdaşı tərəfindən keçirilən əlavə şəxsi axtarış zamanı Şəxs üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşya aşkar olunmadığını, sonra Şəxs polis əməkdaşlarına “məndə olan narkotik vasitənin hamısını sizə təqdim etdim, bundan əlavə nə üzərimdə, nə də ki başqa yerdə narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşya yoxdur” dediyini, sonra polis əməkdaşının Şəxs üzərindən çıxan bükümlə əlaqədar protokol tərtib etdiyini, həmin protokol və narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı kağız zərfin onlar və iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 43 nömrəli ekspert arayışına əsasən, Şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd möhürlənmiş kağız zərfin içərisindəki gümüşü siqaret kağızı bükümündə təmiz çəkisi 0.11 qram olan tünd qəhvəyi rəngli və toz şəkilli hissəciklərdən ibarət maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi 0.11 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.06 qram. xx xxxxxx 2021-ci il tarixli akta əsasən, tədqiqata sərf edildikdən sonra qalıq 0.06 qram heroin narkotik vasitəsi Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanması üçün təhvil verilmişdir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 124 nömrəli arayışa əsasən, Şəxs dispanserdə müayinə olunmuş, hazırda abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacı yoxdur. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X11 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 146 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə tibbi müayinədən keçirmiş və onda praktik sağlam diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu X9 Naxçıvan şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsini necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan təmiz çəkisi 0.06 qram olan narkotik vasitə- heroin müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbsin müddəti xx xxxxxx 2021-ci il tarixdən, saat 12:05-dən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin.

4. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan təmiz çəkisi 0.06 qram olan narkotik vasitə- heroin müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.

5. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar