Məhkəmə qərarları › İş №3(078)-264/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-264/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-264/2024 01.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonu, Yanşaq ərazi dairəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Akt 6 ərazisi, qaçqınlar şəhərciyi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-ə bilavasitə tabe olan X3 Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-ə bilavasitə tabe olan X3 Polis Şöbəsində tərtib olunmuş material 01 iyul 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X3 Polis Şöbəsinin İTB-nin rəisi polis leytenantı X8 tərəfindən tərtib olunmuş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 iyul 2024-cü il tarixdə X9 Limanında ictimai yerdə nalayiq ifadələr işlətmiş, onu nizama dəvət edən polislərin qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 30 iyun 2024-cü ildə Bakı şəhərinə getmək üçün Naxçıvan BHL-yə gəlmişdir. Naxçıvan BHL-də bilet almaq üçün növbə çəkərək sırasını gözləmişdir. Naxçıvan BHL-də sıra gözləsə də, artıq gecə saat 01:00 olsa da, bilet ala bilməmişdir. Bundan sonra əsəbiləşərək, Hava Limanı əməkdaşlarından ona bilet verməsini, onun burada qalacaq yerinin olmadığını bildirmişdir. Hava Limanı əməkdaşları sırası çatmadığı təqdirdə, burada qala biləcəyini demişdir. Onlara pulunun olmadığını bildirmişdir. Bundan sonar, o ondan polis əməkdaşlarına şikayət etmişdir. Polis əməkdaşları o nu polis şöbəsinə gətirmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X4 izahatında bildirmişdir ki, 01 iyul 2024cü ildə Naxçıvan BHL-də xidmətdə olduğu zaman bir nəfər sərxoş şəxsin Hava Limanının daxilində uca səs salaraq insanları narahat etməsini aşkar etdiyindən həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra şəxsin probleminin nə olması barədə maraqlandığı zaman həmin şəxs ona biletinin olmasını, amma bu reyslə getmək istəməsini bildirmişdir. Həmin şəxsə sıra nömrəsini çəkməsini və gözləməsini bildirsə də, şəxs ucadan səs salaraq nalayiq ifadələr işlədərək insanları narahat etməyə davam etmişdir. Həmin şəxsi Hava Limanının xaricinə çağıraraq nizam-intizama dəvət edərək, sırasını gözləməyi və ya bu gün ya da sabah sırası ilə bilet alaraq getməsini bildirsə də, o ona bu gün bilet alacağını bildirmiş, bundan sonra həmin şəxslə intizamlı şəkildə danışsa da, o qışqırmağa və söyüşlər söyməyə başlamışdır. Bundan sonra polis əməkdaşlarına şəxsin etdiyi hərəkətlər barəsində məlumat vermişdir. Polis əməkdaşları həmin şəxsi polis şöbəsinə dəvət etmişdirlər. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, 01 iyul 2024-cü ildə, saat 01:10-da bir nəfər şəxs Hava Limanının qarşısında ictimai yerdə ATX-nin növbə rəisinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün tərəflərindən saxlanılmışdır. Şəxs barəsində araşdırma aparılması üçün tərəflərindən polis şöbəsinə gətirildiyi zaman uca səs salaraq onlarla getməkdən imtina etməyə çalışmış, şəxsi nizam-intizama dəvət etsələr də, o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq söyüşlər işlətməklə qaçmağa cəhd göstərmişdir. X1 Fariz Mübariz oğlunun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 01 iyul 2024cü il tarixdə, saat 06:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli raportdan görünür ki, 01 iyul 2024-cü ildə, saat 01:10-da 1 nəfər şəxs Hava Limanın qarşısında ictimai yerdə ATX-nin növbə rəisinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün saxlanılmışdır. Şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirildiyi zaman uca səs salaraq ora getməkdən imtina etməyə çalışmış, şəxs nizam-intizama dəvət olunsa da, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq söyüşlər işlətməklə qaçmağa cəhd göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 iyul 2024-cü il tarixdən, saat 06:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar