Məhkəmə qərarları › İş №3(078)-268/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-268/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-268/2024 19.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər Qaz İstismar İdarəsində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpi-512/24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, həmin material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surətinin X6 göndərilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç nə etmədiyini, sadəcə namazını qıldığını, 25 ildir namaz qıldığını, həmin qaydada namazını qıldığını, dostu Əli adlı şəxsin Türkiyə Respblikasından gəldiyini, çay içmək üçün onun evində toplaşdıqlarını, namaz vaxtı olduğu üçün namaz qıldıqlarını, elə namaz qıldıqları vaxt onların gəldiklərini, 25-30 nəfər polisin onun evini basdığını, evindən tapılan kitablara icazə sənədinin olduğunu, birlikdə namaz qılmaq üçün icazə almaq lazım olduğunu bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X11 məhkəmə iclasında verdiyi ifadəsində onu Əligilin evinə çay içməyə dəvət etdiklərini, onun da getdiyini, heç çay da içmədiklərini, namazın vaxtı keçdiyi üçün namaz qıldıqlarını, kitab oxumadıqlarını, onlar gedəndə 5-6 nəfərin evdə olduğunu, özlərinin də 4 nəfər olduğunu, namaz qıldıqları zaman polisin evi basdığını bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində həmin günü Əlinin onu çay içməyə çağırdığını, söhbət etdiklərini, ara-sıra görüşdüklərini, Əli ilə 20 ildir dost olduqlarını, namaz qıldıqları zaman 25-30 nəfər polis əməkdaşının gəldiyini, özlərinin 11 nəfər olduqlarını, kitab oxumadıqlarını, namaz qılmağa toplaşmadıqlarını, sadəcə namaz vaxtı olduğu üçün namaz qıldıqlarını, dostları ilə vaxt olduqca görüşdüklərini bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində Əlinin Türkiyə Respublikasından gəldiyini, görüşmək istədiklərini, Əligildə görüşdüklərini, namaz vaxtı olduğunu, ona görə namaz qıldıqlarını, 11 nəfər olduqlarını, kitab oxumadıqlarını, özünün oxumağı bacarmadığını bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində həmin günü evdə oturduğunu, qardaşı Novruzun onu Əligilə çay içməyə çağırdığını, oraya getdiklərini, gedəndə çay da içmədiklərini, namaz vaxtı olduğu üçün namaz qıldıqlarını, kitab oxumadıqlarını, namaz qıldıqları zaman polis əməkdaşlarının gəldiyini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində qardaşının onu Əligilə çay içməyə çağırdığını, ora getdiklərini, gedəndə çay da içmədiklərini, namaz vaxtı olduğu üçün namaz qıldıqlarını, kitab oxumadıqlarını, namaz qıldıqları zaman polis əməkdaşlarının gəldiyini, birlikdə namaz qılmaq üçün icazə almadıqlarını bildirdi. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X21, X27, X16, Şəxs, X22, X17, X8, X12, X10, X18 və X13 namaz qılıb “Nurçuluq” təriqətinin ideologiyalarını təbliğ edən Risale Nur külliyatma aid dini ədəbiyyatları oxumaları “Dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində” törədilmədiyindən adı çəkilən şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-1-ci (Dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edildiyindən toplanmış HKpi-512/24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və toplanmış HKpi-512/24 nömrəli materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin X6 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini X39 Dövlət Agentliyi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 01/92 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən göndərilmiş 19 (on doqquz) ədəd dini ədəbiyyata dinşünaslıq ekspertizası keçirilmiş və məlum olmuşdur ki, bu ədəbiyyatlardan 4 adda 4 ədədi-Risalei Nur külliyyatından X5 (1 ədəd), Risalei Nur külliyyatından X9 (1 ədəd), Risalei Nur külliyyatından Münacat- X31 (1 ədəd) və Risalei Nur külliyyatından X14 Münacatı- X31 (1 ədəd) qeyri-ənənəvi dini təriqətlərdən olan “Nurçuluq" təriqətinin ideologiyalarını təbliğ edir. Adı çəkilən dini ədəbiyyatlar Azərbaycan Respublikası Dini X39 Dövlət Komitəsinin qadağan olunmuş dini ədəbiyyatlar siyahısında olmasa da təbliğ etdiyi “şəri qaydalarla dövlətin idarə edilməsi” ideologiyası Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olduğundan bu təriqəti təbliğ edən bütün dini ədəbiyyatların Azərbaycan Respublikası ərazisində satışı və yayılması məqsədəuyğun sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Belə ki, Şəxs kütləvi dini ibadəti dini ibadət yerində və ziyarətgahda deyil, evində keçirmiş, ancaq buna dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)- yəni, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini X39 Dövlət Agentliyinin razılığını almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar