Məhkəmə qərarları › İş №3(078)-263/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-263/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-263/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, FİN kod: xxxxxxx, ailəli, iki uşaq atası, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 03 iyun 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib olunmuş 03 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 iyun 2025-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsində və PXD-də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bir neçə gün əvvəl onu narkotik vasitə istifadə etməsi əsası ilə məhkəməyə çıxardıqlarını, həmin vaxt o narkotik vasitə istifadə etmədiyindən hakimin işə xitam verdiyini, bundan sonar onu məhkəməyə çıxaran polislərin onunla prinsip apardığını, məhəmədən çıxan gün gedib su gətirdiyini, həmin suyu Xətai məhəlləsində satan zaman yol polisi əməkdaşının onu saxladığını, ondan şübhələndiyini və testə getməli olduğunu bildirdiyini, ancaq onun testə getmədiyini, çünki onun şəklinin həmin polis əməkdaşının telefonunda olduğunu, onu məhkəməyə gətirən polisin bunu etdiyini bildiyini, testə getməyəcəyini, hakimin işə xitam verdiyini dediyini, sonar digər polis əməkdaşları gəldiyini, onu aparmaq istədiklərini, lakin onun getmədiyini, maşına mindirib testə apardıqlarını, xəstəxanada testdən keçmədiyini, təxminə gecə saat 10 olduğunu, orada ondan və polis əməkdaşlarından başqa mühafizəçilər, anası olduğunu, əsəbləşib biraz səs-küy saldığını, testdən isə keçmədiyini, 01 iyun tarixindən polis şöbəsində saxlanıldığını bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X1 izahatında bildirmişdir ki, 01 iyun 2025ci il tarixdə xidmətdə olan zaman növbətçi hissə radio stansiya vasitəsilə ona demişlər ki, Naxçıvan şəhəri Xətai məhəlləsi yaxınlığında bir nəfər vətəndaş YPX-nin əməkdaşlarına tabe olmur və aqressivlik göstərir. Əməkdaşla birlikdə həmin ünvana yaxınlaşmışlar ki, bir sürücü YPX-nin əməkdaşları ilə mübahisə edir. Yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Lakin vətəndaş onlara məhəl qoymayaraq aqressiv hərəkətlər etmişdir. Vətəndaş onlara müqavimət göstərdiyi üçün ona güc tətbiq edib onu avtopatrula mindirərək PXD-yə alko və narko testdən keçirmək üçün aparmışlar. Vətəndaş yenə aqressiv hərəkətlər edərək nalayiq ifadələr işlətmiş, onların sözlərinə məhəl qoymayaraq daha da aqressivləşmişdir. Vətəndaş alko və narko testdən keçməkdən imtina etmişdir. Onu avtopatrula mindirərək Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. Məhkəmədə şahid qismində izahat verən X2 izahatında bildirmişdir ki, 01 iyun 2025-ci il tarixdə YPX avtopatrulda xidmətdə olarkən bir sürücünün narkotik maddənin təsiri altında avtomobili idarə etdiyini görmüşlər. Ona yaxınlaşmışlar. Söhbət etməyə başlamışlar. Vətəndaş onlara tabesizlik göstərmişdir. Onu nizam-intizama dəvət etmişlər. Lakin vətəndaş onlara məhəl qoymayaraq aqressiv hərəkətlər etmişdir. Vətəndaş onlara müqavimət göstərdiyi üçün ona güc tətbiq edib onu avtopatrula mindirərək PXD-yə alko və narko testdən keçirmək üçün aparmışlar. Vətəndaş yenə aqressiv hərəkətlər edərək nalayiq ifadələr işlətmiş, onların sözlərinə məhəl qoymayaraq daha da aqressivləşmişdir. Vətəndaş alko və narko testdən keçməkdən imtina etmişdir. Onu avtopatrula mindirərək Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, 01 iyun 2025-ci il tarixdə YPX avtopatrulda xidmətdə olarkən bir sürücünün narkotik maddənin təsiri altında avtomobili idarə etdiyini görmüşlər. Ona yaxınlaşmışlar. Söhbət etməyə başlamışlar. Vətəndaş onlara tabesizlik göstərmişdir. Onu nizam-intizama dəvət etmişlər. Lakin vətəndaş onlara məhəl qoymayaraq aqressiv hərəkətlər etmişdir. Vətəndaş onlara müqavimət göstərdiyi üçün ona güc tətbiq edib onu avtopatrula mindirərək PXD-yə alko və narko testdən keçirmək üçün aparmışlar. Vətəndaş yenə aqressiv hərəkətlər edərək nalayiq ifadələr işlətmiş, onların sözlərinə məhəl qoymayaraq daha da aqressivləşmişdir. Vətəndaş alko və narko testdən keçməkdən imtina etmişdir. Onu avtopatrula mindirərək Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2025-ci il tarixdə, saat 00:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22:00 radələrində polis əməkdaşı xidmətdə olan zaman Xətai məhəlləsi döngə 4-də hərəkətdə olarkən nəqliyyat vasitəsinin şübhəli idarə olunmasını müşahidə etmişdir. Yanında olan digər əməkdaşla birgə avtopatrulla həmin nəqliyyat vasitəsinə işarə verib saxlamışlar. Nəqliyyat vasitəsinin sürücüsündən sənədlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxsi hal və hərəkətlərində şübhə doğurduğu üçün onu alkoqol və narko-test müayinədən keçməyə dəvət etmişlər. O, isə onların qanuni tələblərinə məhəl qoymayaraq nəqliyyat vasitəsinin qapılarını bağlayaraq oradan uzaqlaşmağa cəhd etmişdir. Tərəflərindən həmin şəxs saxlanılmışdır. Aralarında yaranmış mübahisə zəminində vətəndaş səsini ucaldıb səs-küy salmağa başlamışdır. İdarənin növbətçi hissəsinə məlumat verib avtopatrul dəvət etmişlər. X7 avtopatrulunda olan naryadların köməkliyi ilə vətəndaşı nizam-intizam qaydalarına əməl etməyə və onların qanuni tələblərinə tabe olmağa dəvət etmişlər. O, isə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Onlara nəqliyyat vasitəsinin sənədlərini təqdim etməmiş, alkoqol və narko-test müayinədən keçməkdən boyun qaçırmışdır. Həmçinin idarəyə gəlməkdən imtina etmişdir. Naryadların köməkliyi ilə şəxs avtopatrula mindirilərək narkotik və alkoqol müayinədən keçirilməsi üçün PXD-yə aparılmışdır. Orada da şəxs aqressivlik göstərib səs-küy salmış, müayinədən keçməkdən boyun qaçırmışdır. Tərəflərindən şəxs növbətçi hissəyə təmin olunmuşdur. İdarədə məlum olmuşdur ki, həmin şəxs ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilən videogörüntülərə baxış keçirib şahidləri dinləyib belə hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətanın tərkibi vardır, o həmin maddələrlə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Eləcə də məhkəmə hedab edir ki, tutulmanın əvvəli 01 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İnzibati tutma protokolu 02 iyun tarixində tərtib edilsə də 01 iyun tarixindən faktiki olaraq şəxs tutulmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva. AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR NAXÇİVAN ŞƏHƏR MƏHKƏMƏSİ Poçt indeksi: AZ-7000 Ünvan - Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 20 Elektron poçt: Elektron ünvan Telefon: (036) 545-78-41 www.nakhchivancourt.gov.az Faks: (036) 545-78-43 «03» iyun 2025-ci il № 3(078)-263/2025 Naxçıvan Şəhər Polis İdarəsinə Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-263/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 04 vərəq. Hakim: Gülnar Səfərəliyeva. AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR NAXÇİVAN ŞƏHƏR MƏHKƏMƏSİ Poçt indeksi: AZ-7000 Ünvan - Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 20 Elektron poçt: Elektron ünvan Telefon: (036) 545-78-41 www.nakhchivancourt.gov.az Faks: (036) 545-78-43 «03» iyun 2025-ci il № 3(078)-263/2025 Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-263/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarından çıxarış icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar 04 vərəq. Hakim: Gülnar Səfərəliyeva. Azərbaycan Respublikası adından QƏRARDAN ÇİXARİŞ Naxçıvan şəhəri İş № 3(078)-263/2025 xx.xx.2025-ci il Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, FİN kod: xxxxxxx, ailəli, iki uşaq atası, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: imza Gülnar Səfərəliyeva. Düzdür: Naxçıvan Şəhər Məhkəməsinin hakimi: Gülnar Səfərəliyeva xx.xx.2025-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar