Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-267/2024 01.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Protokolda qeyd olunmuşdur ki, qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixində “X3” gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində yüklərin daşınmasını həvata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1979-cu il təvəllüdlü xx.xx.2022ci il tarixində verilmiş C03963531 nömrəli pasportun sahibi X1 idarə etdiyi 99DK173/10ZG554 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsində daşınan qarısıq yüklər sürücünün gömrük orqanına təqdim etdiyi 022676 nömrəli nəqliyyat qaiməsi (CMR) əsasında sürücünün və iki hal şahidinin iştirakı ilə yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 022676 nömrəli CMR-də göstərilən 17928 kq təşkil edən 1 ədəd traktor mühərriki və 50 ədəd traktor üçün çəki dəmirləri yükünün nəqliyyat vasitəsində olmadığı, həmçinin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasından CMR-də göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən ümumi ölçüsü 400 m2 olan 2500 ədəd 40*40 ölçüdə döşəmə daşı və ümumi ölçüsü 18.6 m2 olan 124 ədəd 50*30 ölçüdə üzlük das aşkar olunaraq protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı 6 iyun 2024-cü il tarixində X4 və İstintaq İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının vətəndaşı X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələri ilə 18000-01534/24 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. Araşdırma çərçivəsində izahat verən X2 yük nəqliyyat vasitəsini yüklü vəziyyətdə Bakı səhərində yerləşən “Meyvəli” adlanan bazarda yük nəqliyyat vasitəsinin sahibi Emil adlı şəxsdən aldığını, İİR ərazisində Emil adlı şəxsin adamlarının iştirakı ilə ümumi çəkisi 17928 kq təşkil edən 1 ədəd traktor mühərriki və 50 ədəd traktor üçün çəki dəmirləri yükünü boşaltdığını və verinə İİR ərazisindən ümumi ölçüsü 400 m2 olan 2500 ədəd 40*40 ölçüdə döşəmə daşı və ümumi ölçüsü 18.6 m2 olan 124 ədəd 50*30 ölçüdə üzlük das yükünü yüklədiyini, qarşılığında Emil adlı şəxsdən 2000 manat pul alacağını və bu əməlləri ilə gömrük qaydaları əleyhinə inzibati xəta törətdiyini etiraf etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 675 nömrəli rəvinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və edilməyən tədqiqat obyektlərinin 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8898 (səkkiz min səkkiz yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. O cümlədən: ümumi ölçüsü 400 m2 olan 2500 ədəd 40*40 sm ölçüdə təzə vəziyyətdə olan döşəmə dası - 2400 manat (400 m2x6 manat), ümumi ölçüsü 18.6 m2 olan 124 ədəd 50*30 ölçüdə təzə vəziyyətdə olan üzlük daş- 223.20 manat (18.6 m2* 12 manat), ümumi çəkisi 17928 kq təşkil edən, yararsız halda olan 1 ədəd traktor mühərriki və 50 ədəd traktor üçün çəki dəmiri metal qırıntı kimi- 6274.80 manat (17928 kq x 0.35 manat) müəyyən edilmişdir. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.7-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin 50 (əlli) faizi miqdarında inzibati cərimə tənbeh tətbiq edilməlidir. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Şəxs tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 487.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-ci maddəsinin sanksiyası çərçivəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 6274.80 (altı min iki yüz yetmiş dörd manat səksən qəpik) manat olan malın dəyərinin 50 (əlli) faizi miqdarında, yəni 3137.4 (üç min yüz otuz yeddi manat qırx qəpik) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Şəxs tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-267/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-267/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver