Məhkəmə qərarları › İş №3(078)-269/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-269/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-269/2025 04.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs Şəxs iştirakı ilə, Şikayət vermiş şəxs Şəxs 18 mart 2025-ci il tarixli, EQ seriyalı, 26739791 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən tərtib edilmiş inzibati cərimə haqqında xx.xx.2025-ci il tarixli EQ 26739791 nömrəli qərarın ləğv edilməsi və onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs Şəxs şikayətini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə mənim barəmdə xx.xx.2025-ci il tarixli EQ 26739791 nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26739791 nömrəli elektron qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və 50 manat miqdarında cərimə tətbiq edilmişdir. Protokolda bildirilir ki, guya Naxçıvan şəhəri, Babək məhəlləsi 22 küçəsində hərəkətdə olarkən müəyyən edilmiş sürət həddini 21-40 km/saat aralığında aşmışdır. Halbuki belə ünvan, Babək məhəlləsi 22 küçəsi faktiki olaraq Babək rayonunda mövcud deyildir. Belə ki, xx.xx.2025-ci ildə MR DYPİ-yə qərarın ləğv olunması üçün müraciət etmişdir. Ərizə ilə bağlı Naxçıvan MR DYPİ-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda isə sadəcə olaraq "texniki nasazlıq aşkar edilməmişdir" və "videogörüntülərdə təsdiqini tapır" ifadələri qeyd olunmuş, lakin yuxarıda sadaladığı hüquqi və texniki tələblərin pozulmasına dair dəqiq cavab verilməmişdir. İnzibati orqan cavabında qeyd edilən etiraza cavabını əsaslandırmamış, ümumi cavablar vermişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq qərarın surəti ona çatdırılmamışdır. Buna görə də məhkəməyə müraciət etmək üçün cavabdeh orqana qərarın surətinin təqdim edilməyi üçün xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar və onun əsasında tərtib edilmiş protokolun surəti ona yalnız xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Hesab edir ki, qeyd olunan inzibati protokol qanunsuz və əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 50-ci maddəsinin Vİİ bəndinə əsasən, sürət həddinin elektron texniki vasitələrlə (radarlarla və ya E-patrul sistemləri ilə) ölçülməsi üçün həmin yerdə, ya 6.14 “İnformasiya stendi” nişanı və ona əlavə məlumat nişanı, ya da 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı quraşdırılmış olmalıdır. Bu nişanların yerləşdirilməsinə dair qanunda dəqiq məsafə tələblərində göstərilmişdir ki, yaşayış məntəqələrində radar bu nişanlardan 50-200 metr, yaşayış məntəqələrindən kənarda isə ***-**** metr məsafədə yerləşdirilməlidir. Faktiki olaraq, xx.xx.2025-ci il tarixində barəmdə tərtib olunmuş inzibati protokolda radarın yerləşdiyi yerin müvafiq 3.24 nişanından təxminən 526 metr məsafədə yerləşdiyi məlum olmuşdur. Bu məsafə, yaşayış məntəqələrində yerləşdirilən radarların qanunla müəyyən olunmuş hədlərindən, yəni 50-200 metr məsafədən açıq şəkildə kənardadır. Bundan əlavə, radarın qarşısında heç bir 6.14 informasiya nişanı və ya 3.24 sürət məhdudlaşdırılması nişanı quraşdırılmamışdır. Əgər varsa belə, bu nişan yolayrıcından sonra yerləşdirilibsə, o halda yolayrıcıdan sonra təsir gücünü itirmiş sayılır. Eyni zamanda, "Yol-patrul xidməti haqqında" Təlimatın 4.3-cü bəndinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" Qanunla dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Belə ki, hadisənin baş verdiyi iddia olunan ərazidə radarın olduğu YPX avtomobili sürücülərin görə bilmədiyi bir mövqedə olmuşdur. Bu da radarın quraşdırılmasının qanunsuz olduğunu göstərir. Göründüyü kimi iş üzrə şikayətimin təmin edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində qeyd edilən əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Şəxs şikayətlə eyni məzmunlu izahat vermiş, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilən orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Şəxs ünvanlanmış 11 aprel 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, barənizdə əsassız inzibati xəta haqqında elektron protokol tərtib edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə ünvanladığınız müraciətə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsi tərəfindən baxılmışdır. Bildirilir ki, xx.xx.2025-ci il tarixdə "Kia" markalı 75-BН-235 dövlət qeydiyyat nişanlı avtomobiliniz ilə Naxçıvan şəhəri, Babək məhəlləsi 22 küçəsində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozaraq Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə həmin ərazidə xidmət aparan YPX avtomobilində quraşdırılmış E-patrul xüsusi texniki vasitə ilə barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə EQ 26739791 nömrəli inzibati xətata haqqında elektron protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağınız həmin YPX avtomobilində quraşdırılmış E-patrul xüsusi texniki vasitəsilə qeydə alınış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində xüsusi texniki vasitənin səhv qərar qəbul etməsi halları müəyyən edilməmişdir. X2 Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsində işə alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Şəxs ünvanlanmış 13 may 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliy inə ünvanladığınız ərizəyə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsində baxılmışdır. Bildirilir ki, xx.xx.2025-ei il tarixdə idarə etdiyiniz "KİA" markalı **-BH-*** dövls qeydiyyat nişanlı avtomobiliniz ilə Naxçıvan şəhər Babək məhəlləsi 22 ünvanında hərəkətdə olarkən "Yol hərəkəti haqqinda" Azorbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozaraq Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə EQ 26739791 nömrəli inzibati xəta haqqunda elektron protokol tərtib edilmişdir. Ərizənizdə qeyd etdiyiniz protokolun sürəti və qərarı sizə göndərilir. X2 Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsində işə alınmışdır. 18 mart 2025-ci il tarixli, EQ seriyalı, 26739791 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətmiş və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 İdarəsindən 18 mart 2025-ci il tarixli protokol, elektron qərar, görüntülər, ərazinin foroşəkilləri və videogörüntülər təqdim edilmişdir. Məhkəmə şikayət verənin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə görə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Qeyd edilən 18 mart 2025-ci il tarixli, EQ seriyalı, 26739791 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Şəxs tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə də həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Belə ki, protokolda surət həddini aşma qeyd edilmiş və xüsusi texniki vasitənin köməyi ilə surət həddini aşma müəyyən edilmişdir. Şəxsin xəta törətməsi məhz xüsusi texniki vasitə ilə müəyyən edilmişdir. Şikayət vermiş şəxsin şikayətin bildirdiyi arqumentləri isə məhkəmə əsassız hesab edir. Birincisi şəxs bildirdiyi arqumentləri sübuta yetirə bilməmişdir. İkincisi isə bu arqumentlər sübut olunduqda belə bu hal şəxsin təqsirini istisna edən hal deyildir. Şəxs surət həddini aşmışdır və bu protokol tərtib edən orqanın təqdim etdiyi sənədlərlə təsdiqini tapır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli sayılmasına dair 18 mart 2025-ci il tarixli, EQ seriyalı, 26739791 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs şikayəti təmin edilməsin. 18 mart 2025-ci il tarixli, EQ seriyalı, 26739791 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar