Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-27/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxxxx 1997-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 1 uşaq atası, natamam orta təhsilli, avtomobil yuyucusu, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi barədə materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 16 yanvar 2023-cü il tarixdə saat 09 radələrində dostu Xıdırla görüşdüyünü, onun maşınına minib avtomobillərin yuma yerinə getdiklərini, digər dostları Rəhim və Aydını da götürdüklərini, restorana çay içməyə getdiklərini, sonra evə getməyi qərara aldıqlarını, dostu Xıdırın maşınına benzin götürdükdən sonra Ülvi adlı dostları ilə görüşdüklərini, evə getməyi qərara aldıqlarını, dostu Xıdırın maşınını idarə etməyə başladığını, 4 yol istiqamətinə getdiklərini, 17 yanvar 2023-cü il tarix saat təxminən 01 radələrində 9 mərtəbəli binanın qarşısında Yol Patrul Xidmətinin maşınının arxadan onlara işıq verdiyini gördüyünü, maşını saxladığını, polisə yaxınlaşdığını, yol polisinin onlara “maşını cərimə meydançasına aparmalıyıq” dediyini, polisə “imkan varsa, kasıb uşaqlarıq, bizi ötüşdür” dediyini, polis əməkdaşı Məhəmməd müəllimin maşının arxa yaylarının kəsildiyini, həmçinin nəqliyyat vasitəsinin 16 yanvar 2023-cü il tarixdə işıqforun qırmızı işığında hərəkət etdiyini dediyini, polisə “bilirik, imkan varsa, bizi ötüşdür, gedək” dediyini, onun etiraz etdiyini, polisin maşının sənədlərini istədiyini, sənədlərin qaydasında olmadığını, ona dəfələrlə “etibarnamə almamışam, gedib alacam, ötüşdür” dediyini, onun yenə də etiraz etdiyini, ona “həmişə cərimə etmisiz, bu dəfə də edin” dediyini, polisin “avtomobilin sahibi kimdir” dediyini, Xıdır olduğunu bildikdə avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdiklərini, Xıdırın avtomobili cərimə meydançasına apardığını, polisə tabesizlik etmədiyini, yalnız xahiş etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X3, 16 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində əvvəlcədən tanıdığı Şəxs zəng edərək çayçıda çay içməyi təklif etdiyini, onun da bekar olduğu üçün təklifi qəbul etdiyini, yeni aldığı VAZ-2107 markalı, **-BK-*** nömrəli maşınla onların yaşadığı məhləyə getdiyini, onunla moykaya getdiklərini, sonra çay içməyə getdiklərini, 17 yanvar 2023-cü il tarixdə saat təxminən 01 radələrində dostu Rəhimi evlərinə apardıqlarını, Coşqunun avtomobili idarə etmək istədiyini bildirdiyindən razı olduğunu, həmin vaxt yol polisinin onları saxlatdığını, maşını Coşqunun sürdüyünü, yol polisinin onlara “maşını cərimə meydançasına aparmalıyıq” dediyini, polisə “imkan varsa, kasıb uşaqlarıq, bizi ötüşdür” dediklərini, onların isə avtomobilin işıqforun qadağan olunmuş işarəsində hərəkət etdiyini deyib duracağa getməli olduğunu dediklərini, avtomobilin sahibini soruşduqlarını, onun olduğunu dediyini, sonra avtomobili özünün idarə edib cərimə meydançasına apardığını, avtomobildə 4 nəfər özünün, Coşqunun, Rəhimin və Aydının olduğunu, polislərlə söhbət edərkən Rəhimlə Aydının avtomobilin içərisində əyləşdiklərini, sonra onları polis idarəsinə dəvət edib izahat işi aparıldığını, Rəhimlə Aydının çağırılmadığını, Coşqunun və özünün avtomobilin aparılmaması üçün polislərdən ancaq xahiş etdiklərini bildirdi. İş materiallarına əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında heç bir polis əməkdaşına tabesizlik göstərmədiyini, ondan tələb olunanlara əməl etdiyini bildirmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. 342.2.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, X5 əməkdaşlarının hərəkətdə olan nəqliyyat vasitəsini saxlama səbəbi olaraq törədilmiş inzibati xəta hərəkətləri avtomobilin cərimə meydançasına aparılmasını tələb etmədiyindən polisin tələbinin qanuniliyi istisna olur. Belə olan halda, Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-27/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-27/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver