Məhkəmə qərarları › İş №3(078)-26/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-26/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-26/2025 10.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Naxçıvan şəhər sakini Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Vətəndaş Şəxs xx.xx.2023-cü tarixdə, saat 12:15 radələrində Babək prospekti ərazisində idarə etdiyi BMW 528 Xİ minik markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına manevr etdiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə elektron qərar tərtib olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 40 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etmədiyindən barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhəri Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati tənbeh vermə haqqında protokolun və qərarın Şəxs göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmadığından 12 avqust 2024-cü il tarixli 3(078)-307/2024 nömrəli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon DYPŞ-ə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən 3-13-52/2-44816/2024 nömrəli məktub ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhəri Məhkəməsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhəri Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolun məhkəmənin icraatına qəbul edilməsi barədə məsələni araşdırıb hesab edirəm ki, törədilmiş əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə görə bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati xəta haqqında protokola əlavə edilən Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemində Şəxs üzərində ödənilməyən inzibati cəriməsi yoxdur. Eyni zamanda sistem çıxarışından aydın olur ki, TP6127900 nömrəli xx.xx.2023-cü il tarixli qərar üzrə 40 manat cərimə 24 manat dəbbə olmaqla 64 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, , 53, 109, 105 , 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar