Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-264/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 2000-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, FİN: xxxxxxx, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Daxil olmuş inzibati xəta haqqında protokola görə Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-1688/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 27 yanvar 2025-ci il tarixli icra vərəqəsinə və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 01 dekabr 2023-cü il tarixli, 8İ-3512 nömrəli icra qeydinə əsasən icraata başlama haqqında qərarların, tələbin könüllü icrası haqqında bildirişlərin, icra sənədlərinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə Şəxs izahatında maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Borcunu vaxtında ödəmədiyi üçün borc öhdəliyi var. Qərar qəbul edilərkən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, borclu haqqında elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədi icra edilmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1688/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 27 yanvar 2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, GTKR6112999A299 saylı Kredit müqaviləsinə əsasən 2900.58 (iki min doqquz yüz manat elli səkkiz qəpik) manat əsas borc və 624.37 (alti yüz iyirmi dörd manat otuz yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3524.95 (üç min beş yüz iyirmi dörd manat doxsan beş qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, "xxxx" ASC tərəfindən 07:11.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 55.25 (əlli beş manat iyirmi beş qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 06 fevral 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən 06 fevral 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 01 dekabr 2023-cü il tarixli, 8İ-3512 nömrəli icra qeydinə əsasən, Şəxs 45 manat 84 qəpik (qırx beş manat səksən dörd qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 151 manat 00 qəpik (yüz əlli bir manat sıfır qəpik) pul tutulması qərara alınmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 06 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən 06 dekabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Borcluya 05 mart 2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi 08 aprel 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.