Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-265/2024 03.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1nun və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işsiz, subay, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-310/2019 nömrəli, 18 iyul 2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 07 mart 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 2454.19 (iki min dörd yüz əlli dörd manat on doqquz qəpik) manat əsas borc, 350.84 (üç yüz əlli manat səksən dörd qəpik) manat faiz borcu və 32.88 (otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2837.91 (iki min səkkiz yüz otuz yeddi manat doxsan bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2021 nömrəli, 16 may 2021-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli 580-xx.xx.2018- 002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manatın cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-933/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi, 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş üzrə icraata müvafiq olaraq 22 iyul 2019-cu il, 17 may 2021-ci il və 26 dekabr 2023-cü il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqələrinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, onun borcu yaranmış, beləliklə, Şəxs icra vərəqələrini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq icra vərəqələrinin icrasını yerinə yetirmədiyini, işsiz olduğundan qərarları icra edə bilmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, 24 iyun tarixində tələbkarın xeyrinə 1000 manat ödəniş etdiyini, Bankların hər birinə 300 manat ödəniş etdiyini, tələbkarla razılaşdığını, hər ay 200 manat ona pul ödəyəcəyini, Bankların ödənişini hər ay edəcəyinə söz verdiyini bildirmişdir. X1 onun xeyrinə 10 gün əvvəl 1000 manat ödəniş edildiyini, hər ay 200 manat ödənilməsinə razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-310/2019 nömrəli, 18 iyul 2019-cu il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-310/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 07 mart 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 2454.19 (iki min dörd yüz əlli dörd manat on doqquz qəpik) manat əsas borc, 350.84 (üç yüz əlli manat səksən dörd qəpik) manat faiz borcu və 32.88 (otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2837.91 (iki min səkkiz yüz otuz yeddi manat doxsan bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 22 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2021 nömrəli, 16 may 2021-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli 580xx.xx.2018- 002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manatın cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-933/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli icra vərəqəsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-933/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi, 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 26 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-79/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində Azərbaycan Respublikası İXM-in 528-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs icra sənədlərində göstərilən borcunun qalan hissəsini üzrlü səbəbdən, yəni işsizlik və maddi imkansızlıq səbəbindən tam icra edə bilmir. Borclu Şəxs 24 iyun tarixində tələbkarın xeyrinə 1000 manat ödəniş etdiyini, bankların hər birinə 300 manat ödəniş etdiyini, tələbkarla razılaşdığını, hər ay 200 manat ona pul ödəyəcəyini, bankların ödənişini hər ay edəcəyinə söz verdiyini bildirmişdir. X1 onun xeyrinə 10 gün əvvəl 1000 manat ödəniş edildiyini, hər ay 200 manat ödənilməsinə razılıq verdiyini bildirmişdir. Şəxsin əmlak vəziyyəti, aylıq əmək haqqı gəliri nəzərə alınmalıdır. İnzibati xəta haqqında protokola və materiala baxarkən müəyyən olunmuşdur ki, Şəxs ödənişlərini hissə-hissə olsa da müəyyən məbləğdə həyata keçirmişdir. Buna görə də inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı sübuta yetirilmir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-265/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-265/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver