Məhkəmə qərarları › İş №3(078)-266/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-266/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-266/2024 18.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X4 və qərarından şikayət verilmiş orqanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X7 Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X7 Baş İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə X11 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X7 Baş İdarəsi tərəfindən 25 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü ildə xx.xx.2024-cü il tarixli etibarnamə ilə "xxxx" MMC-ni (Cəmiyyət) təmsil edərək Rusiya Federasiyası vətəndaşı X10 Cəmiyyətdə fərdi iş və müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinin Naxçıvan ASAN xidmət mərkəzində yerləşən bölməsinə müraciət edib. Əcnəbinin müvəqqəti yaşaması üçün "xxxx" MMC-yə məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 30, mənzil 42 nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən mənzilə aid sənədləri təqdim etmək və həmin vaxt cəmiyyəti təmsil etmək üçün ona cəmiyyətin direktoru Həsən Bədəlov tərəfindən xx.xx.2024-cü il tarixli etibarnamə təqdim olunmuşdur. Rusiya Federasiyasının vətəndaşı X1 yer üzrə qeydiyyata alınmış "xxxx" MMC-yə məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 30, mənzil 42-də yaşamadığına görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə xx.xx.2024cü il tarixdə MN ******* nömrəli protokol tərtib olunmuş və həmin tarixdə MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar tərtib olunaraq əcnəbi 300 manat məbləğində cərimə olunmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdə X7 Baş İdarəsinin baş inspektoru X5 tərəfindən onun barəsində MN №1906350 nömrəli İnzibati xəta haqqında protokol (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsi) tərtib olunmuşdur. xx.xx.2024-cü ildə X7 Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən baş miqrasiya xidməti müşaviri X9 tərəfindən 28/109-d-01 saylı qərardad tərtib olunaraq xx.xx.2024-cü il tarixdə X7 Baş İdarəsinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixdə təyin olunmuş vaxtda X7 Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən baş miqrasiya xidməti müşaviri X2 və Xidmətin baş inspektoru Elnur Zellabdinovun qəbulunda olub. Hər iki əməkdaşa onun barəsində yazılmış olan protokola etiraz etdiyini, bu inzibati xətanı onun törətmədiyini, onun yalnız xx.xx.2024-cü ildə "xxxx" MMC-ni təmsil etdiyini və təqdim edilən yaşayış yerinin onun mülkiyyətində və sərəncamında olmadığını, eləcə də əcnəbiyə göstərilən ünvanda yaşaması üçün şəraitin yaradılması barədə etirazlarını bildirməyinə baxmayaraq onun barəsində qanunsuz qərar qəbul edilərək 400 manat bəbləğidə cərimə olunmuşdur. Digər tərəfdən onun inzibati araşdırma zamanı tərtib edilmiş protokola və qərara qarşı etirazlar etməyinə baxmayaraq protokolda onun guya izahat verməkdən imtina etdiyi yazılmışdır. Görünür inzibati orqan və protokolu tərtib etmiş vəzifəli şəxs şablon protokol tərtib edərək barəsində inzibati xəta haqqında iş aparılan şəxslərin hüquqlarını kobud şəkildə pozur. Barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxs X11 məhkəmədə verdiyi izahatında şikayəti müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında qərarından şikayət verilmiş orqanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X7 Baş İdarəsinin nümayəndəsi Nümayəndə verdiyi izahatında bildirmişdir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar əsaslıdır. Qərar qəbul edilərkən qanun pozuntusuna yol verilməyib. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək, qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X7 Baş İdarəsinin rəisi v.m.i.e X9 tərəfindən 25 iyun 2024-cü il tarixdə MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. İnzibati tənbehin tətbiq olunmasına əsas kimi həmin qərarda qeyd edilir ki, şəxsin Rusiya Federasiyasının vətəndaşı X10 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada vaxtında olduğu yer üzrə qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsidir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 30-da yerləşən ümumi sahəsi 154.29 kv.m olan 42 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin direktoru Həsən Bədəlov tərəfindən Cəmiyyətin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində, Naxçıvan MR rayon və şəhər məhkəmələrində, ASAN xidmətdə, banklarda, Naxçıvan MR İcra Hakimiyyətində, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X16 Xidmətində və Naxçıvan MR Dövlət Vergi Xidmətində təmsil etməsi üçün xx.xx.2024-cü il tarixdə 3 il müddətinə etibarnamə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.14. yaşayış yeri – mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, mehmanxana, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri və digər bu kimi yaşayış yerləri; 3.0.15. olduğu yer – şəxsin yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər, habelə mənzil, digər yaşayış sahəsi (özünün, qohumunun, tanışının və s.); 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.2. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. 21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları X14 Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. 21.8. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. 21.9. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında 1999-cu il tarixli Əsasnaməyə görə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sözügedən Əsasnamənin: 23-3. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma üçün zəruri olan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

18. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstiyusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Şikayətə əlavə edilən sənədlərdən və inzibati qərar qəbul edən orqanın nümayəndəsi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, Rusiya Respublikası vətəndaşı X15 "xxxx" MMC-də fərdi iş və yaşamaq icazəsi alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinin Naxçıvan ASAN Xidmət Mərkəzinə müraciət edilmişdir. Müraciətin məqsədi əcnəbinin ünvan 1 ünvanına müvəqqəti qeydiyyata aldırmaq olmuşdur. Bu məqsədlə 03 iyun 2024-cü il tarixdə hüquqi şəxsin direktoru Həsən Bədəlov tərəfindən X8 etibarnamə verilmişdir. Etibarnamə üzrə X4 hüquqi şəxsi təmsil edəcəyi orqanlardan biri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmuş, etibarnamə müddəti xx.xx.2027-ci ilə qədər müəyyən edilmişdir. Həmin etibarnamə əsasında 04 iyun 2024-cü il tarixdə X11 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə verərək Rusiya Respublikası vətəndaşı X6 məxsus olan H.Əliyev prospekti ev 30 mənzil 42 Naxçıvan şəhərində yerləşən evinə müvəqqəti yaşamaq üçün qeydiyyata alınmasına heç bir etiraz olmadığını bildirmişdir. ünvan 2 ünvanı "xxxx" MMC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hüquqmüəyyənedici sənədi mövcuddur. Əcnəbi olduğu yerə qeydiyyata alınan ünvanda yaşamadığından barəsində İXM-in 575.1.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Digər protokol isə fiziki şəxsərizə verən X11 barəsində tərtib edilmişdir. Məhkəmə belə hesab edir ki, X11 barəsində tərtib edilən qərar əsassızdır və ləğv edilməlidir. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi X11 fiziki şəxs olaraq əcnəbini yaşayış yeri üzrə qeydiyyata alınmasına razılıq verməmiş, təmsilçilik səlahiyyəti əsasında hüquqi şəxsin ünvanı üzrə razılıq vermişdir. Qəbul edilməli qərar da məhz hüquqi şəxsə münasibətdə verilməli idi. Azərbaycan Respublikası İXM-in 577-ci maddəsinin dispozisiyasında da əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsini ehtiva edir. Yəni normasının dispozisiyasını təhlil etdikdə aydın olur ki, bu norma yaşayış sahəsi vermiş şəxslər tərəfindən müvafiq tədbirlərin görülməməsini özündə əks etdirir. Bu normada yaşayış sahəsi vermiş şəxs ifadəsi-ərizə vermək üçün müvafiq hüququ olan-yəni yaşayış sahəsinə malik olan şəxsləri ehtiva edir. Bu ərizə ilə yanaşı həmin şəxsdən yaşayış yerinin onun mülkiyyətində olmasını təsdiq edən sənədin də təqdim edilməsi zəruridir və bu sənədi şikayət vermiş şəxs inzibati qərar qəbul edən orqana təqdim etmişdir. İnzibati qərar qəbul edən orqanın nümayəndəsi ərizənin olduğu yer üzrə qeydiyyata alınması barədə yeganə əsas olduğunu, yaşayış yeri üzrə qeydiyyatda isə həm ərizə, həm mülkiyyət sənədinin tələb edilməli olduğunu bildirmişdir. Lakin istər Miqrasiya qanunvericiliyi, istərsə də şəxsin təqsirləndirildiyi normanın dispozisiyası yaşayış sahəsi vermiş şəxs ifadəsini qeyd etməklə ərizənin məhz yaşayış sahəsinə malik olmuş şəxs tərəfindən onun qeyd etdiyi həmin yaşayış sahəsi üzrə qeydiyyata alınması üzrə vəzifələrinin yerinə yetirilmədiyini qeyd edir. Hazırki şikayətdə şikayət verən şəxs etibarnamə əsasında hüquqi şəxsin ünvanının nəzərdə tutulduğu yer üzrə əcnəbinin qeydiyyata alınmasını xahiş etmişdir. Bunun nəticəsi də məhz hüquqi şəxsə münasibətdə tətbiq edilməli idi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r v e r d i:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X7 Baş İdarəsi tərəfindən 25 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 inzibati məsuliyyətə cəlb edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar