Məhkəmə qərarları › İş №3(078)-269/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-269/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-269/2024 08.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1984-cü ildə Şahbuz rayon Remeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 1 uşaq atası, ali təhsilli, işsiz, Şahbuz rayon Qızıl Qışlaq kəndində qeydiyyatda olub, Naxçıvan şəhəri, Xətai 9/13 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Daxil olmuş inzibati xəta haqqında protokola görə iddiaçı X1 cavabdeh Şəxs qarşı aliment tələbinə dair Şahbuz Rayon Məhkəməsinin 2(090)-297/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə icraata başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, icra sənədi üzrə 910 manat borcu yaranmış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə Şəxs izahatında bildirmişdir ki, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış aliment borcunu ödəyə bilmir. İmkan daxilində aliment borcunu ödəməyə çalışır. Tələbkar hər ay 1100 manat pul alır. Tələbkarın qazancı daha çoxdur. Özü isə işsizdir. Əvvəl imkanı olub, dükanı olub işlədib, işə məhkəmədə baxılan zaman özü 220 manat aliment yazılmasını təkid edib. Çünki atadır, atalıq borcunu dərk edir. Hər ay imkanı daxilində uşağına pul göndərir. Uşaq onun yanına gələndə bütün tələbatını özü qarşılayır. Əvvəl rəsmi şəkildə pul verməyibdir. Görəndə ki, tələbkar ödədiyi alimenti inkar edir, o da rəsmi qaydada aliment ödəmişdir. Özü uşağını tələb edir. Hazırda nikahın pozulması işi Şahbuz Rayon Məhkəməsinin icraatındadır. Bu gün 100 manat aliment göndərmişdir. Hazırda 960 manat borcu qalır. Çalışıb tezliklə borcunu qaytaracaqdır. Daimi işi yoxdur. Ali təhsillidir, çox yerə sənəd verib, lakin işə götürməyiblər. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-297/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 01 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 08 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğində 220 manat miqdarında aliment tutularaq X2 verilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş və həmin tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Şahbuz Rayon İcra və Probasiya Bölməsinə göndərilmişdir. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Qeyd olunan icra sənədi aidiyyatı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki işdən aydın olur ki, bütün imkanlar tükənməmişdir. Belə ki, borclu Şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məhkəməyə göndərilmişdir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunun qalan hissəsini üzürlü səbəbdən, yəni maddi imkansızlığı səbəbindən tam icra edə bilmir. Şəxsin əmlak vəziyyəti, aylıq əmək haqqı gəlirinin olmaması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar